Icma.az
close
up
RU
İki il sonra qalıqları tapılan əsgərlərlə bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI

İki il sonra qalıqları tapılan əsgərlərlə bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2022-ci ilin mart ayında xidmətdə olarkən itkin düşən və iki il sonra qalıqları tapılan əsgərlərin ölümü ilə bağlı açılan cinayət işinin təfərrüatı məlum olub.
Iki əsgərin ölümündə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilən hərbçilərin cinayət işində yeni detallar üzə çıxıb. Məlum olub ki, əsgərlər komandirə siqaret gətirməyə gedərkən itkin düşüb.

Əsgərlərin itkin düşməsi haqda...
2003-cü il təvəllüdlü əsgərlər Fərid Məmmədov və Firdovsi Abdullayev 2022-ci il martın 3-də Laçın rayonu ərazisində itkin düşmüşdü. Onların meyitlərinin qalıqları Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarış-araşdırma işləri nəticəsində 2024-cü il iyulun 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılıb.
Rəsmi məlumatda onların Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun olmasından istiqaməti itirərək itkin düşdüyü, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən öldükləri bildirilir.

Əsgərlərin ölümündə təqsiri olanlar...
Hadisə ilə bağlı iki hərbçi məsuliyyətə cəlb edilib. İşi üzrə Təbriz Babayev tabeliyində olan şəxsə zor tətbiq etməkdə, işgəncə verməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. Digər hərbçi Taleh Həməşəyev isə vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşmamaqda ittiham edilir.
Təbriz Babayev və Taleh Həməşəyev onlara elan olunmuş maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum ediliblər. Məhkəmənin hökmü ilə Təbriz Babayev 8 il azadlıqdan məhrum edilib. Taleh Həmşəyev barəsində isə şərti cəza təyin edilib.
Əsgərləri ölümə aparan səbəb...
Müəyyən edilib ki, Təbriz Babayev komandir olaraq öz vəzifəsindən sui-istifadə edərək qarlı, çovğunlu havada əsgərləri ona siqaret gətirmələri üçün digər döyüş mövqeyinə göndərib. Bu zaman onların təhlükəsizliyi təmin edilməyib, ərzaqla və ya digər vasitələrlə təmin edilməyiblər. Həmçinin istintaq zamanı Təbriz Babayevin tabeliyində olan əsgərlərə qarşı zor tətbiq etdiyi, onlara işgəncə verdiyi də müəyyən edilib.
Taleh Həmşəyev isə əsgərlərin siqaret gətirməyə getdiyi digər döyüş mövqeyinin komandiri olub. Taleh Həmşəyevə ona görə ittiham verilib ki, əlverişsiz hava şəraitində onun yanına siqaret götürməyə gələn əsgərləri geri göndərib. Belə ki, o, həmin hava şəraitinə görə əsgərləri geri göndərməməli imiş. Lakin Həmşəyev deyib ki, o, özündən yüksək rütbəli olan Babayevin əmrini icra edib.
Hər iki hərbçi əməllərindən peşman olduqlarını bildiriblər.
Qeyd edək ki, Taleh Həmşəyev ikinci Qarabağ müharibəsindəki xidmətlərinə görə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azadolunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilib.  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 Fevral 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri