İki general və polkovnik SAXLANILDI FOTO
Icma.az bildirir, Bizim media portalına istinadən.
Ukrayna Dövlət Təhqiqatlar Bürosu Ukrayna Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq edərək 2024-cü ilin mayında rus qoşunlarının Xarkov vilayətinin ərazisinin bir hissəsini ələ keçirməyə imkan verən səhlənkarlıqda yüksək rütbəli zabitləri saxlayıb.
Bizim.Media xəbər verir ki, “Ukrayinska Pravda”nın məlumatına görə, səhlənkarlığa görə iki general və bir polkovnik saxlanılıb.
Bunlar keçmiş komandirlərdən briqada generalı Yuri Qaluşkin, general-leytenant Artur Qorbenko və polkovnik İlya Lapindir.
Müstəntiqlərin fikrincə, zabitlərin hərəkətləri şəxsi heyətin və silahların itkisinə, habelə dövlət sərhədinin müdafiəsinin pozulmasına səbəb olub.
Saxlanılan şəxsləri 8 ilə qədər həbs cəzası gözləyir.


Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 20 Yanvar 2025 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















