İki nəfərin öldüyü, 5 nəfərin xəsarət aldığı qəzada ittiham edilən sürücüyə hökm oxunub
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Beyləqanda iki nəfərin ölümünə səbəb olan qəzanı törətməkdə təqsirləndirilən Ramiz Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 3 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Xatırladaq ki, hadisə ötən il iyul ayında Beyləqan rayonunda baş verib. "Hyundai" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Nəticədə iki nəfər ölüb, beş nəfər xəsarət alıb.
Qeyd edək ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 263.3-cü ( Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham iirəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 03 Oktyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















