Icma.az
close
up
RU
İki dəfə doğulan körpə

İki dəfə doğulan körpə

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərədə hamiləliyinin 12-ci həftəsində yumurtalıq xərçəngi diaqnozu qoyulan qadının uşaqlığı körpəsi ilə birlikdə çıxarılıb, əməliyyat edildikdən sonra yenidən ana bətninə yerləşdirilib. 

“Cebheinfo.az” xəbər verir ki, körpə isə normal vaxtında sağlam şəkildə dünyaya gəlib.

Belə ki, İngiltərədə xüsusi təhsil müəssisəsinin müəllimi olan 32 yaşlı Lüsi və musiqiçi həyat yoldaşı Adam İsaak körpə gözləyirdilər. Hamiləliyinin 12-ci həftəsində aparılan adi ultrasəs müayinəsi zamanı Lüsiyə yumurtalıq xərçəngi diaqnozu qoyulub. 

Həkimlər müəyyən ediblər ki, doğuşa qədər gözləmək xərçəngin yayılmasına səbəb ola bilər. Lakin hamiləlik artıq standart laparoskopik (qapalı) cərrahiyyə üçün çox irəliləmişdi.

Oksforddakı Con Radcliffe Xəstəxanasında cərrah Human Soleymani Majd və komandası riskli, lakin ümidverici bir üsuldan istifadə etməyə qərar veriblər. 

Hamiləliyin 20-ci həftəsində xərçəngli toxumanı çıxarmaq üçün Lüsinin uşaqlığı körpə ilə birlikdə bədənindən çıxarılıb. Əməliyyat zamanı uşaqlığa qan axını və oksigen dəstəyi təmin olunub.

Steril və isti şəraitdə saxlanılan uşaqlıq iki saat ərzində bədən xaricində qalıb. Beş saat davam edən bu nadir əməliyyat uğurla başa çatıb və uşaqlıq yenidən bədənin içinə yerləşdirilib.

Lüsi bu ilin yanvar ayında 2,86 kiloqram çəkidə olan oğlu Raffertini sağlam şəkildə dünyaya gətirib.

Cərrah Majd son 10 ildə bu proseduru dörd dəfə həyata keçirdiyini bildirib. Ancaq Lüsinin əməliyyatı ən mürəkkəbi olub.

Onun sözlərinə görə, şişlər artıq ikinci mərhələdə idi və ətraf toxumalara yayılmışdı.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Aprel 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see354

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see288

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see278

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see248

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see227

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see222

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see212

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see207

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see198

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see190

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see186

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see174

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see170

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see169

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see167

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

17 Avqust 2026 09:22see161

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see157

Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17 Avqust 2026 10:11see156

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see152

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri