İkisi də motosiklet qəzasında dünyasını dəyişib Video
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Oktyabrın 11-də Masazır–Novxanı istiqamətində “Kia Rio” markalı avtomobillə motosikletin toqquşması nəticəsində motosikletdə olan iki gənc hadisə yerində həyatını itirib.
Yeniavaz.com Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, motosikleti idarə edən şəxsin sürücülük hüququ olmayıb.
Sosial şəbəkələrdə yayılan əvvəlki görüntülərdə gənclərin motosikletlə təhlükəli hərəkətlər etdiyi əks olunub.
“Bu faciə bir daha göstərir ki, sürücülük hüququ olmadan motosiklet idarə etmək, yüksək sürətlə hərəkət etmək və təhlükəli manevrlərə yol vermək ağır nəticələrə səbəb ola bilər. Həmin görüntülərin sosial şəbəkələrdə paylaşılması təhlükəli davranışların yayılmasına və başqalarının da belə hərəkətlərə meyillənməsinə zəmin yarada bilər. Motosikletlə təhlükəli hərəkətlər etmək nə cəsarət, nə də bacarıqdır — bu, həm özünün, həm də ətrafdakıların həyatını riskə atmaqdır.
İctimai yol yarış meydanı, təhlükəli manevrlər isə izləyici və bəyənmə toplamaq vasitəsi deyil. Sürücü yola çıxarkən hərəkətlərinə görə məsuliyyət daşıdığını və verdiyi qərarların başqa insanların təhlükəsizliyinə də təsir etdiyini unutmamalıdır. Sosial şəbəkələrdə qazanılan diqqət və bir neçə saniyəlik görüntü insan həyatından qiymətli ola bilməz.
Bu məsuliyyət yalnız gənclərin üzərinə düşmür. Valideynlər övladlarının nəqliyyat vasitəsini idarə edib-etmədiyinə, sürücülük hüququnun olub-olmamasına və yolda necə davrandığına diqqət yetirməlidirlər. Sürücülük hüququ olmayan şəxsin motosiklet və ya digər nəqliyyat vasitəsini idarə etməsinə imkan verilməməlidir. Gənclər isə yol hərəkəti qaydalarına əməl etməli, sosial şəbəkələrdə diqqət çəkmək naminə özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar”, - İdarənin Hərəkətin Təhlükəsizliyi şöbəsinin rəisi Rövşən Tağıyev bildirib.
Bu mövzuda digər xəbərlər:Gənc müəllim motosiklet qəzasında dünyasını dəyişdi
24 Sentyabr 2025 15:52
Lökbatandakı yanğında dünyasını dəyişənlərdən ikisi azyaşlı imiş... VİDEO
05 Dekabr 2025 08:41
Qusar qəzasında ölənlərin ikisi də qadındır ÖZƏL
14 Dekabr 2025 18:07
Xorvatiya millisinin sabiq üzvü yol qəzasında dünyasını dəyişib
19 Aprel 2025 10:20
Hazal Kayanın iti dünyasını dəyişib VİDEO
05 Dekabr 2024 15:01
Baxış sayı:123
Bu xəbər 13 Oktyabr 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















