“İkinci mərhələ indi başlayır!”
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qəzza sülh razılaşmasının ikinci mərhələsi başlayır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün TruthSocial sosial media hesabında məlumat verib.
“Ağırlıq qaldırıldı, amma iş hələ bitməyib. İkinci mərhələ indi başlayır!”, - Amerika lideri yazıb.
O qeyd edib ki, HƏMAS hərəkatı razılaşmanın birinci mərhələsinin icrası çərçivəsində bütün canlı girovları azad edib, lakin xilas ola bilməyənlərin cəsədlərini İsrailə təhvil verməyib.
Qeyd edək ki, oktyabrın 13-də Tramp İsrail parlamentində çıxış edərək Qəzza münaqişəsinin bitdiyini elan edib. Təl-Əvivlə razılaşmanın bir hissəsi olaraq, HƏMAS bütün girovları azad etməyə və daha sonra anklavın idarəçiliyini Fələstin texnokratlarından ibarət müstəqil hakimiyyətə təhvil verməyə razılaşıb.


