İki ildir icra olunmayan qərarlar: ”Azərbaycan Avropa Şurasından gedəcək?”
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Məlum olduğu kimi, Azərbaycan artıq iki ildən artıqdır ki, Avropa Məhkəməsinin qərarlarını icra etmir.
Baxmayaraq ki, bununla bağlə öhtəliyi var.
Maraqlıdır, bu prosesin sonu necə olacaq?
Daha dəqiq, qərarlar hələ də icra edilmədiyi təqdirdə Azərbaycan Avropa Şurasından çıxacaq, yoxsa çıxarılacaq?
Bu barədə Gununsesi.info -ya hüquqşünas Aslan İsmayılov danışıb.
O, bu barədə deyib:
“90-ların sonu və 2000-lərin əvvəlində yeganə adam idim ki, Avropa Şurasının təmsilçilərinin hamısı Azərbaycana gələndə məhz mənim ofisimdə olublar. Hamısından da xahiş edirəm ki, Azərbaycanı qəbul edin. Əksər müxalifət də deyirdi ki, yox, Azərbaycan hazır deyildi, olandan sonra qəbul edin. İndi də əksəriyyəti istəyər ki, Azərbaycan Avropa Şurasından çıxsın”.
Aslan İsmayılov eyni zamanda bildirib:
“Bu gün çox adam məyusdur ki, dünyada dərəbəylikdir. Demokratiya, hüququn beşiyi sayılan Amerika prezidenti başqa prezidenti oğurlayır. Bəli, bu, dərəbəylikdir. İrana qarşı edilənlər də dərəbəylikdir. Ancaq bununla belə, inanıram ki, yaxın zamanlarda hamısı keçib gedəcək. İnsanlığın inkişafı beynəlxalq hüququn möhkəmlənməsində və inkişafındadır”.
Orxan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 14 Aprel 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















