İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır?
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son illər Azərbaycanda xarici saytlar vasitəsilə avtomobil sifariş etmək kütləvi hal alıb. Vətəndaşlar daha çox ikinci əl və ya qəzalı nəqliyyat vasitələrini münasib qiymətə alaraq ölkəyə gətirirlər. Lakin bu prosesin uzun zaman aparması yerli bazarda yeni bir seqmentin - belə avtomobillərin satışını həyata keçirən saytın yaranmasına gətirib çıxarıb. Bu kateqoriyada üstünlük təşkil edən Çin istehsalı olan qəzalı avtomobilləri almaq nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı Baku TV-yə fikirlərini bölüşən avtobloqer Araz Mübarizoğlu bildirib ki, seçim zamanı avtomobilin zədə dərəcəsinə xüsusi diqqət yetirilməlidir:
"Biz yeni Çin avtomobillərini təqdim və ya reklam edəndə bu, birmənalı qarşılanmır, bəzən kəskin tənqid olunuruq. Lakin burada əsas məsələ avtomobilin qəza tipidir. Məsələn, ABŞ-dən gələn maşınların əksəriyyəti qəzalı olur. Lakin qapıda kiçik bir cızıq və ya yüngül əzik ciddi problem deyil, usta tərəfindən bir gün ərzində bərpa oluna bilər".
O vurğulayıb ki, yüngül zədələr qorxulu olmasa da, avtomobilin gövdəsi ciddi deformasiyaya uğrayıbsa, belə nəqliyyat vasitələrini almaq risklidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:210
Bu xəbər 21 Mart 2026 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















