İki rayonda vəzifəli və fiziki şəxslərə cinayət işi açılıb
Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sabirabad və Tərtər rayonları ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırmalar aparılıb.
Reyting.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildiriblər.
Araşdırma zamanı Sabirabad rayonunda “Azera Toxumçuluq” MMC, “Aran Agro” MMC və digər hüquqi şəxslərin vəzifəli şəxsləri, Tərtər rayonunda isə fiziki şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydaya zidd olaraq çoxlu sayda yaşıllıqların, o cümlədən ağac və kolların məhv edilməsi nəticəsində təbiətə 3 milyon manata yaxın ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 188.3 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.2.4 (Ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi külli miqdarda ziyan vurduqda) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə prokurorluq və daxili işlər orqanlarına göndərilib.
Bu mövzuda digər xəbərlər:Vəzifəli şəxslərə cinayət işi açılıb
05 Mart 2025 15:18
Vəzifəli şəxslərə cinayət işi açıldı
11 Aprel 2025 12:10
Vəzifəli şəxslərə qarşı cinayət işi AÇILDI
04 Dekabr 2024 16:38
Nida XəbərAzərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı
11 Fevral 2025 16:49
Gəncədə saxta məhsullar satan şəxslərə cinayət işi açılıb
14 Fevral 2025 10:56
Baxış sayı:122
Bu xəbər 03 Mart 2025 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















