2026 cı il Şəhərsalma və Memarlıq ili: Azərbaycanda genişmiqyaslı yenilənmə dövrü başlayır
Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"2026-cı ilin Şəhərsalma və Memarlıq ili elan edilməsi qarşıda böyük və çoxşaxəli vəzifələrin dayandığını göstərir. Bu il ərzində şəhərsalma sahəsində genişmiqyaslı işlərin həyata keçiriləcəyi şübhə doğurmur və nəzərdə tutulan fəaliyyətlərin bir neçə əsas istiqaməti əhatə edəcəyi gözlənilir".
Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
O, bildirib ki, birinci istiqamət Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni, müasir urbanizasiya və şəhərsalma standartlarına uyğun yaşayış məskənlərinin salınmasıdır:
"Məqsəd insanların müasir, rahat və planlı yaşayış məntəqələrində məskunlaşmasını təmin etməkdir. İkinci istiqamət şəhər və yaşayış məntəqələrinin rəqəmsallaşdırılması, şəhər təsərrüfatının müasir texnoloji həllər əsasında yenidən qurulmasıdır. Bu yanaşma şəhərlərin idarə olunmasını daha səmərəli və funksional edəcək".
Ekspert bildirib ki, üçüncü istiqamət isə Azərbaycanın, xüsusilə də meqapolislərinin, başda Bakı şəhəri olmaqla şəhər görüntüsünün bərpası və inkişaf etdirilməsidir:
"Məqsəd şəhərlərin estetik baxımdan yenilənməsi və ən yüksək zövq tələblərinə cavab verən səviyyəyə çatdırılmasıdır. Etiraf etmək lazımdır ki, son illərdə xüsusilə iri şəhərlərdə müəyyən çətinliklər və qeyri-qanuni hallar şəhərsalma sahəsində problemlər yaradıb. Lakin işğaldan azad edilmiş ərazilərdə ağıllı kəndlərin və ağıllı şəhərlərin salınması, yeni yaşayış məntəqələrinin müasir şəhərsalma mədəniyyətinə uyğun şəkildə qurulması bu sahədə mühüm üstünlük yaradır".
Onun sözlərinə görə, artıq formalaşmaqda olan şəhər tipli məntəqələr, ağıllı kəndlər və qəsəbələr digər ərazilərdə də tikinti və memarlıq keyfiyyəti üçün nümunə rolunu oynayacaq:
"Bu baxımdan, 2026-cı ildə görüləcək işlərdə dövlətin rolu aparıcı olmalıdır. Burada həm maliyyə təminatı, həm də təşkilati mexanizmlər mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, ictimai nəzarətin ayrıca bir institut kimi fəaliyyət göstərməsinə ciddi ehtiyac var. Çünki şəhərsalmanın həm bazis tələblərə uyğun, həm də insanların zövq və gözləntilərini nəzərə almaqla həyata keçirilməsində ictimai rəy mühüm rol oynayacaq".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:2026 cı il “Şəhərsalma və Memarlıq İli” elan edildi Sərəncam
22 Dekabr 2025 13:23
Prezident 2026 cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı paylaşım edib FOTO
22 Dekabr 2025 15:54
Vüqar Rəhimzadə: “Şəhərsalma və Memarlıq İli” ölkəmizin şəhərsalma və memarlıq ənənələrinin təbliğində mühüm rol oynayacaq
22 Dekabr 2025 18:36
“Şəhərsalma və Memarlıq İli”: Hansı dəyişikliklər gözlənilir?
23 Dekabr 2025 11:24
Prezident İlham Əliyev 2026 cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı paylaşım edib
23 Dekabr 2025 13:39
Baxış sayı:34
Bu xəbər 23 Dekabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları