İki məktəbin yaxınlığında nəqliyyat və piyada svetoforları quraşdırıldı VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Həm şagirdlərin, həm də yaxınlıqda yaşayan vətəndaşların yoldan keçməsi daha təhlükəsiz oldu. Bu məqsədlə Bakıda iki məktəbin yaxınlığında piyada və nəqliyyat svetoforları quraşdırılıb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, əməkdaşlar tərəfindən yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün Yasamal rayonu, Akim Abbasov küçəsi, 158 nömrəli tam orta məktəbin qarşısında düyməli piyada svetoforu quraşdırılıb.
Bununla yanaşı, Sabunçu rayonu, Nazim İsmayılov və Fikrət Tağıyev küçələrinin kəsişməsində, 72 nömrəli tam orta məktəb-liseyin yaxınlığında da piyada və sürücülərin rahat hərəkəti üçün nəqliyyat svetoforları quraşdırılaraq işə salınıb.
Mərkəz tərəfindən bu istiqamətdə işlər davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 02 May 2025 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















