Icma.az
close
up
RU
İRAN YOL AYRICINDA... Təhlil / II YAZI

İRAN YOL AYRICINDA... Təhlil / II YAZI

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Buraxılmış səhvlər üzərində iş; və ya Tehran niyə “Bakının etimadını qaytarmağa çalışır?”

ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən İrana qarşı sanksiyaların gücləndirilməsi ilə xarakterizə olunan hazırkı geosiyasi vəziyyət kontekstində Tehran, tarix boyunca etibarlı və sabit tərəfdaş statusunu möhkəmləndirmiş Azərbaycan başda olmaqla, qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır. Birgə Hərtərəfli Nüvə PoA-nın (JCPOA) 2018-ci ildə süqutu və sonradan sərt iqtisadi sanksiyaların tətbiqi İranın xarici siyasət manevrlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırdı və onu təcridini yüngülləşdirmək üçün regional tərəfdaşlar axtarmağa məcbur etdi. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İrana səfəri, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan nümayəndəliyinin qəbulu və bu qəbulun cənab Pezeşkiyanı ölkəmizə səfər etmək dəvətimiz ilə başa çatması, eləcə də iki ölkənin beyin mərkəzləri arasında elmi-tədqiqat memorandumlarının imzalanması, son zamanlar yetərincə zədələnmiş münasibətlərin yenidən bərpa olunmasına doğru, bu istiqamət uğrunda atılan atdımlar haqqda xəbər edir.

(Əvvəli ötən sayımızda)

2022-ci ildə, 44 günlük Vətən Müharibəsinin ikinci ildönümündə, İran İslam İnqilabı Keşikçiləri Korpusu Azərbaycan sərhədlərinə birbaşa bitişik olan Şərqi Azərbaycan vilayətində hərbi təlimlər keçirmişdir. Bu manevrlər Bakı tərəfindən güc nümayişi və ölkənin suverenliyinə potensial təhlükə kimi qəbul edilmişdir. Buna cavab olaraq, altı həftə sonra Azərbaycan Türkiyə ilə birlikdə İran sərhədi yaxınlığında hərbi təlimlər təşkil etmişdir. Hərbi təlimlərin keçirilməsi hər bir dövlətin suveren hüququdur. Lakin maraqlıdır ki, Qarabağın işğalı dövründə, sərhədlərin faktiki olaraq nəzarətsiz qaldığı zamanlarda İran nə hərbi təlimlər keçirməyə ehtiyac duyurdu, nə də şərti düşmən konsepsiyası üzərində düşünürdü. Görünür, o dövrdə Tehran üçün təhlükə mənbələri tamamilə fərqli istiqamətdə idi və bölgədə balansı qorumaq kimi bir narahatlıq mövcud deyildi.

2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə hücum Azərbaycan-İran münasibətlərinin pozulmasının kulminasiyası oldu və bu, ikitərəfli əlaqələrdə artan qarışıqlıq fonunda məqsədyönlü təxribatın klassik nümunəsidir. Rəsmi Tehranın terror aktını “təcavüzkarın şəxsi qisası” ilə əsaslandıran absurd bəyanatları nəinki Azərbaycanın xaricdəki dövlətimizin diplomatik nümayəndəsinə sui-qəsd cəhdinə yol verənlərin cəzalandırılacağı ilə bağlı gözləntilərini doğrultmadı, həm də İran hakimiyyətinin adicə üzr bələ istəmək fikirində olmadığını nümayiş etdirdi. İndiyədək İran rəsmiləri lazımi addımları atmayıb. Hücum ikitərəfli münasibətlərdə geri dönüş nöqtəsi oldu və İranın artıq Azərbaycan tərəfindən proqnozlaşdırıla bilən tərəfdaş kimi qəbul edilmədiyini göstərir.

O da maraqlıdır ki, Azərbaycanın Tehrandakı səfirliyinə terror aktından iki ay sonra İsraildə ilk dəfə səfirliyini açması məhz həmin ilə təsadüf etmişdir. İran rəsmiləri dəfələrlə bəyan ediblər ki, İsrail guya “Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat və təxribat fəaliyyəti həyata keçirmək üçün istifadə edir”.

Bu ittihamlar, gözlənildiyi kimi, təsdiqini tapmadı. Sözügedən hadisədən sonra 2023-cü il ərzində Azərbaycan xüsusi xidmət orqanları İranla əlaqəli xarici qüvvələrin Naxçıvan Muxtar Respublikasında təxribat təşkil etmək cəhdləri barədə dəfələrlə məlumat verirdi. Hətta 2023-cü ilin mayında Azərbaycan prezidenti İlham Əliyev Bakı ilə Tehran arasında münasibətlərin “ən aşağı səviyyəyə” çatdığını bildirmişdir.

Və bu: artıq 2024-cü ilin may ayında Xudafərin SES-in istifadəyə verilməsi və Qız Qalası Su Elektrik Kompleksinin açılış mərasimi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti İbrahim Rəisinin iştirakı ilə Azərbaycanla sərhəddə yüksək səviyyəli görüş keçirilmişdir. Həmin su elektrik stansiyaları, hansılardan istifadə təklifini ki İran 2020-ci ilin mayında sadəlövhcəsinə Ermənistana və Azərbaycan torpağlarını işğal edən separatçı rejiminə etmişdir (düşünmək olar ki, Azərbaycanın razılığı olmadan onlar nəyəsə nail ola bilərdilər). İranın mərhum prezidenti İlham Əliyevlə görüşdə qeyd etdiyi kimi, “İki xalq və iki dövlət arasında çox mühüm layihələrin həyata keçirilə bilməsi özlüyündə əlamətdar hadisədir, ola bilsin ki, bizim görüşlərimiz, birgə uğurlarımız kiminsə xoşuna gəlmir”. Prezidentlərin görüşündən sonra Azərbaycan və İran arasında yaxınlaşma prosesi təkcə konkret əməkdaşlıq addımları ilə məhdudlaşmır, əksinə, hərbi, iqtisadi və siyasi müstəvidə paralel şəkildə inkişaf edir. İranın Xəzər dənizindəki sektorunda keçirilən birgə hərbi-dəniz taktiki manevrləri iki ölkənin silahlı qüvvələri arasında etimadın və operativ koordinasiyanın yüksəlməsindən xəbər verir.

Ardınca, hərbi təlimlərdən qısa müddət sonra Azərbaycan nümayəndə heyətinin Tehrana səfəri iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi istiqamətində konkret perspektivlərin müzakirəsini ehtiva edirdi. Azərbaycan, nəqliyyat dəhlizləri və enerji təşəbbüsləri də daxil olmaqla, strateji iqtisadi layihələrini reallaşdırmaq üçün sabit və proqnozlaşdırıla bilən regional mühitin formalaşmasında maraqlıdır. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması regional ticarət və tranzit imkanlarını genişləndirə biləcək mühüm amil kimi çıxış edir. Lakin Tehran bu layihəyə ehtiyatla yanaşır və müəyyən dərəcədə maneələr yaradır. İranın bu mövqeyi həm geosiyasi balansı qorumaq cəhdləri, həm də regional tranzit yollarında öz nəzarətini saxlamaq istəyi ilə bağlıdır. Bununla belə, dəyişən beynəlxalq şərtlər və artan iqtisadi təzyiqlər fonunda Tehranın bu məsələdə mövqeyini tamamilə sərt saxlaya biləcəyi sual altındadır.

İranın uzun illər yürüdüyü bu siyasət Azərbaycanı növbəti dəfə “güvən, amma yoxla” prinsipinə sadiq qalmağa vadar edir. Eyni zamanda, İranın addımlarına qarşı daim ayıq-sayıq olmaq zərurəti yaradır. Üstəlik, belə bir reallıq da mövcuddur ki, İranın strateji tərəfdaşı Ermənistandır (ikincisinin rəsmi olaraq xarici siyasətində “Avropa inteqrasiyası” kursunu elan etməsinə baxmayaraq – bu isə analitik təhlil üçün ayrı, bir FENOMEN məsələdir) və İranda yaşayan təxminən 60 minlik erməni icması Bakı-Tehran münasibətlərinin gərginləşməsində maraqlı ola bilər.

Bu diplomatik vektor mühüm bir məsələyə toxunur: İranın yaxınlaşması uzunmüddətli stratejinin bir hissəsidir, yoxsa yalnız Donald Tramp administrasiyasının İranı əsas sanksiya təzyiqi obyekti kimi gördüyü dövrdə beynəlxalq təzyiqi yüngülləşdirmək məqsədi ilə atılmış taktiki bir addımdır? Cənubi Qafqazın geopolitik memarlığında İran ənənəvi olaraq qonşularla sabit münasibətləri qorumaq və regional təsir gücünü artırmaq arasında balans yaratmağa çalışıb. Lakin son illərin hadisələri – 2020-ci il Qarabağ müharibəsi və ABŞ ilə İsrailin İran əleyhinə ritorikasının güclənməsi – Tehranın strateji baxımdan həssas vəziyyətə düşməsinə səbəb olub. Bir tərəfdən, İran regionda siyasi izolyasiyadan qaçmağa çalışır, digər tərəfdən isə Vaşinqtonun təzyiqini nəzərə almalıdır. ABŞ-ın İslam Respublikasına qarşı maliyyə və ticarət kanallarını aktiv şəkildə məhdudlaşdırdığı şəraitdə Bakı, Tehran üçün regional sabitliyin təmin edilməsində mühüm bir elementə çevrilib. İsrail, hərbi-texniki sahədə Azərbaycanın əsas müttəfiqi olaraq qalır ki, bu da İran hökumətini narahat edir. Son illərdə Bakı İsraildən qabaqcıl silah sistemləri, o cümlədən regiondakı güc balansını dəyişdirən dronlar alıb. ABŞ-İran qarşıdurması kontekstində Bakı ilə Tel-Əviv arasında əməkdaşlığın aktivləşməsi Tehranı daha da narahat edir və onu Azərbaycanla münasibətləri sabitləşdirmək yollarını axtarmağa vadar edir.

Bakıya diplomatik münasibətlərin aktivləşdirilməsi, İrandan daha çox məcburi bir addım kimi görünür, nəinki nəzərdə tutulan strateji düzəliş. Siyasi və hərbi amillərdən əlavə, yaxınlaşmanın iqtisadi tərəfini də nəzərə almaq lazımdır. Azərbaycan Avropa ilə Asiya arasında yük daşımaları üçün mühüm tranzit qovşağı, eləcə də əhəmiyyətli enerji ehtiyatlarına sahib olan bir mərkəzdir. Sanksiyalar altındakı İran üçün alternativ ticarət marşrutlarına, o cümlədən "Şimal-Cənub" Azərbaycan nəqliyyat dəhlizinə çıxış xüsusi əhəmiyyət kəsb edir. Lakin burada əsas ziddiyyət üzə çıxır. Yaxınlaşma cəhdlərinə baxmayaraq, Tehran yeni rəhbərlik altında bəlkə də regional iqtisadi inteqrasiyanı gücləndirə biləcək, lakin, əvvəllər qeyd edildiyi kimi, İranın tranzit mərkəzi olaraq mövqelərini zəiflədəcək Zəngəzur dəhlizinin açılmasına hələ də mane olur. Bu ikili yanaşma, yaxınlaşmanın Tehranın uzunmüddətli strateji xətti deyil, daha çox məcburi taktiki bir addım olduğunu təsdiq edir.

Cari geopolitik konfiqurasiyada Azərbaycanla İran arasındakı yaxınlaşma daha çox pragmatik, amma müvəqqəti bir proses kimi görünür. Tehran iqtisadi çətinliklər, regional izolyasiya və ABŞ ilə İsrailin təzyiqi arasında manevr etməyə məcbur olub. Bu baxımdan, İranın Bakı ilə diplomatik aktivliyini artırması və birgə hərbi təşəbbüslərdə nümayişkaranə iştirakı daha çox potensial riskləri azaltmağa yönəlmiş reaktiv bir strategiya kimi qiymətləndirilə bilər.

Beləliklə, yaxın gələcəkdə İrandan regional siyasətdə əsaslı dəyişiklik gözlənilmir. Tehran, bir tərəfdən Bakı ilə əməkdaşlığa hazırlığını nümayiş etdirərək, digər tərəfdən isə öz strateji təsirini qorumaq üçün iqtisadi və hərbi vasitələrdən istifadə edərək, ikili taktikanı davam etdirəcək. Lakin belə yanaşmanın effektivliyi, xüsusən də ABŞ-ın İrana qarşı təzyiqinin artması və Azərbaycanın qlobal oyunçu statusu iddialarının güclənməsi kontekstində sual altında qalır.

Bu aralar isə, Təbrizdə keçirilən tədbirdə Pezeşkian Məhəmmədhüseyn Şəhriyarın “Heydər babaya salam” əsərindən fraqment söyləyir...

Elmira TALIBZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Fevral 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see258

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see139

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see131

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see129

Onlayn tanışlıq ətrafında dolaşan bir sıra miflər

31 Avqust 2025 06:32see129

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see125

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see124

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see123

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see122

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see121

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see121

Mançester Yunayted dən Vilyarreal a

31 Avqust 2025 12:49see120

Azərbaycan Prezidentinin köməkçisi: Azərbaycan dialoq tərəfdaşı kimi ŞƏT lə sıx əməkdaşlıq edir

31 Avqust 2025 09:25see119

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see119

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see118

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see118

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see118

Mehmed Fetihler Sultanı nda yeni sima Foto

31 Avqust 2025 10:38see117

Rusiya Kiyev, Dnepr və Zaporojyeyə hücumlara haqq qazandırıb

31 Avqust 2025 11:24see116

Rüfətdən məhsuldar ötürmə

31 Avqust 2025 11:12see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri