Qonşu ölkənin ruslarla bağlı qərarı Zaxarovanı hiddətləndirdi: “Bu, əsl nasizmdir”
Icma.az, Hurriyyet saytına istinadən bildirir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Latviya hökumətinin rusiyalıların deportasiyası barədə qərarını “insanlıqdan kənar, barbarlıq və nasizm” adlandırıb.
Hurriyyet.az xəbər verir ki, o, bu barədə TASS-a bildirib.
“Yaşlı və xəstə insanlara qarşı bu insanlıqdan kənar, qeyri-insani barbarlığı pisləyirik. Bu, əsl nasizmdir”, - Zaxarova deyib.
Diplomat Rusiya Xarici İşlər Nazirliyinin Latviya hökumətinin rus dilini bilməyən vətəndaşları ölkədən çıxarmaq barədə qərarını diqqətlə izlədiyini qeyd edib.
Bununla yanaşı, o, vurğulayıb ki, hazırda rusiyalıların kütləvi deportasiyası təhlükəsindən danışmaq hələ tezdir: “Onlar öz hüquqlarını qorumaq üçün müxtəlif inzibati və hüquqi mexanizmlərdən istifadə edə bilərlər”.
Latviya latış dili üzrə imtahanın verilməsi üçün son tarixi 13 oktyabr olaraq müəyyən edib. Bu tarixdən sonra Riqa yerli dili kifayət qədər bilməyən Rusiya vətəndaşlarının deportasiyasını qanuni sayır. Artıq bu əsasla 841 rusiyalının ölkədən çıxarıldığı açıqlanıb.


