Icma.az
close
up
RU
İki rəqəm dəyişəndə

İki rəqəm dəyişəndə

Icma.az, Modern.az saytına istinadən bildirir.

Mayın 20-si Qorxmazın ad günüdür.

Bir uşaqlıq dostumun sözüdür, deyir ki, yaşındakı rəqəmlər tək-tək dəyişdikcə problem deyil, ancaq elə ki, iki rəqəm birdən dəyişdi, onda bu ciddi hadisədir, onu yaxşı qeyd eləmək lazımdır…

Qorxmaz üçün də bu gün elədir – yaşındakı 6 ilə 9 dəyişir.

Yubileyidir onun bu gün.

İki gün əvvəl ara sakit ikən zəng vurdum mənim üçün çox dəyərli və qiymətli olan bu insana.

Nömrəsinə bir neçə dəfə zəng çatmamışdı, əziz Aydın Candan dəqiqləşdirdim – eyni nömrə imiş. 50 dəqiqə danışdıq, onun 20 dəqiqəsini Aydından (Can), 20 dəqiqəsini də Həmiddən (Ormanlı) danışdı…

Qorxmaz deyir bütün qələm əhli mikrorayonlar kimidir, bir-birinə oxşayır. “Bəs Aydın, o kimə oxşayır?” soruşanda düşünmədən “İçərişəhərə” dedi... Həmidin dostluğundan, sufiliklə ozanlığının sintezindən danışdı. İsmayılı (Ömərov) hörmətlə yada saldıq, Çingizlə çalışdığı illərdən danışdıq…

Qorxmaz Şıxalı (Şıxaliyev) Ustad Aydın Canın dediyi kimi, Yaxşı Adamdır, onun Adamıdır. Bu gün FB-da gözəl bir yazısını paylaşıb Qorxmaz haqqında. O yazıdan sonra mən nəsə yaza bilməzdim. Dedim heç olmasa buradan təbrik edim quru-quru.

Təbrik edərkən altını cızaraq, imzamı ataraq demək istəyirəm ki, Qorxmaz mənim Azərbaycan Dövlət Televiziyasında tanıdığım ən mükəmməl qələm adamlarından biri və bəlkə də elə birincisidir. Onun imlası, yazdığı mətnlər mübaliğəsiz müntəxabata salınacaq qədər təmiz, kaloritli və doğulduğu İsmayıllının havası qədər təmizdir.

Mərhum Rafiq Tağının ən böyük oxucusu, ən vəfalı dostu idi. Bəli, “şikil” kimi oğlandır Qorxmaz, amma bu yaraşığın altında ağır və dərin, görünməz bir nisgil, əzab var – o da müasir Azərbaycan nəsrinin zirvələrindən olan Rafiq Tağının faciəli ölümünün yaratdığı yaradır.

Mənə Rafiq Tağını Qorxmaz sevdirmişdi. Ona ömürboyu minnətdaram buna görə…


Bu sətirləri yazarkən Qorxmaz Bakının mərkəzindən bir qədər aralı, xudmani bir yerdə özünə yubiley keçirir. Kimləri dəvət etmisən deyə soranda, heç kimi, bilən, xatırlayan gələcək dedi. İndi orda, o məclisdə kim var, bilmirəm. Amma bilirəm ki, Qorxmazın başına mətbuatın, ədəbiyyatın qaymaqları yığışıblar. Onun zövqünə bələd olduğum üçün oturduğu, durduğu dostları da seçkin insanlardır. Açığı, indi onlara qibtə edirəm. Çünki məhz iki rəqəmin dəyişdiyi bu gündə mən də özümü qaymaq saymasam da, orada olmaq istərdim.

Qorxmaz, bilirsənmi, əgər mənə söz çatsaydı qalxıb sənin bir dəfə mənə “Turac”da danışdığın “nanəli konfet” xatirəni – atanın bacınla səni kənddən rayon mərkəzinə aparmaq istədiyini, amma palıd ağacının yanında…Bilmirəm, yəqin burdan sonrasını danışa bilməzdim ehtimal ki...qəhərlənərdim, sənə sarılar və...gözüm sulanardı...

Sən mənim tanıdığım ən dürüst, ən əxlaqlı insansan, sən bütün dostlarını özündən çox sevirsən, ətrafımdakı ən maraqlı və Öz Sözü, Öz Fikri olan nadir adamlardan birisən.

Sən dostların üçün Tapıntısan, bizim Yaxşı Adamımızsan!

Xoş gəlibsən yubileyinə!

Xoş gəlibsən bu Dünyaya!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 May 2025 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see317

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see307

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see283

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see250

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see229

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see228

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see225

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see195

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see179

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see176

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see176

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see173

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see172

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see168

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see164

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see162

Biz Türkiyə ilə eskalasiyada maraqlı deyilik İsrailli nazirdən AÇIQLAMA

23 Avqust 2026 01:04see160

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see154

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see149

İran istənilən neft ixrac marşrutlarına hücuma hazır olduğunu bildirib

23 Avqust 2026 00:35see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri