Icma.az
close
up
RU
Avropa ilə, yoxsa Avropasız: Gürcüstan YOL AYRICINDA

Avropa ilə, yoxsa Avropasız: Gürcüstan YOL AYRICINDA

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yeni il bayramları arxada qaldı və Gürcüstanın siyasi müxalifəti də ən azı minimal etiraz impulsunu saxlamaq üçün əlindən gələni etdi. Hətta müxalifət Yeni il bayramlarında da parlament qarşısında etirazçılara fəal dəstək verdi. Məsələ burasındadırki, etirazçıların sayının az olması, bununla belə siyasi mübarizə üçün onların hər gün parlamentin yanında yığışması və heç olmasa axşam saatlarında mərkəzi yolu bağlaması özlüyündə məsələnin dolayısı ilə də olsa, nə yerdə olduğunu ortaya qoymuş olur.

Hökumət rəsmilərinə qarşı müəyyən sanksiyaların davam etdiriləcəyinə ümid edənlər özlərini aldadırlar

“Gürcü arzusu”nun rusiyayönlü adlanan hökuməti ilə gürcü xalqının “mübarizəsini” mümkün qədər təbliğ etmək məsələsinin ön planda olduğu ortaya çıxır. Təbliğin daxili istehlak üçün deyil, xaric üçün lazım olduğu bəlli olur. Məhz Qərb nomenklaturası üçün etirazçılar hər gün ayaq üstə duraraq, ümid edirlər ki, bu yolla onlar hökumətə təzyiqləri davam etdirmək və bəlkə də növbədənkənar parlament seçkilərinə nail olmaq üçün Avropanın müxtəlif şəhərlərində olan öz tərəfdarlarına əsas verə biləcəklər. Onların fikrincə, siyasi məhbusların azad edilməsi məsələsi də nəyə isə “təkan” verə bilər. Əslində, nə müxalifətin, nə də yerli “elitar” QHT-lərin nümayəndələrinin parlament seçkilərinin nəticələrini tanımaq istəməməsinin yeganə səbəbi Qərb bürokratiyasının əksəriyyətinin mübarizəyə yaşıl işıq yandırmasıdır və bunu bizim bildiyimiz kimi, eləcə də həmin ölkənin müxalifəti də yaxşı bilir, hətta “nəzərə” də alır. Əslində, hay-küy salmalarının da əsas məğzi elə buna görədir.

Bilirik ki, qonşu ölkənin strateji tərəfdaşları nəticələrdən narazı idilər və bütün mümkün vasitələrlə hakimiyyət dəyişikliyinə ümid edirdilər. Məsələ burasındadır ki, müxalifətin seçkilərdə uduzduğu da bir reallıqdır. Parlamenti güc yolu ilə ələ keçirmək cəhdlərinin də təhlükəsizlik orqanlarının nümayəndələri tərəfindən yatırıldığı göz önündə oldu. Üstəlik, bəziləri dövlət qurumlarında kütləvi tətillərə və ölkənin fəaliyyətinin iflic vəziyyətinə düşəcəyinə ümid edirdilər, amma burada da məlum oldu ki, “əksəriyyət” bu cür “hərəkətlərə” hazır deyilmiş. İndi müxalifətin yeganə ümidi odur ki, Avropa guya hökumət rəsmilərinə qarşı müəyyən sanksiyaları davam etdirəcək və bununla da guya siyasətlərini dəyişməyə onları məcbur edəcək. Amma buna ümid edənlər də özlərini aldadırlar, çünki belə bir ssenari qətiyyən reallığa uyğun görünmür.

Müxalifət nə qədər çabalasa da seçkilərdə qalib gəlmədiyi təkzib edilən deyil

“Gürcü arzusu” öz yolunu təyin etdi, seçdi və elə həmin yolla getməyi də doğru hesab edir. Hansısa təsirlərin heç bir halda nəzərə alınacağı barədə fikirləşmək belə istəmir. Müxalifət də öz növbəsində bütünlüklə səsvermə prosesinə birbaşa təsirinin əhəmiyyətsiz olduğu ortaya çıxandan sonra Qərbə, eləcə də fəal, radikal düşüncəli qərbyönlü azlığa meyl etməyi qərarlaşdırdı. Daha “mötədil”, “balanslı” və “sakit” çoxluqdan fərqli olaraq, bu azlıq sosial şəbəkələrdə “şəkil yaratmağa”, yolları bağlamağa qadir olduğunu göstərməyə çalışmasının da müxalifət üçün xarakterik olduğu ortaya çıxdı. Amma bununla belə nə qədər çabalasa da seçkilərdə qalib gəlmədiyi təkzib edilən deyil. Bu “azlığın” əldə etdiyi yeganə şey, şübhəsiz ki, Gürcüstanın daxili mübarizəsinə öz siyasi və ideoloji prizmasından yanaşan Qərb siyasətçilərinin, ekspertlərinin və “alimlərinin”, başbilənlərinin dəstəyidir. Xüsusən də Qərbin göstərişlərinə əməl edirlərsə, bu o deməkdir ki, guya “sağ” tərəfdədirlər, əks halda isə avtomatik olaraq belə çıxır ki, Kremlin siyasətinin tərəfdarı sayılırlar. Reallıqda bu tənzimləməni Gürcüstan əhalisinin mütləq əksəriyyəti, hətta müxalifət tərəfdarları belə bölüşmür. Gürcüstan cəmiyyəti çox güman ki, müxalifətin mübarizəsini “Avropa ilə” və ya “Avropsız” formatında “görür”, daha doğrusu, qəbul edir. Yəni, ya “Avropa ilə”, ya da “Avropasız” kimi başa düşür. Amma istənilən halda, bu hələ nə isə demək deyil və belə görünür ki, ölkə hələ də yol astanasındadır...

Gürcüstandakı siyasi mübarizənin bu cür təqdimatı Qərb nomenklaturasında “yaxşı” səslənir

“Avropa ilə” mövqeyini “Gürcü arzusu” Avropa İttifaqına “ləyaqətlə” inteqrasiya formulu kimi, yəni ölkənin milli maraqlarını, eləcə də “qırmızı xətləri” nəzərə alaraq formalaşdırmağı məqbul sayır. Ənənələrin gözlənilməsi və anti-Rusiya ritorikasının olmasını qəbul etməmək düşünülür. “Avropasız” anlayışı isə “elitar” QHT-nin nümayəndələri tərəfindən formalaşdırılıb. Məsələn, parlament komitələrindən birinin iclasında çıxışı zamanı QHT nümayəndəsi Burcanadze bəyan edib ki, Qərbə inteqrasiya naminə ölkə ondan tələb olunan hər şeyi etməlidir, hətta “bir ayaq üstündə durmalıdır”. Nəticə etibarilə, “Gürcü Arzusu”nun hədəf aldığı gürcü seçicilərinin əksəriyyəti üçün strateji tərəfdaşlıq “Avropa ilə” və direktivlərin həyata keçirilməsini nəzərdə tutmaqla, hakimiyyətin legitimləşdirilməsinin məsələlərini Qərb deyil, əhalinin həll edəcəyi düşünülür. Bir zamanlar “menşeviklər” kimi həmin o azlıq ifadəsini verənlər üçün inteqrasiyanın özü həyati məqsəddir və ona görə də strateji itaət ən “sürətli” yol sayılır. Bu yol isə Gürcüstanda hansı seçkilərin legitim, hansının qeyri-qanuni olduğuna qərar vermək kimi Qərbə imkan, hətta şans verir.

Ona görə də əminliklə deyə bilirik ki, Gürcüstan yol ayrıcındadır. Məhz “Avropaya ilə” və ya “Avropasız” prinsipi ilə hələ də fikir müxtəlifliyi davam edir. “Gürcü arzusu”nun ölkəni Moskva və ya Pekinin orbitinə çıxarması ilə bağlı eyhamlar sadəcə olaraq siyasi sifarişin bir hissəsidir və yenə də daxili “məsələlər” deyil, xarici “məsələlər” üçün lazımlı görünür.

Məsələ burasındadır ki, olkə daxilində hamı yaxşı başa düşür ki, Tbilisi nə Rusiyanın, nə də Çinin “kuklasına” çevrilməyəcək, çünki hakimiyyətin özündən belə heç bir “tələb” və ya “istək” də yoxdur. “Gürcü Arzusu”nun özü Avropanın “parlaq” gələcəyinə nail olmağa çalışır. Lakin Gürcüstandakı siyasi mübarizənin bu cür təqdimatı Qərb nomenklaturasında və böhran, eləcə də geosiyasi qarşıdurma fonunda bu cür əsassız bəyanatlara sevinən əhali arasında “yaxşı” səslənir.

Hələlik “Gürcü arzusu” hakimiyyətin “cilovunu” möhkəm saxlayır və heç bir zəiflik nümayiş etdirmir. Müxalifət isə parçalanıb və “apolitik” etirazları və yerli qeyri-hökumət təşkilatlarının “ekranı” arxasında gizlənib. Amma gec-tez o, açıqlığa çıxıb gürcü seçicisinə strateji tərəfdaşlarla münasibətlərdə özünü niyə əlverişsiz vəziyyətə salmalı olduğunu izah etməyə məcbur olacaq. Hələlik isə yol ayrıcında olan Gürcüstanda “qərarlaşma” müəmmalı olaraq qalır...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:255
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Yanvar 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri