Icma.az
close
up
RU
İKT sektorunda 2025 ci ilin yekunu və yaddaqalan hadisələri hansılar oldu? OSMAN GÜNDÜZ DANIŞDI

İKT sektorunda 2025 ci ilin yekunu və yaddaqalan hadisələri hansılar oldu? OSMAN GÜNDÜZ DANIŞDI

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz İKT sektorunda 2025-ci ilin yekunu və yaddaqalan hadisələrdən danışıb.

Osman Gündüz hesab edir ki, cari ilin ən yaddaqalan hadisəsi, şübhəsiz ki, Baktelecom-un tarixə qovuşması olub:

“Cari ildə rəqəmsal transformasiya sahəsində, rəqəmsal hökumət quruculuğunda, süni intellekt, innovasiya və startap ekosistemində, kibertəhlükəsizlik və telekommunikasiya sektorunda bir sıra dəyişikliklər və  yadda qalan hadisələr müşahidə olunub.

İnfrastruktur və telekommunikasiya

Sektorda uzun müddət davam edən məhkəmə çəkişmələrindən və Antiinhisar qurumu ilə aparılan mübahisələrdən sonra cari il Aztelekom və Baktelekom-un, eləcə də digər dövlət müəssisələrinin Aztelekom ətrafında birləşdirilməsilə yadda qalıb.

Ötən il uğurla başa çatdırılan “Onlayn Azərbaycan” layihəsi nəticəsində Aztelekom:

ölkənin ən böyük dövlətə məxsus internet provayderinə,

dövlətə məxsus magistral operatora,

dövlətə məxsus ölkədaxili yeraltı və yerüstü telekommunikasiya şəbəkəsinin sahibinə çevrilib.

Hazırda bu qurumun aylıq gəlirinin təxminən 100 milyon manat, illik dövriyyəsinin isə 1 milyard manata yaxın olduğu bildirilir. Bu dövlət şirkətinin təsisçisi AZCON Holdinqdir.

Bu mərkəzləşmə bazarda rəqabət, qiymət və tənzimləmə baxımından yeni risklər formalaşdırıb.

Eyni zamanda AzerTelecom tərəfindən həyata keçirilən Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi üzrə 2025-ci ildə əldə olunan irəliləyişlər Azərbaycanın regional rəqəmsal tranzit imkanları baxımından yaddaqalan hadisələrdən olub.

Rəqəmsal transformasiya və dövlət qurumlarında real canlanma

2025-ci ildə rəqəmsal transformasiya sahəsində diqqət cəlb edən məqamlardan biri bir sıra dövlət qurumlarında praktiki həllərə keçid olub.

Elm və Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, DİN, İqtisadiyyat Nazirliyi, ƏƏSMN, ASAN, Mədəniyyət Nazirliyi, eləcə də AzTU və UNEC-də rəqəmsal transformasiya, rəqəmsal xidmətlərin hazırlanması və süni intellekt əsaslı həllərin tətbiqi real nəticələrlə müşahidə olunub.

2025-ci il həm də myGov platformasının imkanlarının genişlənməsi ilə yadda qalıb. Bununla belə, açıq məlumat bazalarının formalaşdırılması və dövlətə məxsus datadan effektiv istifadə ilə bağlı problemlər hələ də həllini tapmayıb.

AzİnTelecom-a məxsus SİMA rəqəmsal imza identifikasiya sektorunda mövqeyini xeyli gücləndirib və ASAN imzanın hökmranlğının azaldılmasına , rəqabətli mühitin formalaşmasına müəyyən töhfə verib.

Uzun müddət donuq vəziyyətdə olan Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması ilə bağlı işlərin canlanması da ilin müsbət hadisələrindən olub. İqtisadiyyat Nazirliyi bu istiqamətdə işçi qrup formalaşdırıb və hamı üçün əlçatan rəqəmsal dövlət resursunun yaradılması istiqamətində işlərə start verilib.

İnternet qiymətləri və tarif siyasəti

Ötən ilin sonunda ölkədə keyfiyyətli internetə fiziki əlçatanlıq problemi RİNN tərəfindən əsasən həll olunsa da, internet qiymətlərində əlçatanlıq 2025-ci ildə də öz həllini tapmayıb.

Aztelekom-un təşəbbüsü ilə 2024-cü ilin 15 avqustunda minimal internet tariflərinin artırılmasından sonra bu problem qalmaqda davam edib. Antiinhisar qurumu tərəfindən bu məsələ ilə bağlı indiyədək konkret nəticə və ya yekun mövqe açıqlanmayıb.

Eyni zamanda cari ildə mobil operatorların hamısının tarifləri eyni vaxtda artırması da yaddaqalan hadisələrdən olub.

Tənzimləmə və bazara nəzarət

İKT Agentliyinin provayderlərə nəzarətlə bağlı aktivliyi artsa da,  tənzimləyici qurum kimi bazara real təsir imkanları 2025-ci ildə də zəif olaraq qalıb. İnternetin keyfiyyəti, qiymətlər, inhisarlaşma və rəqabətli mühitin formalaşması ilə bağlı problemlər sistemli şəkildə həll edilməyib.

5G lisenziyaları cari ildə də verilməyib, tezliklərin hansı mexanizmlə və hansı şərtlərlə bölüşdürüləcəyi barədə hələ də aydın mövqe yoxdur.

Naxtel mobil operatorunun Naxçıvanda fəaliyyətini dayandırması da sektorda diqqətçəkən hadisə olub.

Ölkədə 150-dək provayder olsa da, hazırda internet bazarının təxminən 90%-i iki provayderin əlində cəmləşib, Aztelekom isə bazarda faktiki şəriksiz hökmranlıq əldə edib.

Sektor üçün əsas sənədlərdən biri olan “Elektron kommunikasiyalar haqqında” qanun 2025-ci ildə də qəbul edilməyib. Həmçinin aşağıdakı vacib sənədlər də qəbul olunmayıb:

Rəqəmsal Məcəllə

Dataların idarə edilməsi ilə bağlı hüquqi baza

Vençur fondları haqqında qanun

Açıq məlumatlar haqqında qanun

Distant təhsilin təşkili qaydaları

Dövlətə məxsus rabitə kanallarından istifadə qaydaları

Dronların qeydiyyatı və istifadəsi qaydaları və s.

Bir neçə gün öncə Prezidentin təsdiqlədiyi və yetərincə əhatəli olan Rəqəmsal iqtisadiyyat strategiyası da diqqət cəlb edən hüquqi sənədlərdən olub.

Süni intellekt və hesablama infrastrukturu

2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının qəbulu ilin ən mühüm və yaddaqalan hadisələrindən olub.

Prezident İlham Əliyevin BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü çərçivəsində:

Elm və Təhsil Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Presight arasında Süni İntellekt Strategiyasının icrası üzrə Anlaşma Memorandumunun imzalanması ilin ən yaddaqalan beynəlxalq texnoloji hadisələrindən biri olub.

RİNN-in layihə formatında yaradıb sonradan MMC-yə çevirdiyi Milli Süni İntellekt Mərkəzi AZCON daxilində fəaliyyətə başlasa da, hələlik bu qurum real nəticələrlə gündəmə gəlməyib.

Eyni zamanda İqtisadiyyat Nazirliyi və AzInTelekom xətti ilə, Dell və Lenovo texnologiyaları, H200 çipləri əsasında iki Superkompüter Mərkəzi yaradılıb.

Lakin bu resurslardan kimlərin, hansı şərtlərlə və hansı tariflərlə istifadə edəcəyi barədə hələ də açıq mexanizm mövcud deyil.

Bununla yanaşı, biznes sektorunda süni intellekt əsaslı həllərin yaradılması istiqamətində müəyyən canlanma müşahidə olunub.

Kibertəhlükəsizlik və kritik infrastruktur

Cari il kibertəhlükəsizlik sahəsində bir sıra diqqətçəkən hadisələrlə yadda qalıb.

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı DTX və XRİTDX-in birgə Komissiyasının formalaşdırılması, Naxçıvanda kritik sektorla bağlı konfransın təşkili, eləcə də qlobal Cloudflare problemi zamanı dövlət resurslarının və dövlət şəbəkəsinin dayanıqlıq nümayiş etdirməsi xüsusi qeyd olunmalıdır.

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi bank kartları ilə bağlı açıq statistikanı dayandırsa da, kibercinayətkarlığa qarşı, xüsusilə Mərkəzi Bankla birgə koordinasiyalı fəaliyyətin gücləndirilməsi diqqətçəkən olub.

İnnovasiya və startap ekosistemi

İRİA Bakıda və regionlarda bir neçə İnnovasiya Mərkəzi formalaşdıra bilsə də, startap və innovasiya sektorunda real canlanma müşahidə olunmayıb. Ekosistemdə durğunluq davam edib.

Cari ildə açıqlanan Qlobal İnnovasiya Reytinqində Azərbaycan 94-cü yerdə qərarlaşıb. Startapların erkən mərhələdə maliyyələşməsi, mövcud vençur mexanizmlərin qeyri-şəffaflığı və yerli startaplar üçün əlçatan olmaması və qlobal bazarlara çıxış problemləri 2025-ci ildə də qalmaqdadır.

Cari ilin yaddaqalan hadisələrindən biri də İT şirkətlərə güzəştlərlə bağlı problemlər olub. Prezidentin 2022-ci ilin sonunda qəbul etdiyi məlum fərmanının düzgün icra edilməməsi nəticəsində İT güzəştləri faktiki olaraq yalnız tenderlərdən milyonlarla gəlir əldə edən şirkətlərin vergidən azad edilməsi mexanizminə çevrilib.

Sosial media və rəqəmsal cəmiyyət

2025-ci ildə sosial medianın cəmiyyətə təsiri daha da artıb. TikTok kütləvilik baxımından liderliyini qoruyub, Facebook ictimai-siyasi platforma kimi, ictimai fikrin formalaşmasına təsir baxımından  mövqeyini saxlayıb. LinkedIn platformasının güclənməsi isə davam edib”.

Onun fikrincə, ilin sonuna doğru 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması, eləcə də “milli-mənəvi dəyərlərin qorunması” istiqamətində sosial mediaya dair yeni tənzimləyici təşəbbüslər geniş ictimai rezonans doğurub və bu mövzuların 2026-cı ilin əsas gündəmlərindən biri olacağı gözlənilir.

Yekun olaraq Osman Gündüz onu da əlavə edib ki, 2025-ci il İKT sektoru üçün dövlətin bazarda rolunun və xüsusi çəkisinin kəskin artdığı, infrastruktur və hesablama gücünün böyüdüyü, lakin rəqabət, qiymət, tənzimləmə və innovasiya mühitinin hələ də zəif qaldığı il kimi yadda qaldı.

Afət

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Dekabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri