Icma.az
close
up
RU
Menu

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Temu adı ilə dələduzluq

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Yuxuda boşqab görmək nə deməkdir?

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

Mayın 21 i Beynəlxalq Çay Günüdür

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

İkili oyunlar və ya qəbahətdən betər qəbahətlər

İkili oyunlar və ya qəbahətdən betər qəbahətlər

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son hadisələr bir çox qapalı məsələlərə işıq saldı. Biz tez-tez eşidirdik: "Azərbaycanda avtoritar rejim var, Ermənistanda demokratiya qalib gəlib" və sair. Yaxud Azərbaycanın guya Ermənistan ərazisinə müdaxilə etdiyi haqda iddialar. Eləcə də, Azərbaycanın guya Qarabağda "etnik təmizləmə etməsi" barədə yazılanları yada salaq. Bundan başqa No War-çıların çığır-bağırı...

Bu cür rəylər necə formalaşdırılırdı? Təbii ki, yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) və bir sıra yerli və beynəlxalq media platformaları vasitəsilə. ABŞ prezidenti Donald Trampın qərarları ilə başlanan araşdırmalar göstərdi ki, bunların arxasında USAİD dayanırmış. Məhz bu təşkilatın ayırdığı qrantlar hesabına beynəlxalq və yerli media və QHT bu və ya başqa ölkədə vəziyyəti istədiyi kimi təsvir edib. Bir ölkədə kimdənsə "demokrat" düzəltmək istəyiblər, düzəldiblər, kimisə avtoritar lider kimi təqdim etmək istəyiblər, elə təqdim ediblər.

Artıq məlum olduğu kimi, USAİD dünya üzrə 707 media, 6200 jurnalist və 279 jurnalistika sahəsində çalışan QHT maliyyələşdirib. Bəzi faktlara və ehtimallara əsaslanaraq ABŞ, Fransa, Britaniya, Almaniyada “Röyters”, “Assoşeyted Press”, “Frans Press” kimi agentliklər, “Vaşinqton Post”, “Nyu York Tayms”, “Politico”, “Fiqaro, “Le Mond”, “Şpigel”, “Alman Dalğası” kimi media orqanları, Belçika, İsveç, Polşa, Danimarka və digər Avropa ölkələrində, Asiyada, Latın Amerikasında, faktiki olaraq dünyanı hər yerində aparıcı media USAİD-lə iş birliyində olub.

Belə bir media ordusu ilə hansı rəyi yaratmaq olmazdı ki?!

Baxın, "cinayətkar təşkilat" adlandırılan həmin USAİD-in məlum şəbəkəsi dünənə qədər Ukraynanı və Gürcüstanı başqa ölkələrə, başqa xalqlara demokratiya nümunələri kimi göstərirdi. Belorus prezidenti Aleksandr Lukaşenkonu

diktator adlandırıb sanksiyalar qoyurdu. Eləcə də, Rusiya prezidenti Putini. Bu gün Avropa İttifaqı Gürcüstanın seçilmiş hökumətini deyil, seçilməmiş Salome Zurabişvilini qanuni hakimiyyət kimi tanıyır. ABŞ prezidenti isə Ukrayna lideri Volodimir Zelenskini "diktator" sayır, üstəlik Zelenskini kənara itələyib, Putinlə, Lukaşenko ilə açıq və gizli danışıqlar aparırlar. İş nə yerə gəlib ki, öz ölkəsundə reytinqi yerlə sürünən Fransa prezidenti Makron Zelenskinin legitimliyini əsaslandırmağa çalışır, Trampla mübahisə edir. Yeri gəlmişkən, ölkəsundə 73 faiz səslə prezident seçilmiş Zelenskinin kənarda qaldığı danışıqlar masası Səudiyyə krallığında qurulmuşdu.

Deməli, kimin demokrat, kimin avtokrat olması maraqlar çərçivəsində qiymətləndirilir. Bu gün "demokrat" dediləri bir göz qırpımında "diktator" olur və sair. Dünyada, eləcə də, postsovet ölkələrində bir çox xalqlara elə gəlir ki, Qərb demokratiya və azadlıqlar cənnətidir. Ancaq rəsmi hesabatlardan da görünür ki, heç də hər şey göründüyü kimi deyil. Avropa ölkələrinin bir çoxunda krallıq və ya mahiyyətcə kral olan formal prezidentlik var. Həmin "formal" prezidentlər "dərin dövlər"in təmsilçiləridir. Seçkilər keçirilir, seçkilərə bir neçə partiya qoşulur. Onların hamısı krala, yaxud "dərin dövlət" deyilən üstün gücə məxsusdur. Hansı partiya seçkidə qalib gəlir-gəlsin, qələbə kralındır. Oxşar sistem İranda da var: se.kidə kim qalib gəlir, kim məğlub olur, fərq etməz. Qələbə Ali Dini Liderindir. Sadəcə, İran bunu kobudcasına, Avropalılar daha ustalıqla həyata keçirir, demokratiya süsü ver bilirlər.

Deməli, "təmiz" şəklində heç yerdə demokratiya yoxdur. Yaxud belə deyək: demokratiya budursa, hər yerdə var, bu deyilsə, heç yerdə yoxdur. Ona görə də kimisə demokrat, kimisə diktator saymaq, sırf maraqdan irəli gəlir. Çox hallarda da iqtisadi, maddi maraqdan. Məsələn, Qərbin Ukraynaya verdiyi dəstək "demokratiyanın, insan haqlarının müdafiəsi" kimi təqdim olunurdu. Ancaq indi hər şey tam açıq-aşkar ortaya çıxıb: əsl maraq Ukraynadakı onlarla trilyon dollar dəyərində olan nadir torpaq elementləridir.

Odur ki, maraq tələb edəndə diktator Putin idi, demokrat Zelenski. İndi isə tamam əksinə olub. Dünyanın ədaləti məhz bundan ibarətdir.

Bu yerdə bir məsələni də diqqətə çatdıraq: həmin USAİD-in təbliğat maşını Azərbaycanı Rusiya qazını Avropaya nəql etməkdə günahlandırmışdılar. Azərbaycana qarşı sanksiyalar tətbiq etmək üçün ictimai rəy yaradırdılar. Bu yalanı dayanmadan tirajlayırdılar. Amma Ermənistan gerçəkdən - göz qabağında Rusiyanı həmin Amerikanın, Avropanın sanksiyalarından yan keçirir, Ukraynaya qarşı müharibənin maliyyələşməsinə kömək olurdu. Bu, tam sürətlə davam etməkdədir. Rusiya-Ukrayna müharibəsindən əvvəl - 2021-ci ildə Rusiya ilə Ermənistan arasında xarici ticarət dövriyyəsinin həcmi 2,6 dollar olmuşdusa, 2024-cü ildə bu rəqəm 16 milyard dollara çatıb. Yəni müharibənin getdiyi 3 il ərzində Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 6 dəfədən çox artıb. Müqayisə üçün deyək ki, Rusiya ilə Azərbaycan araaında mal dövriyyəsi təxminən 4 dəfə azdır. Bu rəqəmlər də göstərir ki, Ermənistan Rusiyanı həmin Qərbin sanksiyalarından yayındırıb. Ancaq həmin Qərbin "müstəqil", "obyektiv" mediası Ermənistanın adını Azərbaycana qoymuşdu. Ermənistanın günahlarını Azərbaycanın üzərinə yıxırdılar. Ona görə də bu gün Qərb mediasının və QHT-nin hazırladığı materiallara, hesabatlara inam sıfıra düşüb. Xüsusilə də son proseslərin fonunda.

Beləliklə, beynəlxalq QHT və media platformaları Azərbaycanla və ya hər hansı başqa ölkə ilə bağlı sərt tənqidi hesabatlar, məlumatlar yayırsa, deməli, bu, kiməsə lazındır. COP29 ərəfəsində və konfransın Bakıda keçirildiyi günlərdə həmin The Washington Post, The New York Times, Politico, Le Monde və sair Azərbaycanı "petrostate" adlandıraraq, sərt tənqid edirdi. Amma indi "petrostate" ifadəsi o qəzetlərin, başqa media platformalarının dövriyyəsindən çıxıb. Üstəlik məlum olub ki, həmin media orqanları USAİD-dən maliyyə yardımı alırmışlar. Neft hasil edən ölkə olmaq qəbahət deyil, ancaq "cinayət təşkilat" vasitəsilə maliyyələşmək qəbahətdən betərdir.

Seyid Əhmədli, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Fevral 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see268

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see237

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see213

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see185

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see185

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see181

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see181

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see178

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see177

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

21 May 2026 16:43see177

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see171

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see169

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see168

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see167

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see165

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see159

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see157

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

20 May 2026 21:47see156

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see147

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri