Icma.az
close
up
RU
İki dost, qardaş və müttəfiq

İki dost, qardaş və müttəfiq

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

I MƏQALƏ

Siyasi dostluq

Azərbaycan Prezidentinin mütəmadi olaraq siyasi-nəzəri və praktiki əhəmiyyəti çox maraqlı olan fundamental məzmunlu tezislər irəli sürməsini artıq normal hal kimi qəbul edirlər. Bu, bizi qürurlandırdığı kimi, həm də üzərimizə böyük məsuliyyət qoyur. Çünki Prezident İlham Əliyevin ifadə etdiyi fikirlərin mənası, məzmunu və məqsədləri ciddi araşdırılmalıdır. Bunun ən azı iki səbəbini görürük.

Birincisi, Azərbaycanın dövlət başçısı yeni siyasi liderliyin əsas özəlliklərini ifadə edən fikirlər irəli sürür. Bu, bütövlükdə XXI əsrdə perspektivli siyasi paradiqmanın təqdimatı deməkdir. Əlbəttə, onu ilk növbədə Azərbaycan ziyalıları dərk edib, araşdırmalı və cəmiyyətə təqdim etməlidirlər.

İkincisi, Prezident İlham Əliyev həmişə güclü Azərbaycanın mövcudluğu və inkişafına xidmət edən fundamental tezislər ifadə edir. Onların bu aspektdə də fəlsəfi-elmi və siyasi-nəzəri dərki son dərəcə vacibdir.

Bu mənzərəyə XXI əsrin yeni geosiyasi çağırışlarının əmələ gətirdiyi qlobal və regional mənzərəni də əlavə etmək gərəkdir. Çünki vurğulanan faktorların qarşılıqlı əlaqəsi sonucda hər bir müstəqil dövlət qarşısında çox məsuliyyətli vəzifə qoyur. Onun başlıca mənası belə bir sürətlə dəyişən turbulent xarakterli dinamika və müxtəlif qaynaqlardan yaranan risklər şəraitində dövlətin uğurlu olmasını təmin etmək yüksək yaradıcı münasibət tələb etməsindən ibarətdir.

Azərbaycan Prezidentinin hər bir fundamental fikrinə, irəli sürdüyü tezisə məhz vurğulanan prinsiplərin kontekstində baxmaq lazımdır. Başqa halda onların real məzmun, mahiyyət və məqsədlərini adekvat dərk etmək mümkün olmur.

Bu baxımdan Prezident İlham Əliyevin Qəhrəmanmaraşda çıxışı zamanı ifadə etdiyi fikirlər çox maraqlıdır. Onların sırasında müəllifi Prezident İlham Əliyevin olduğu fundamental tezis vardır: “dostuq, qardaşıq, müttəfiqik!” Bu üç fəzilətli kəlmənin eyni məntiq və kontekstdə birləşdirilməsi siyasi nəzəriyyədə yeni hadisədir. Çünki İlham Əliyev konkret olaraq Azərbaycan-Türkiyə münasibətlərini siyasi lider kimi xarakterizə edərkən bu fikri söyləmişdir.

Deməli, İlham Əliyev irəli sürdüyü fikri iki dövlətin münasibətlərinin ümumi məzmunundan çıxış edərək və onları ümumiləşdirərək bəyan etmişdir. Burada yaradıcı düşünən (müasir sosio-humanitar elmdə, o cümlədən, politologiyada ona kreativlik də deyirlər) liderin ifadə etdiyi tezisə verdiyi məzmun önəmlidir. Bu, Prezidentin dövlətlərarası münasibətlərin qarşılıqlı faydalı əməkdaşlıq məcrasına gətirilməsi üçün realpolitika çərçivəsində nəzəri yanaşma ilə praktiki fəaliyyəti mükəmməl uyğunlaşdırmasının əlamətidir.

Bundan başqa, İlham Əliyevin ifadə etdiyi fikrin dünya miqyasında aktuallığı qətiyyən şübhə doğurmur. Məsələnin iki tərəfi vardır.

Siyasi dostluq şüur təcrübəsi kimi

Birincisi, əksəriyyətin düşüncəsində siyasətdə dostluq nisbi və dəyişkən məzmuna malikdir. O mənada ki, “dövlətin dostu yoxdur, maraqları var” (U.Çörçillin məlum deyiminin improvizasiyası) fikri az qala klassik və dəyişməz həqiqət kimi siyasilərin, analitiklərin, ekspertlərin, KİV nümayəndələrinin təfəkküründə yer almışdır.

Bu mənada siyasət üzrə politologiya elmləri namizədi, Rusiya Hərbi Akademiyasının müxbir üzvü Sergey Sudakovu başa düşmək olar. Onun qənaətinə görə, “siyasətdə dostluq, ümumiyyətlə, mümkün deyildir”. Arqument kimi amerikalıların dostlarını necə müəyyən etdiyini gətirir. Məsələn, kiçik Buşa siyasətdə dostluqla bağlı sual verəndə deyibmiş ki, NATO üzvləri ilə dostluq münasibətləri daha üstündür. Yəni ABŞ-ın dostluğa yanaşması birmənalı deyil. D.Tramp isə daha konkret fikir bildirmişdir. O demişdir ki, ABŞ-ın dostları kimi Böyük Britaniyanı, Yaponiyanı, Cənubi Koreyanı, MDB-nin bir sıra dövlətini və Avropanı görmək istərdi.

Əlbəttə, bunlar siyasi dostluğa aid olan gerçəkliklərin bir qismidir. Lakin bu yanaşma əsl siyasi dostluğu deyil, hansısa dövlətin siyasi təcrübəsindən qaynaqlanan münasibətinin ifadəsidir. ABŞ rəhbərliyinin vurğulanan aspektdə siyasi dostluqdan danışması təəccüblü deyildir. Bu, onların siyasi şüur təcrübəsinin məhsuludur. Onlar başqa təcrübə görməmişlər və alternativi qəbul etmək də istəmirlər. U.Çörçill də bu anlamda amerikanlardan ciddi fərqlənmir. Lakin siyasi dostluq haqqında bütün bu bədbin fikirlər onları söyləyənlərin problemidir. Məsələyə siyasi-nəzəri və fəlsəfi yanaşma başqa mənzərədən xəbər verir.

İkincisi, siyasi dostluğa daha geniş və elmi kontekstdə yanaşmaqla onun olduqca vacib və əsasən fəzilətli olan məzmununu müəyyən etmək olar. Qərbin özündə bununla bağlı sanballı tədqiqatlar mövcuddur. Məsələn, İsveçrənin Fribur Universitetindən Nikolya Ayo maraqlı araşdırma aparmış və ümumiləşdirmələr etmişdir. Bu da bütövlükdə siyasi dostluğa yanaşmanın başqa siyasi təcrübəsidir. Onun qısa məzmunu siyasi dostluğun relyasion aspektindən (əlaqələrə əsaslanan aspekt) prinsipial olaraq fərqlənir. Həmin yanaşmanı Nikolya Ayo ümumi olaraq siyasi dostluğun struktural və institusional anlamı kimi xarakterizə edir. Strukturallıq və institusionallıq isə öz növbəsində “vətəndaş dostluğu” anlayışının məna çalarları kontekstində izah edilir. Obrazlı desək, vətəndaş dostluğu siyasi dostluğu dərk etmək üçün siyasi müstəviyə pryoeksiya edilir. Deməli, bu cür yanaşmada siyasi dostluq əsas aspektlərində vətəndaş dostluğunun qaydaları ilə (mənəvi, əxlaqi, ideya, mədəni, tarixi və s.) sıx bağlılıqdadır.

Kollektiv siyasi fəaliyyət həmin çərçivədə reallaşır. Yəni bu anlamda siyasi dostluq konkret məzmun alır. Bu müddəanın Azərbaycan Prezidentinin irəli sürdüyü tezis bağlılığında siyasi-nəzəri mahiyyəti barədə irəlidə bəhs edəcəyik. Burada onu vurğulayaq ki, Azərbaycan siyasi düşüncə mədəniyyətində və ya sistemində, ənənəvi olaraq siyasətdə fəzilətli dostluq əsas kimi qəbul edilmişdir.

ABŞ timsalında vurğuladığımız anlam isə məsələyə relyasyon yanaşma aspekti ilə bağlıdır. Yəni dövlət digərini onunla əlaqənin şəxsi utilitar maraqlara cavab verdiyi sərhəddə dost hesab edir. Onu politoloqlar “qeyri-formal siyasi proses” kimi də xarakterizə edirlər. Yəni siyasətçi sözdə bir mövqe bildirir, lakin pərdəarxası başqa meyarları nəzərdə tutur. İnsan təcrübəsi göstərir ki, belə yanaşmada nəinki dövlətlər, hətta fərdlər belə etibarlı dost ola bilməzlər. Sözdə dostluq, əməldə fırıldaq!

Bu, süni seçimdir və hər bir konkret zamanda dəyişkən şəxsi faktorlara əsaslanır. Siyasi dostluq bu anlamda həqiqi ola bilmir (məşhur “ingilis bayrağı” deyimi). Bunun kökünü Qərb mədəniyyətinin ənənəsində axtarmaq olar. Onlarda “kişi sözü”, “dostluq”, “verdiyi sözə əməl etmək” və s.kimi anlayışlar fərqli dərk edilir (tarixitəcrübə göstərir). Dəfələrlə, dost dedikləri və söz verdikləri dövlətlərə qarşı hiyləgər davranmışlar, hətta şəxsi dostluqlarına etibarlı olmamışlar. Bu məsələnin üzərində geniş dayanmamaqla, onu ifadə edək ki, indi də D.Trampın hər saatda sözünü dəyişməsi faktdır.

Şərq anlamında dostluq

Biz, geniş miqyasda Şərq kontekstini ona görə götürürük ki, Azərbaycan bu məkanda dərin mədəniyyət köklərinə malik ölkələrdən biridir. Onun tarixi dünəndən deyil, əsrlərin əngəlliklərindən başlamışdır. Ona görə də bütövlükdə Şərq mədəniyyətinin köklü təmsilçisi, özəl sivilizasiya məkanı və ayrıca çox zəngin dövlətçilik ənənəsi olan coğrafi-siyasi və mədəni məkan olaraq Azərbaycan sanballı təcrübəyə malikdir. İndi Azərbaycanda dövlət quruculuğunda və cəmiyyət inkişafında müşahidə olunan əsas prinsiplər Ulu öndər

Heydər Əliyevin sayəsində həmin dərin ənənə məcrasına təkrar “yerləşdirilmişdir”. Buna görə də Azərbaycanda müstəqil dövlət quruculuğunun hikmətini dərk etmək üçün təfəkkürü dərindən “işlətmək” gərəkdir. Başqa cür Azərbaycanı olduğu kimi anlaya bilməzsən!

Bundan başqa, Azərbaycan möhtəşəm və fəzilətli türk mədəniyyətinin təmsilçilərindəndir. Bu mədəniyyət mahiyyətcə fəzilətlidir. Ədalət, dostluq, qardaşlıq, paylaşma, məzluma dəstək, ellə bir olmaq, etibarlılıq, verdiyi sözə əməl etmək məsuliyyəti, tərbiyəli olmaq, böyük-kiçik yerini bilmək, valideynləri müqəddəsləşdirmək, cəmiyyətdə nizam-intizama böyük önəm vermək, başqa qövmlərə ədalət və mehribançılıq prizmasında baxmaq və digər fəzilətlər azərbaycanlılara aiddir. Ulu öndər Heydər Əliyev Azərbaycanda nizam-intizamın iki növünü ayrıca qeyd edirdi – birincisi, daxili nizam-intizam¸ ikincisi, ictimai asayişin qorunması. Çünki bu iki şərtin ödənməsi halında azərbaycanlılar həm fərd, həm də Azərbaycan cəmiyyəti olaraq ədalətli, xeyirxah, insansevər ola bilirlər! Bu, dərin hikmətdir və xüsusi tədqiq edilməlidir!

Dostluğun Azərbaycan ənənəsi

Azərbaycan cəmiyyətində uğurlu olmaq istəyən, onun mənəvi-əxlaqi, mədəni və tarixi ənənəsinə mütləq dərin sayğı ilə yanaşmalı və ona əməl etməlidir. Bu məmləktdə, ümumiyyətlə, sözün, o cümlədən, kişi sözünün xüsusi anlamı və sosial funksiyası vardır. Təsadüfi deyildir ki, lider İlham Əliyev tez-tez “bizdə kişi sözü var” deyir və verdiyi vədlərə dəqiq əməl edir. Bu, Azərbaycan cəmiyyətinin liderlərinin ənənədən gələn davranış kodeksinin mərkəzi anlayışlarındandır. Burada sözünə əməl etməyənə nə etibar var, nə də etimad. Belə olmayanları Azəbaycan cəmiyyəti sadəcə “yola verir”. Yəni tam kənarlaşdırmır, lakin gündəlik həyatda hər an anladır ki, “yolu çaşdın”! Başa düşən düzəlir, anlamayanın isə aqibəti Yaradana tapşırılır.

Deməli, Azərbaycan elə özəl mədəniyyət, tərəqqi, davranış və əxlaq məkanıdır ki, öz kodları, memləri, sosial-mədəni sərhədləri dəqiq müəyyən edilmiş uğurlu olmaq “sahəsi” (obrazlı, “uğur dəhlizi” də deyə bilərik) mövcuddur. Dostluq misalında bu aspekt üzərində bir qədər geniş dayanaq.

Əslində, bizim yanaşmamız anlamında əsl dostluğun cəmi bir neçə fundamental qaydası vardır. Birincisi, “dost dosta tən gərək”, ikincisi, “kişinin sözü bir olar”, üçüncüsü, “dost dostun əmanətinə xəyanət etməz”, dördüncüsü, “dost yolunda candan keçilər”, beşincisi, “dostluq satılmaz”, altıncısı, “dost həyatda qazanılan qardaşdır” (dostu ananın köynəyindən keçirib, qardaş edirlər) və s.

Azərbaycan ənənəsi üçün özəl haldır ki, sosial həyatda, gündəlik birgə yaşamaqda önəmli olan bu dostluq şərtləri həmişə siyasi dostluğa proyeksiya olunmuşdur. Hər kəs bununla bağlı Azərbaycanın siyasi tarixində kifayət qədər faktlar tapa bilər. Onun da xüsusi anlamı mövcuddur. Yəni “niyə Azərbaycanda siyasi dostluq cəmiyyətin ənənəsindəki anlamlarla uyğunluq təşkil edir?” sualının elmi izahı vardır. Çünki bu məqam bütövlükdə Azərbaycan türk toplumunun birgəyaşam fəlsəfəsinin əsas sütunlarından biridir. Dövlətçilik ənənəsi dərin olan bir qövm üçün bu, tamamilə məntiqi və zəruri haldır, təbiidir. Məsələnin kökü qədimdən Azərbaycanda cəmiyyət-dövlət münasibətlərinin ümumi ruhunun başlıca əlamətlərinə gedib çıxır. Daha doğrusu, həmin təməl faktorlar arasında münasibətlərin xarakteri, mahiyyəti və məzmunundan qaynaqlanır.

Beləliklə, vurğuladığımız keyfiyyət hansı mexanizmə əsaslanır?

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 İyun 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see272

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see204

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see182

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see170

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see167

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see144

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see143

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see140

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see137

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see136

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see136

Dalğalan, Vətənimin hürriyyət carçısı!

05 Noyabr 2025 11:48see134

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see133

İxrac etdiyimiz yağ daxildə satılandan niyə ucuzdur?

05 Noyabr 2025 08:31see133

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see131

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see128

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see125

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see125

Deputat: “AMEA nın 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb“

05 Noyabr 2025 12:49see124

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri