Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

“İki sahil” qəzeti 35 yaşını qeyd edir

“İki sahil” qəzeti 35 yaşını qeyd edir

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın media orqanları arasında özünəməxsus yeri olan “İki sahil” qəzetinin ilk sayının işıq üzü görməsindən 35 il ötür. Yarandığı gündən şərəfli bir yol keçən bu mətbu nəşr öz əqidəsinə və prinsiplərinə hər zaman sadiqdir. 

“İki sahil” Azərbaycan üçün ən çətin dövrlərdə həyata vəsiqə alıb, öz ideyalarına sadiq qalaraq sınaqlardan şərəflə çıxıb. Qarşıya qoyulan ali məqsəd kollektiv üçün hər zaman güclü stimul olub. 1991-ci ilin iyulunda, hələ Azərbaycan dövlət müstəqilliyini bərpa etmədiyi və sərt senzuranın hökm sürdüyü bir dönəmdə fəaliyyətə başlayan qəzet böyük amalı sayəsində bütün maneələri dəf edə bildi.

“İki sahil” qəzeti hər zaman Ulu Öndər Heydər Əliyev ideyalarının təbliğatçısıdır. Xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi olan 91 nəfər ziyalının Ümummilli Lider Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti məhz “İki sahil” qəzetində dərc edilib. Bu mətbu nəşr, Ulu Öndərin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının yaranma zərurətini, təşkilatlanma mərhələlərini və keçdiyi inkişaf yolunu bu gün də geniş şəkildə işıqlandırır. Zamanın təzyiqlərinə və çətinliklərinə baxmayaraq, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyən qəzet, cəmiyyətin güzgüsü missiyasını layiqincə yerinə yetirir. Hazırda dövlətimizin azad sözə və fikir plüralizminə verdiyi yüksək dəyər bu mətbu orqanın fəaliyyətində aydın şəkildə təzahür edir.

SOCAR-ın təsisçiliyi ilə  fəaliyyət göstərən “İki sahil” Azərbaycan dövlətinin həyata keçirdiyi müdrik daxili və xarici siyasəti, eləcə də iqtisadi uğurları cəmiyyətə dolğun çatdırmağı özünün əsas vəzifəsi hesab edir. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatda neft amilinə verdiyi xüsusi önəm Azərbaycanın bugünkü  tərəqqisinin bünövrəsini qoyub. Bu xəttə sadiq qalan qəzet ölkənin neft strategiyasının uğurla reallaşdırılmasında mühüm rolu olan SOCAR və onun strukturlarının fəaliyyətini daim diqqət mərkəzində saxlayır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət, müasir dövlət quruculuğu prosesləri, mədəniyyət, incəsənət və təhsil sahəsindəki yeniliklər “İki sahil” qəzetində geniş əks olunur. Son altı ildə isə qalib və bütövləşən Azərbaycanın sayılıb-seçilən mətbu orqanlarından biri olaraq “İki sahil” öz səhifələrində azad Qarabağ və azad Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə geniş yer ayırır.

Böyük Qayıdış Proqramı çərçivəsində soydaşlarımızın doğma yurdlarına qayıdışını əks etdirən materiallar bu gün qəzetin oxuculara təqdim etdiyi yazılar arasında mühüm yer tutur. Rəqəmsal medianın inkişafı ilə ayaqlaşan “İki sahil” müasir informasiya platformalarında da fəaliyyətini uğurla davam etdirir. Müasir medianın tələblərinə uyğun olaraq hazırda qəzetlə bərabər, “ikisahil.az” internet portalı və “İki sahil TV” internet televiziyası da fəaliyyət göstərir. Zamanın nəbzinə uyğun olaraq mütəmadi yenilənən rəqəmsal platformalarda günün ən aktual hadisələrinin təhlili, ölkədə və dünyada baş verən proseslər oxuculara və izləyicilərə operativ şəkildə çatdırılır. Ötən 35 il ərzində zəngin təcrübə toplayan “İki sahil” qəzeti gələcək fəaliyyəti və yeni-yeni uğurları üçün möhkəm təməl yaradıb.

“İki sahil” 35 illik fəaliyyət dövründə peşəkarlıq, obyektivlik və dövlətçilik prinsiplərinə sadiqliyini qoruyaraq Azərbaycan mediasında özünəməxsus mövqe qazanmışdır. Qəzet bu gün də cəmiyyətin etibarlı informasiya mənbələrindən biri kimi ölkənin media məkanının inkişafına mühüm töhfələr verməkdə davam edir.

Həmkarlarımızı təbrik edirik. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 İyul 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri