Icma.az
close
up
RU
İkardinin meneceri Qalatasaray rəhbərliyinə şərt qoydu! Dekabra qədər gözləyəcəyik

İkardinin meneceri Qalatasaray rəhbərliyinə şərt qoydu! Dekabra qədər gözləyəcəyik

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Viktor Osimhenin kölgəsində itib-batmaqda davam edən Mauro İkardinin ''Qalatasaray''dakı gələcəyi ciddi şəkildə müzakirə olunur.
"Football-plus.az" xəbər verir ki, rəhbərlik argentinalı ulduza yeni müqavilə təklif etməyə tələsmir. Onun müqaviləsi mövsümün sonunda bitəcək. Bu üzdən transfer şayiələrinin günü-gündən artması normaldı.
Daha öncə ''Milan'' və ''Komo''nun məşhur forvarda maraq göstərdiyi iddia edilmişdi. İndi isə Meksika təmsilçiləri - ''Kruz Azul'' və ''Amerika''nın adı hallanır. ''Kruz Azul'' yayda da İkardinin transfer şərtləri ilə maraqlanmışdı. Həmin vaxt Luka Yoviçi transfer edə bilməyən bu klub diqqətini İkardiyə yönəltmiş, ''Qalatasaray''a 11 milyon avroluq təklif irəli sürmüş, amma sonradan nədənsə, danışıqlar prosesi sona çatdırılmamışdı.
Bu arada İkardinin meneceri Elio Letterio Pino italiyalı jurnalist Canluka Di Martsioya gündəmə düşəcək açıqlamalar verib. 32 yaşlı futbolçunun durumu barədə danışan meneceri bunları deyib:

''İndiyə qədər yeni müqavilə ilə bağlı klubdan heç kim bizimlə əlaqə saxlamayıb. Başqan Dursun Özbək və yönətici Abdulla Kavukçunun açıqlamalarını oxudum. Amma ''Qalatasaray''ın kapitanı klubun onunla bağlı niyyətini öyrənmək üçün mövsümün sonunu gözləməməlidi. Bu, düzgün deyil. Biz dekabra qədər gözləyəcəyik. O vaxta qədər təklif gəlməsə, artıq başqa variantları nəzərdən keçirəcəyik. Bu söylədiklərim hörmətsizlik deyil. Sadəcə demək istəyirəm ki, ''Qalatasaray''ın kapitanının qeyri-müəyyənlik içində olması düzgün deyil. Klub istədiyi qərarı verə bilər. Sadəcə İkardi kimi futbolçu uzun müddət gözlədilməməlidi. Avropadan və başqa yerlərdən önəmli təkliflər var. Mauronun ''Qalatasaray''ı nə qədər çox sevdiyini hər kəs bilir. Amma indi yaranmış vəziyyət tək onun karyerası yox, şəxsi həyatı üçün də önəmlidi. Başqanın da söylədiyi kimi İkardi ''Qalatasaray''ı layiq olduğu səviyyələrə daşıdı. Hətta fiziki cəhətdən tam sağlam olmadığı vaxtlarda da meydana çıxıb əlindən gələni etdi. Onun fanatların qəlbində də xüsusi yeri var. Bu üzdən Mauro hörmətə layiqdi. ''Qalatasaray'' onu saxlamaq istəyirsə, artıq bunu real şəkildə göstərməlidi''.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Noyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see216

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see211

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see195

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see176

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see173

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see172

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see171

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see166

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see155

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see147

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see144

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see143

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see137

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see137

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri