Icma.az
close
up
RU
İki ölkə arasında münasibətlər gərginləşdikcə, idxal ixrac azalacaq və iqtisadiyyat ciddi itki yaşayacaq

İki ölkə arasında münasibətlər gərginləşdikcə, idxal ixrac azalacaq və iqtisadiyyat ciddi itki yaşayacaq

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Əslində Rusiya ilə münasibətlər ötən ilin dekabrında AZAL-ın təyyarəsi Rusiya tərəfindən vurulandan sonra gərginləşdi. Rusiya etdiyi əmələ görə nə cinayətkarı cəzalandırdı, nə təzminat ödədi, nə də doğru-dürüst üzr istədi. Biz gözləmə mövqeyi tutduq. Rusiya yenə boş dayanmadı, ölkə daxilində olan jurnalsitlər və siyasətçilər Azərbaycana qarşı fikirər söyləməkdə davam etdi. Biz də onlara qarşılışıq verməyə çalışdıq. Sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rusiyaya buraxılmadı. Biz yenə şifahi şəkildə etirazımızı bildirdik. İyunun 27-də Rusiyada azərbaycanlılara qarşı divan tutuldu, soydaşlarımız vəhşicəsinə döyülərək öldürüldü. Artıq bıçaq sümüyə dayandı. Azərbaycan hüquq mühafizə orqanları işə başladı, öncə Sputnik İnformasiya agentliyini jurnalist adı altında fəaliyyət göstərən iki FTX agenti saxlanıldı. Bundan sonra ruslardan ibarət daha iki dəstə saxlanıldı. Və beləcə soyuq savaş başladı...Azərbaycan Rusiya ilə münasibətlərində məsafə artırmağa hazırdır. Bu vəziyyət bütün sahələrdə olduğu kimi hər iki ölkənin iqtisadiyyatına da təsirsiz ötüşməyəcək.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, münasibətlərin iki dövlət arasında kəskinləşməsi hər iki ölkəyə iqtisadi və siyasi baxımdan ciddi təsir göstərəcək.

Akif Nəsirli

“Azərbaycan iqtisadiyyatına belə təsir göstərəcək ki, Azərbaycandan Rusiyaya ixrac olunan məhsullar Rospotrebnadzor (İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti) tərəfindən əngəllənəcək. Onlar müxtəlif əngəllər törədəcək ki, Azərbaycandan Rusiyaya ixrac olunan məhsullar geri qaytarılsın və Azərbaycandan Rusiyaya ixracı dayansın. Düzdür, bu, Rusiyanın özünə də ciddi zərər vuracaq, amma hər halda bu əngəllərin yaranması gözlənilir”-deyən iqtisadçı bildirib ki, əvvəllər də belə proseslər müşahidə edilib və bugünkü vəziyyətdə də bu kimi proseslər gözləniləndir.

“Digər tərəfdən Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamlarına, bazarlarda çalışan insanlara, ümumiyyətlə, azərbaycanlı miqrantlara qarşı repressiya başlayıb. Həmin əməkçi miqrantların böyük əksəriyyəti pul qazanır və Azərbaycana göndərir. Deməli, bu məsələdə miqrantların Azərbaycana pul göndərməsi də problemli hal alacaq. Yəni işləyə bilmirsə, pul göndərə bilməyəcəklər. O insanların bir qismi həbs edilib. Onların bir hissəsi, “xüsusi hərbi əməliyyat” üçün Ukrayna ilə müharibəyə göndərilib. Bu məsələ hərtərəfli olaraq Azərbaycan iqtisadiyyatına təsir edəcək, Rusiya iqtisadiyyatına ciddi təsirlər göstərəcək. Artıq bu təsirlər əməliyyatların başladığı bir neçə gündə öz əlamətlərini, təsirlərini göstərib. Rusiyada meyvə tərəvəz bir neçə dəfə bahalaşıb. Bunun da bir neçə səbəbi var. Həm bu proses çərçivəsində Azərbaycandan idxal əngəllənib, həm də bazarda işləyən azərbaycanlı iş adamlarına və tədarükçülərə əngəl yaradılıb”-deyən iqtisadçı vurğulayıb ki, bu cür təsirlərin olması gözləniləndir və iki ölkə arasında münasibətlərin gərginləşməsi hər iki ölkənin iqtisadiyyatına mənfi təsir edəcək.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 İyul 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see148

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri