Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

“İKTA nın nəhəng komandası niyə mənasız reytinq ardınca qaçır?” “Real və sistemli problemlər var”

“İKTA nın nəhəng komandası niyə mənasız reytinq ardınca qaçır?” “Real və sistemli problemlər var”

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın internet və telekommunikasiya sektoru son illərdə müəyyən texnoloji nailiyyətlər əldə etsə də, sahənin tənzimlənməsindəki qeyri-prioritet yanaşmalar hələ də ciddi tənqidlərə səbəb olur. 

Azərbaycan İnternet Forumunun (AİF) rəhbəri Osman Gündüz İnformasiya Kommunikasiya Texnologiyaları  Agentliyinin (İKTA) provayderlərlə son görüşünə münasibət bildirərək bu yanaşmanı sərt şəkildə tənqid edib.

“İKTA-nın operator və provayderlərlə keçirdiyi son görüşdən xəbər tutanda ilk ağlıma bu gəldi ki, yəqin tənqidlərdən nəticə çıxarılıb və qurum nəhayət ki, bazarı tənzimləməyə başlayıb”, – deyə o qeyd edib.

Lakin onun gözləntilər əks nəticə verib: “Əfsus ki, bu nəhəng qurum provayderləri toplayıb ki, beynəlxalq reytinqdə yüksəlmək üçün internetin sürətini artırmaq lazımdır. Vəssalam”.

Ekspertin fikrincə, bu cəhdlər yalnız görüntü yaratmağa xidmət edir və sektorun real problemlərindən yayınmağa yönəlib. O hesab edir ki, provayderlərə süni şəkildə “yüksək sürətə keçid” tələbinin qoyulması əsassızdır.

Onun sözlərinə görə, “Onlayn Azərbaycan” layihəsinin uğurla başa çatmasından sonra infrastruktur formalaşıb və bazar özü tələbat əsasında inkişaf etməlidir: “Sürəti dəstəkləməyən modemləri dəyişməyə məcbur etmək, vətəndaşları əlavə xərcə salmaq tənzimləyici qurumun işi deyil”.

O.Gündüz diqqəti sahədəki daha ciddi və sistemli problemlərə yönəldir:

Pərakəndə internet bazarında dövlətin xüsusi çəkisi həddindən artıq artıb;Dövlət provayderləri arasında təmərküzləşmə güclənir;İnternet qiymətləri ilə bağlı seçim imkanları məhdudlaşıb;Milli domen (.az) sahəsində tənzimləmə problemləri hələ də qalır;Qonşu ölkələr 5G texnologiyası sahəsində irəliləsə də, biz hələ tezlikləri müsabiqəyə çıxara bilməmişik;Telekommunikasiya haqqında qanun artıq bazarın inkişafını ləngidən faktora çevrilib.

“200-dən çox əməkdaşı olan qurum niyə bəsit yanaşma sərgiləyir?” – deyə, AİF rəhbəri sual edir. 

Onun fikrincə, İKTA bu qədər resursa və kadra malik olduğu halda yalnız “sürət və reytinq” məsələsinə fokuslanması həm təəccüblüdür, həm də təəssüf doğurur.

Əgər qurum rəqabətli mühitin inkişafına yönəlik real addımlar atsaydı, bu, sektorun inkişafını daha da sürətləndirə bilərdi. Lakin hazırkı mənzərə göstərir ki, İKTA-nın səyləri əsasən beynəlxalq reytinqlərə yönəlib.

Osman Gündüzün fikrincə, ölkənin internet sektorunda texniki baza formalaşıb. İndi əsas vəzifə bu bazanı ədalətli, rəqabətli və şəffaf tənzimləmək, istifadəçi hüquqlarını qorumaq və dövlətin bazardakı rolunu optimallaşdırmaqdır. Yalnız bu halda beynəlxalq reytinqlərdə əldə olunan uğurlar davamlı və əsaslı ola bilər.

Rasim Əliyev
“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 May 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see243

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see235

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see207

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see174

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see157

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see153

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see153

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see147

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see143

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see143

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see136

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri