Icma.az
close
up
RU
İki qiymət, bir məhsul: Kartla ödəniş KONKRET

İki qiymət, bir məhsul: Kartla ödəniş KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illər Azərbaycanda nağdsız ödənişlərin təşviqi məqsədilə bank kartlarından istifadə sürətlə artsa da, bəzi ticarət obyektlərində alıcılar hələ də fərqli yanaşma ilə üzləşirlər. Eyni məhsul üçün nağd ödəniş zamanı bir qiymət, kartla ödəniş zamanı isə daha yüksək məbləğin tələb olunması istehlakçılar arasında narazılıq yaradır və bu halın qanuniliyinə dair sualları gündəmə gətirir. Bəs satıcıların ödəniş üsuluna görə qiyməti dəyişməsi qanunvericiliyə nə dərəcədə uyğundur?

KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, satış zamanı məhsulun qiyməti ödəniş formasından asılı olaraq dəyişdirilə bilməz.

Ekspertin sözlərinə görə, əgər alıcı məhsulun üzərində göstərilən qiymətə uyğun şəkildə ödənişi dərhal həyata keçirirsə, satıcı həmin malı məhz göstərilən qiymətlə satmağa borcludur:

“Bu, ümumiyyətlə düzgün yanaşma deyil. Qiymət eyni olmalıdır. Yalnız hissə-hissə ödəniş zamanı qiymət fərqlənə bilər. Amma alıcı malın pulunu həmin anda ödəyirsə və üzərində qiymət qeyd olunubsa, məhsulu həmin məbləğə almaq hüququna malikdir”, – deyə o, vurğulayıb.

Əkrəm Həsənov qeyd edib ki, satıcı kartla ödənişə görə əlavə məbləğ tələb edər və ya məhsulu göstərilən qiymətə satmaqdan imtina edərsə, vətəndaş hüquqi qaydada şikayət edə bilər.

“Bu halda alıcı məhkəməyə müraciət etmək, eyni zamanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi şikayət göndərmək hüququna malikdir.

Kart ödənişlərinə görə əlavə komissiyanın alıcının üzərinə qoyulması istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Buna görə də sahibkarlar satış zamanı vahid qiymət prinsipinə əməl etməlidirlər”.

Aynurə İsmayıl
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Mart 2026 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri