“Yaşıl marafon” Gədəbəydə
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yaşıl marafon" kütləvi ağacəkmə kampaniyasının 2026-cı ilin yaz mövsümü çərçivəsində növbəti ağacəkmə aksiyası Gədəbəy rayonunda təşkil edilib.
Gədəbəy rayon İcra Hakimiyyətindən verilən məlumata görə, İDEA İctimai Birliyinin könüllülərinin iştirakı ilə rayonun Şahdağ kəndi ərazisində 4600 ədəd fıstıq və 2000 ədəd Şərq çinarı ağacı əkilib.
Qeyd edək ki, İDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma marafonu”nun (“Yaşıl marafon”) əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsi, ölkənin flora biomüxtəlifliyinin zənginləşdirilməsi və bu sahədə maarifləndirmənin gücləndirilməsidir. Bu baxımdan aksiyanın Gədəbəy rayonu kimi zəngin təbii ehtiyatlara və xüsusi ekosistemə malik ərazidə keçirilməsi bölgədə ekoloji tarazlığın qorunması, yaşıllıq zolaqlarının genişləndirilməsi və mövcud təbii mühitin daha da sağlamlaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Marafon çərçivəsində ötən ilin payız və 2026-cı ilin yaz əkin mövsümlərini əhatə edən aksiyalar zamanı ölkə üzrə ümumilikdə 2 milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur.
Zakir Muradov,
Gəncə
Baxış sayı:42
Bu xəbər 22 Aprel 2026 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















