Icma.az
close
up
RU
“İkinci Karakas” baş tutmadı: Trampın İran “blefi”, yoxsa…

“İkinci Karakas” baş tutmadı: Trampın İran “blefi”, yoxsa…

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi hücumu təxirə salmaq qərarı beynəlxalq aləmdə ciddi rezonans doğurub. Bir çox müşahidəçi bu addımı gözlənilməz və hətta ziddiyyətli hesab edir. Xüsusilə Trampın sərt ritorikası, “qırmızı xətlər”dən danışması və regiona əlavə hərbi qüvvələr yerləşdirməsi fonunda Vaşinqtonun son anda geri çəkilməsi suallar doğurur:

Niyə indi yox? Nə dəyişdi?
İlk baxışdan bu qərar Trampın əvvəlcədən anons etdiyi “İranda ikinci Karakas ssenarisi”ndən imtina kimi görünür. Lakin prosesə daha dərindən baxdıqda bu addımın taktiki geri çəkilmə və geosiyasi bazarlıq strategiyasının tərkib hissəsi olduğu aydınlaşır.

Müttəfiqlərin təsiri arqumenti niyə zəifdir?
Bəzi analitiklər Trampın hərbi müdaxilədən imtinasını müşavirlərin, regional müttəfiqlərin və ictimai rəyin təzyiqi ilə izah etməyə çalışır. Doğrudur, son anda İsrail belə açıq müdaxilənin regionu alova çevirə biləcəyi ilə bağlı Vaşinqtona mesajlar ötürüb. Türkiyə və bir sıra ərəb ölkələri də İrana qarşı birbaşa hərbi hücumun Yaxın Şərqi daha dərin xaosa sürükləyəcəyini bəyan ediblər.
Lakin bu izah tam inandırıcı deyil. Çünki Tramp Qrenlandiya məsələsində açıq şəkildə Avropalı müttəfiqləri ilə üz-üzə gəlməkdən çəkinməyib. Bu isə göstərir ki, müttəfiqlərin etirazı Tramp üçün həlledici amil deyil. Deməli, İran məsələsində geri addımın kökündə daha dərin strateji səbəblər dayanır.

Əsl məqsəd: rejim dəyişikliyi yox, şərt diktəsi
Trampın əsas hədəfi heç vaxt İranda klassik mənada rejim dəyişikliyi olmayıb. Məqsəd təzyiq, qorxu və qeyri-müəyyənlik yaratmaqla Tehrana öz şərtlərini qəbul etdirməkdir. Bunun üçün isə Tramp manevr sahəsini açıq saxlayır: “qırmızı xətt” ritorikası ilə hərbi təhdidi gündəmdə saxlayır, regiona qoşun və hərbi texnika yerləşdirməklə psixoloji təzyiqi artırır, eyni zamanda real müharibədən yayınaraq siyasi riskləri balanslaşdırır.
Çünki hərbi əməliyyat iki ciddi təhlükə yaradır:
1.    İraq ssenarisinin təkrarı  uzunmüddətli münaqişə və reytinq itkisi,
2.    Əməliyyatdan imtina isə “sərt lider” imicinə zərbə vurur.
“Məni heç kim inandırmadı, mən özümü inandırdım” deyən Trampın açıqlaması da göstərir ki, qərar emosional deyil, hesablanmış siyasi manevrdir.

Niyə indi İran parçalanması gündəmdə deyil?
Trampın hərbi müdaxilədən imtinasının əsas səbəblərindən biri İranda rejim dəyişikliyini əvəz edəcək real alternativin olmamasıdır. Hazırda vahid, legitim və ölkəni nəzarətdə saxlaya biləcək siyasi lider yoxdur; müxalifət parçalanmış vəziyyətdədir; İranın parçalanması üçün yetərli daxili və regional zəmin formalaşmayıb.

Bundan əlavə, İranın parçalanması bir çox regional və qlobal güclərin maraqlarına ziddir. İsrail kürd faktoru səbəbindən bu ssenarini nəzəri olaraq dəstəkləsə də, digər əsas oyunçular buna qarşıdır. Çünki İranın parçalanması yeni türk dövlətinin ortaya çıxmasını qaçılmaz edir. Bu isə təkcə Yaxın Şərqdə deyil, bütövlükdə Avrasiyada və qlobal beynəlxalq münasibətlər sistemində tamamilə yeni geosiyasi vəziyyət yaradar.
Məhz buna görə də böyük güclər üçün ən optimal ssenari ya rejimin transformasiyası, ya da “onlara uyğun” yumşaldılmış idarəetmə modelinin formalaşdırılmasıdır.

Humanitar faktor və nüvə bazarlığı
Trampın hücumu təxirə salmaqla əldə etdiyi daha bir nəticə Tehran rejiminin etirazçılara qarşı kütləvi edam qərarlarından geri çəkilməsidir. Trampın “800 nəfərin edamının qarşısını aldıq” açıqlaması bu aspektin Vaşinqton üçün mühüm rıçaq olduğunu göstərir.
Digər əsas məsələ isə nüvə danışıqlarıdır. Son günlərdə Tehranla Ağ Ev nümayəndələri arasında intensiv təmaslar gedir. Prosesdə İran XİN rəhbəri Abbas Araqçı, təhlükəsizlik blokunun yüksək vəzifəli nümayəndələri və Əli Laricani kimi fiqurların iştirakı göstərir ki, tərəflər kompromis axtarışındadır. ABŞ üçün əsas məqsəd nüvə məsələsinin öz şərtləri çərçivəsində həllidir.

Trampın Tehrana hərbi müdaxilə təzyiqinin arxasında  Ağ Evin təkcə İran və Yaxın Şərqdə deyil, həmçinin Qafqazlar, Mərkəzi Asiya, Çin, Rusiya faktoru da var.
Hərbi müdaxilədən imtinanın səbəblərindən biri də Trampın Qəzzada “Sülh Şurası” planını maneəsiz reallaşdırmaqdır.

İsrail, Moskva və paralel regional gedişlər
İrana birbaşa hücumdan imtina İsrail üçün də manevr azadlığı yaradıb. Təl-Əviv bu qərarı Moskva və Vaşinqton kanalları vasitəsilə Tehranın diqqətinə çatdırıb. Netanyahu–Putin təması və Kremlin bu mesajları Tehrana ötürməsi təsadüfi deyil.
Nəticə etibarilə İsrail diqqətini Fələstin ərazilərinə yönəldib: Hebronda genişmiqyaslı əməliyyatlara start verilib, Livanda Hizbullahın qalan dayaqları hədəfə alınır.
Eyni vaxtda Ankara da regional proseslərdən istifadə edərək YPG/SDG məsələsinin həllini sürətləndirməyə çalışır. Çünki İranın Suriyadakı mövqeləri zəifləsə də, onun hələ də proksi qüvvələr və YPG/SDG ilə əlaqələri qalmaqdadır. Bu isə regional bazarlığın əsas predmetlərindən biridir.

Proses bitməyib
Trampın İrana hücumu təxirə salması son nöqtə deyil. Bu, vaxt udmaq, təzyiqi saxlamaq və daha sərfəli şərtlər formalaşdırmaq üçün atılmış addımdır. İranda gərginlik davam edəcək və növbəti mərhələ Tehranın atacağı addımlardan asılı olacaq.
Böyük ehtimalla Tramp artıq növbəti mərhələ üçün yeni planlar hazırlayır. “İkinci Karakas” ssenarisi hələlik rafa qaldırılsa da, təzyiq mexanizmi işlək vəziyyətdə saxlanılır. Bu isə onu göstərir ki, İran böhranı bitməyib, sadəcə yeni fazaya keçib.
 

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Yanvar 2026 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri