Icma.az
close
up
RU
İki ölkə nüvə müharibəsinin məşqinə hazırlaşır

İki ölkə nüvə müharibəsinin məşqinə hazırlaşır

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Sentyabr ayında Belarus ərazisində keçirilməsi planlaşdırılan “Zapad-2025” Rusiya-Belarus hərbi təlimləri zamanı nüvə silahından və “Oreşnik” raket sistemindən istifadənin məşqi planlaşdırılıb.
Reyting.az
xəbər verir ki, bunu çərşənbə günü Belarusun Müdafiə naziri Viktor Xrenin bildirib.
“Zvezda”-nın məlumatına görə, nazir bu silahların strateji çəkindirmənin mühüm elementi olduğunu vurğulayıb.
Xrenin deyib ki, qərb və şimal sərhədlərindəki vəziyyəti görür, hərbiləşməni və hərbi fəallığı sakitcə izləyə bilmirlər.
Nazir xüsusi qeyd edib ki, Minsk 30-34 minlik hərbi qulluqçu qrupunun yaradıldığı Polşadan narahatdır:
"Biz prosesi çox diqqətlə izləməliyik, bunu edəcəyik və cavab verəcəyik. Əgər onlar Belarus Respublikasına qarşı hər hansı aqressiya nümayiş etdirsələr, cavab vermək imkanımız var".
Qeyd edək ki, “Zapad-2025” təlimləri sentyabrın 12-dən 16-dək Belarus ərazisində keçiriləcək. Manevrlərin məqsədi “Rusiya Federasiyası və Belarus Respublikasının İttifaq Dövlətinin hərbi təhlükəsizliyini təmin etmək üçün qoşunlardan istifadəni təcrübədən keçirməkdir”. Digər məsələlərlə yanaşı, hər iki ölkənin hərbi qulluqçuları şərti düşmənin aviazərbələrini dəf etmək və diversiya qrupları ilə mübarizə aparmaq üçün təlimlər keçəcək.
Xatırladaq ki, ötən həftə Rusiya öz bölmələrini Belarusa çəkməyə başlayıb.
V. QULİYEV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://reyting.az
archiveBu xəbər 13 Avqust 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri