Icma.az
close
up
RU
İki Qafqaz bəbirini eyni anda çəkə bilmək mənim üçün uğur yox, həm də ömürlük xatirə oldu MÜSAHİBƏ

İki Qafqaz bəbirini eyni anda çəkə bilmək mənim üçün uğur yox, həm də ömürlük xatirə oldu MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 7 iyul, Leyla Muradzadə, AZƏRTAC

Ekstremal şəraitdə sağ qalma üzrə təlimçi təbiətdə həyatın ən vacib bacarıqlarını mənimsəməklə yanaşı, heyvanlar aləminin heyrətamiz gözəlliyini və kövrəkliyini fotokadrlarda əks etdirir. Bu sahənin mütəxəssisi Saleh Baxşiyev AZƏRTAC-ın müxbiri ilə söhbətində vəhşi təbiətdə üzləşdiyi çətinliklər, Qafqaz bəbirinin unikal çəkilişi və bir çox maraqlı məqamlardan bəhs edib.

Saleh Baxşiyev təkcə ekstremal şəraitdə sağ qalma üzrə təlimçi deyil, həm də istedadlı təbiət fotoqrafı və “Forest School Azerbaijan” komandasının üzvüdür. Onun yolu kəşfiyyatçı kimi orduda xidmətdən başlayıb. Bu, ona sağ qalma bacarıqlarını mənimsəmək və inkişaf etdirmək, təbii ehtiyatlardan istifadə yollarını və təhlükəsizlik qaydalarını öyrənməkdə əvəzsiz təcrübə qazandırıb.

Səkkiz ildən çoxdur ki, Saleh sosial şəbəkələrdə video və foto vasitəsilə biliklərini fəal şəkildə bölüşür. Əhatə etdiyi mövzulara vəhşi təbiətdə yaşamaq üçün lazım olan su axtarışı, ocaq qalama, sığınacaq inşa etmə və vəhşi heyvanlardan qorunma daxildir. Boş vaxtlarında o, vəhşi təbiət fotoqrafiyası ilə maraqlanır, nadir heyvan növlərini izləyərək lentin yaddaşına köçürür. Müsahibimizin yaradıcılığındakı ən əhəmiyyətli nailiyyətlərdən biri, eləcə də yerli fotoqrafiyada diqqətəlayiq bir hadisə Qafqaz bəbirinin ilk dəfə lentə almasıdır. Təlimçinin əsas məqsədi insanlara təbiət sevgisini aşılamaq, təhlükəli vəziyyətlərdə səbirli və iradəli olmağı öyrətmək, yaşamaq bacarıqlarını inkişaf etdirmək və ətraf mühitin qorunmasının vacibliyini çatdırmaqdır.

- Vəhşi təbiətə marağınız nə zamandan yaranıb?

-Məktəb illərindən təbiətə böyük marağım var idi - daim oxuyur, araşdırırdım. Hərbi xidmətdən qayıtdıqdan sonra qərara aldım ki, ölkəmizin gəzməli-görməli yerlərini kəşf edim və bu gözəllikləri insanlarla bölüşüm. Bu yolda özümü daha xoşbəxt və azad hiss etdim. Elə o vaxtdan da bu sahəni seçdim və bu mənim həyat tərzimə çevrildi.

- İnstaqramda yerləşdirdiyiniz videolarda insanları məlumatlandırırsınız. Burada təbiətə hörmət və ona mənfi təsirini minimuma endirmək prinsiplərini necə tarazlaşdırırsınız?

-Təbiətdə insanın sağ qalması üçün hər şey mövcuddur. Sadəcə bu ehtiyatlardan necə istifadə etməyi bilmək lazımdır. Əgər qaydaları düzgün bilsək, təbiətə zərər vermədən ondan faydalana bilərik. Mənim işim də bu qaydaları öyrənmək və insanlara öyrətməkdir .

- Ümumiyyətlə həyat tərzindən asılı olmayaraq insanlara hansı bacarıqları mənimsəməyi məsləhət görərdiniz?

-Təbiətdə olmaq gözəldir, amma hazırlıqsız çıxmaq risklidir. Su tapmaq və onu təmizləməyi, qida əldə etməyi, istiqaməti itirməməyi, ocaq qalamağı və vəhşi heyvanlarla necə davranmağı hər kəs bilməlidir. Bu bacarıqlar təkcə sağ qalmaq üçün yox, həm də insanın özünə güvənini artırmaq və təbiətlə əlaqəsini gücləndirmək üçün vacibdir. Məncə, həyat tərzindən asılı olmayaraq hər kəsin mənimsəməli olduğu əsas bacarıq – çətin anda soyuqqanlı olmaq və ətrafında baş verənləri düzgün dəyərləndirməkdir. Çünki bu, həm meşədə, həm də gündəlik həyatda can qurtara bilər.

- “Forest School Azerbaijan” komandasının ekstremal şəraitdə sağqalma üzrə mütəxəssisi olaraq, regionda bu innovativ yanaşmanın genişləndirilməsini necə görürsünüz və onun inkişafı üçün Azərbaycanda hansı unikal çağırışlar və ya imkanlar mövcuddur?

-Mən “Forest School Azerbaijan”da ekstremal şəraitdə sağqalma üzrə mütəxəssis kimi çalışıram və hesab edirəm ki, bu yanaşma Azərbaycanda uşaqlar, gənclər, həm də böyüklər üçün çox faydalıdır. Biz təbiətdə həyat bacarıqlarını öyrənməyi sadəcə bir dərs kimi yox, real təcrübə və macəra kimi təqdim edirik. Bu, insanlarda təbiətə sevgi və hörmət hissini artırır, onları daha məsuliyyətli edir.

Azərbaycanda təbiətin müxtəlifliyi – dağlar, meşələr, çöllər – bu yanaşmanın inkişafı üçün böyük imkanlar yaradır. Eyni zamanda, bura unikal çağırışlar da gətirir: iqlim dəyişiklikləri, ətraf mühitin qorunması və müasir texnologiyaların artan istifadəsi insanların təbiətlə əlaqəsini saxlamağa çağırır. Bizim işimiz bu çağırışlara cavab vermək, sağlam həyat tərzini təşviq etmək və təbiətlə harmoniyada yaşamağı öyrətməkdir.

- Saleh bəy, Zəngəzur Milli Parkına son ekspedisiyanız, xüsusən də Qafqaz bəbirinin unikal çəkilişi ilə nəticələnən 10 günlük müşahidə həqiqətən əlamətdar hadisədir. Bu barədə daha ətraflı danışa bilərsinizmi?

-Artıq 8 ilə yaxındır ki, vəhşi təbiət fotoqrafiyası ilə məşğulam və bu illər ərzində ən böyük hədəflərimdən biri Qafqaz bəbirini canlı olaraq müşahidə edib görüntüləmək idi. Nəhayət, bu məqsədimə Zəngəzur Milli Parkında etdiyim ekspedisiya zamanı nail oldum.

Təxminən 10 gün davam edən ekspedisiyanın 6-cı günündə, dağlıq və əlçatmaz bir ərazidə yerləşən mağaranın yaxınlığında bəbirin izlərini tapdım. Günorta saatlarında uzaqdan onun mağarada yatdığını müşahidə etdim və kameramı hazırlamağa başladım. Elə bu zaman o yerindən qalxaraq dağ keçisinə hücum etdi. Bu anı lentə almaq sözlə ifadə olunmayacaq qədər möhtəşəm bir hiss idi. Ardınca ikinci bir bəbirin də göründüyünü müşahidə etdim. İki Qafqaz bəbirini eyni anda izləmək və çəkə bilmək mənim üçün təkcə bir uğur yox, həm də ömürlük xatirə oldu.

Saatlarla səssiz şəkildə onları izlədim, fotolarını və videolarını çəkdim. Bu, Azərbaycanda vəhşi təbiət fotoqrafiyası tarixində bir iz qoydu. Çünki indiyə qədər nə yerli, nə də xarici fotoqraflar Qafqaz bəbirini bu qədər yaxın və aydın şəkildə canlı çəkə bilməmişdi. Bu uğur, həm də təbiətə səbir və hörmətlə yanaşmanın nəticəsidir.

- Azərbaycanda vəhşi təbiəti çəkmək üçün sevdiyiniz yerlər varmı və niyə məhz onlar?

-Bəli, sevdiyim bir çox məkan var. Ümumiyyətlə, ölkəmizin zəngin faunaya malik bütün bölgələri mənim üçün dəyərlidir. Xüsusilə milli parklar və qoruqlar çəkiliş baxımından daha əlverişlidir, çünki həm biomüxtəliflik çoxdur, həm də vəhşi təbiət daha toxunulmazdır. Müntəzəm olaraq bu ərazilərdə çəkilişlər aparıram və yaxın zamanda çox möhtəşəm görüntülərlə qarşınızda olacağam.

- Vəhşi təbiət çəkilişləri zamanı yaşadığınız ən yaddaqalan an hansıdır? Bəlkə xüsusi çəkiliş haqqında bir hekayə var?

-Mənim üçün hər çəkilişin öz yeri var, çünki bu işi sevərək görürəm və hər dəfə təbiətdən yeni bir şey öyrənirəm. Amma elə anlar var ki, onları heç vaxt unuda bilmərəm. Qafqaz bəbirinin görüntüsünü əldə etdiyim an, ayının balaları ilə birlikdə hərəkəti, uzun axtarışdan sonra canavarları müşahidə etməyim — bunlar mənim üçün çox dəyərli təcrübələrdir.

-Eyni zamanda, ilanlarla bağlı da çox maraqlı anlar yaşamışam. Onları yaxından müşahidə etmək və davranışlarını öyrənmək ilk baxışda qorxulu görünsə də, əslində çox vacib və maarifləndirici bir təcrübədir. Bu cür müşahidələr təbiəti daha dərindən anlamağa və ona daha çox hörmətlə yanaşmağa səbəb olur.

- Ən çətin vəziyyətlərdə sizə stimul verən hansısa bir şəxsi qayda və ya fəlsəfəniz varmı?

-Ən çətin anlarda mənə güc verən əsas şey – sağ qalmaq bacarıqlarım, təbiət haqqında öyrəndiyim biliklər və ekstremal şəraitdə keçirdiyim təcrübələrin qazandırdığı iradə və dözümdür. Həmişə özümə xatırladıram ki, nə qədər çətin olsa da, bir yol mütləq var. Təbiət mənə öyrədib ki, sakit qalmaq və səbirli olmaq çox şeyi dəyişə bilər. Bəzən tək bir doğru qərar insanı təhlükədən xilas edir və ən əsası – mən bu yol üçün buradayam. İstədiyimi almadan geri dönmək mənim üçün seçim deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see426

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see211

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see201

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see159

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see155

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see154

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see147

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see143

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see141

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see138

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see131

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri