İkinci Liqada hakim çatışmazlığı var? Yeni başlayan marafonda Marafon un tanışlar ı
Icma.az, Fanat saytına istinadən bildirir.
İkinci Liqada mövsümün yeni başlasa da, artıq indidən bir hakimin ardıcıl ikinci dəfə eyni komandanın oyununa təyinat alması halı baş tutub.
Fanat.Az-ın məlumatına görə, bu, liqanın debütantı "Marafon"un oyununda reallaşıb.
Konkret, ötən həftə startı verilən çempionatın açılış turunda Sabirabad təmsilçisinin "Şəmkir"lə səfər oyununa yan xətt hakimi kimi təyinat alan Cavid Ömərovun 2-ci turda da sözügedən komanda ilə yolu kəsişəcək. O, bu gün keçiriləcək "Marafon" - "Difai" matçında da eyni funksiyanı yerinə yetirəcək. Maraqlıdır ki, bugünkü oyunun digər laysmanı Ruslan Babayev də ötən həftə baş tutan "Şəmkir" - "Marafon" qarşılaşmasının baş hakimi Rəsul Baayevin qardaşıdır.
Sözsüz ki, eyni hakimin çempionatın startında bir komandanın ardıcıl iki oyununa təyinat alması haqlı irad doğurur. Nəzərə alsaq ki, "Marafon" ilk turda xal itirib, bu məqamdan yapışaraq etiraz bildirsə, haqsız sayılmaz. Ümid edək ki, qeyd etdiyimiz məqam gələcəkdə Hakimlər Komitəsinin diqqətindən yayınmayacaq.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 08 Sentyabr 2026 09:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















