İki musiqiçinin meyiti tapıldı Öldürən şəxs tanınmış imiş FOTO
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"OnlyFans" modeli iki musiqiçinin qətli ilə bağlı saxlanılıb.
Milli.Az xəbər verir ki, Meksikada "OnlyFans" platformasında fəaliyyət göstərən model iki kolumbiyalı musiqiçinin qətli ilə bağlı saxlanılıb.
Bu barədə New York Post məlumat yayıb.
Hadisə 22 sentyabrda paytaxt Mexiko yaxınlığında, Kokotitlan şəhərində baş verib. Həmin gün polis 31 yaşlı Bayron Sançes Salasar (səhnə adı B King) və 35 yaşlı Xorxe Luis Errera Lemosun (Regio Clown) meyitlərini aşkar edib. Onların 16 sentyabrda itkin düşdüyü bildirilir.
İstintaq məlumatına görə, musiqiçilər işgəncə ilə öldürülüb və hissələrə ayrılıb. Meyitlərin yanında "La Familia Michoacana" adlı narkokartelin imzası olan qeyd tapılıb. Eyni ərazidə daha üç naməlum şəxsin qalıqları da aşkar edilib.
Hadisə ilə bağlı saxlanılan model Endci Miller (əsl adı Anxelika Yetsei Torrini Leon) qətldən bir gün sonra tutulub. O, musiqiçilərin yoxa çıxmasından əvvəl onların planlarından xəbərdar olan azsaylı şəxslərdən biri kimi dəyərləndirilir.
Endci Millerin "Instagram"da 130 mindən çox izləyicisi var. O, həmçinin kontent platformalarında aktivdir və bir müddət əvvəl bədən formalarına əsasən hazırlanmış oyuncaqların satışı ilə məşğul olub.
Model istintaq davam etdiyi üçün şərti azadlığa buraxılıb.
İsmayıl
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 06 Oktyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















