Icma.az
close
up
RU
İlahi poeziyanın Nigar janrı

İlahi poeziyanın Nigar janrı

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çarlz Bukovski deyirdi: "İnsanlar adətən məktublarda reallıqdakından daha yaxşı görünürlər".

Bukovskinin vaxtında indidən fərqli olaraq hələ insanlar bir-birinə məktub yazırdı. O məktublarda hamı yaxşı idi. Hər halda reallıqda olduğundan daha yaxşı.

Məmləkətimizin də öz Bukovskisi var - yazıçı dostum, usta Seyran Səxavət. Bu insan kimin, nəyin haqqında olursa-olsun, təkcə həqiqəti deyəcək. Həm də olduğu kimi. Bəzək-düzəksiz. O da iki ola qadın. Həm də Söz yaradıcılığının qadın cinsi.

"Bu məsələlər üzrə ekspert" Seyran Səxavət bir gün mənə dedi: "Bir gözəl şair var, Nigar Həsənzadə. Sən onu tanımalısan". Azca pauza verib əlavə etmişdi: "Zalım qızı yaman yaxşı yazır".

Mən də bu şairin bir neçə şeirini tapıb oxudum, bəyəndim. Bu təəssüratlarla bir bürkülü-duyğulu may axşamında İçərişəhərə - Şirvanşahlar saray kompleksindəki poeziya ziyafətinə getdik. Nigar Həsənzadənin yaradıcılıq gecəsinə. Sanki nağıllardakı ortama düşmüşdüm.

Uzun, zərif ziyafət geyimində qarşımıza çıxan Nigar Həsənzadənin üzündəki həyəcanlı təbəssüm onun ruh ovlayan qadın şarmına yeni cizgilər qatırdı. Sonra Nigar öz şeirlərini oxuyacaqdı; inanılmaz intonasiya zövqü və yüksək yaradıcılıq şövqü ilə. Onun hər vurğusu öz ritmik ladında, hər misrası öz poetik dadında idi. Nigarın hər kəlməsi fərdi ahəngini tapırdı; şeirlər şair xanımın səsinin rənglərinə "boyandıqca" göz önündə al-əlvan bir nəzm xalısı canlanırdı.

Mən xeyli müddət bundan əvvəl "Uğur mələyi, incə sənət əsəri" adlı essemdə belə bir cümlə qurmuşdum: "Allah özü qəsdən qadını belə gözəl yaradıb ki, onu sevməkdən başqa çarə qalmasın".

Mən bu cümləni quranda heç Nigarı tanımırdım, onun poetik Planetinin sakini də deyildim. Ancaq o şeir dolu may axşamında bu cümləyə öz beynimdə bir balaca "əl gəzdirdim"; daha bircə kəlmə əlavə etdim və ortaya yeni - tamamlanmış anlam çıxdı: "Allah özü qəsdən qadını belə gözəl şair yaradıb ki, onu sevməkdən başqa çarə qalmasın".

Mənə elə gəlir, Allah insanları cürbəcür... janrlarda yaradıb. Kafka, tutaq ki, ağır dram janrını təmsil edir. Heyne poetik fəlsəfəni, Prust bədii sözün zəhmini... Nigarı yaradanda isə, deyəsən, Tanrının "şairliyi tutubmuş".

Nigarın poeziyasında bir sükut "kultu" da var: bu, sevgi lisanıdır. Susmağın bir halda bəraəti var, o da sevəndə. Çünki ən dürüst sevgi etirafları, ən inandırıcı eşq məktubları aşiq baxışların "susqun harayı"olsa gərək. Axı Sevgi elə bir-birini ruhu ilə dinləyən iki sükutun dialoqudur. Bu eşq sükutunun ən həzin janrı isə poeziyanın özüdür. Nigar Həsənzadənin öz yaradıcı şəxsiyyət profili də, öz fərdi qadın fakturası da o axşam bir başqa yazıçı xanımın dediyi kimi, təpədən dırnağa qədər poetikadır. Ramiz Rövşəni isə şairin teatral tempramenti daha çox özünə çəkmişdi: "Əsas tempramentdir, hər şey ondan sonra gəlir".

Bu xanımın poeziyasında ac canavar dişinin yırtıcı sərtliyi də var, hürkmüş dovşan ürəyinin son döyüntüləri də. Bu poeziyasa "bir udum tənhalıq" duyğusu da var, ayrılığın keşiyini çəkərkən "boğulan dəniz" də. "Yarımsəslə danışan aktyor ümidi" də var, sübh çağı duz səpilmiş təzə yaralar da.

Seyran Səxavət isə bu füsunkar xanımın ecazkar poetik dünyasındakı "başqa" hava ilə "ciyərdolusu" nəfəs almışdı.

Bilirsiniz, yazıçının bu metaforu mənim kiçik Vətənim Qarabulaqdakı Ərgünəş silsiləsini yadıma saldı. Ağciyər həkimləri öz ümudsiz xəstələrinə o dağların şəfalı havasını dərman yazırdı. Nigarın o axşam öz zərif səsi ilə, səsinin min bir rəngi ilə, o səliqə-sahmanlı intonasiya ilə oxuduğu şeirləri də sanki insana ikinci, bəlkə də üçüncü... beşinci... onbeşinci... nəfəs verən Ərgünəş mehi idi. Bu, ağrı və təlaş qoxularının bir-birinə qarışdığı reanimasiya otağının hər mənada gözyaşardıcı, burun göynədən ağır havası deyildi. Bu, ruh sərinlıdən, dərdli gözləri belə güldürə bilən ürəkdolusu sevginin incə əsintiləri idi.

Bilirəm, bu cür "estrada poeziyası" bəzi insanların tənqid hədəfinə də çevrilir, necə deyərlər, qınaq nişangahına gəlir. Elə Ramiz Rövşən kimi azman poetik qocamanı da bu "günah" üstündə çox çəkişdirirlər. Şair öz səsi, öz intonasiysı ilə öz şeirini ən "uzaq" ürəklərə belə daşıya bilir deyə, bundan rahatsız olan, hətta sanki "incinmiş" kimi üsyankar ruhlar da var. Onlara görə Ramiz Rövşən "elə də" böyük şair deyil, sadəcə, "şeirini gözəl deyir". Başqa sözlə, bədii sözün uğurlu "logistikası" şairin başına "bəla" olub.

Amma, yox! Bax, "estrada poeziyasının" o əqidəli skeptikləri həmin Şirvanşahlar sarayının may axşamına - Nigar Həsənzadənin poeziya ziyafətinə gəlsəydilər, bəlkə də öz fikirlərini dəyişərdilər. Axı bir dəlilər, bir də ölülər özbə fikirlərini dəyişmir. O gün o şeir şöləninə onlar da gəlmiş olsaydılar, "Bədii Söz Məhkəməsində" Ramiz Rövşənə də "bəraət hökmü" çıxardı bəlkə. Əlbəttə, Nigarın ədəbi şarmının özünəxas estetikası sayəsində.

Bu İlahi poeziyadan xoş nəsibin alan insan olaraq düşündüm. Ləbələb günah dolu bu Yer kürəsənin üstündə, sonu bilinməyən hüdudsuz Göy qübbəsinin altında özümüzü bir az da olsa, insan kimi hiss edək deyə Tanrı poeziyanı yaratdı.

Əgər biz millət kimi tariximizi, taleyimizi incələsək, janrlara bölsək, incə şeir də var, ağır nəsr də. Amma dram, faciə də çox olub. Ona görə bizim klassiklərimizin çoxu şairlərdir. Şeir həmişə xalqın mənəviyyatının önəmli bir elementidir, parçasıdır.

Bizə şair xalq deyirıər. Biz şeirin xalqıyıq. Tarix boyu yaşadıqlarımızın çoxu isə dramdır, faciədir. Bu qədər dərdi də, iftixarı da ancaq şeirlə demək olar.

Sovet dövründə bizə imkan vermişdilər ki, ancaq Vətən və sevgi şeiri yazaq. Vətən və sevgi şeirlərinə icazə vardı, Vətən sevgisinə yox! Biz olsa-olsa, Səməd Vurğunun "Azərbaycan" şeirindəki Vətəni sevə bilərdik, ondan qıraqda isə bizə, sadəcə, əkinə yararlı torpaq sahələri, neftlə dolu mədən əraziləri, bir də sənaye zonalarına bölünmüş fəhlə şəhərləri buraxmışdılar. Biz də oturub pambığa, üzümə, gülə, bülbülə, neftə, qaza şeir yazırdıq. Amma indi şeirin sərhədləri genişlənib. Şeir hüdudlarını aşıb. Artıq dünya Nigar Həsənzadənin qələminin ucundadır. Bu talantlı-ismətli Azərbaycanlı xanımın kövrək, ancaq yüyrək ifasında poeziyamız Şimali Amerikada ABŞ və Kanadadan Qərbi Avropada İtaliyayaya və Almaniyaya qədər, Şərqi Avropada Macarıstandan, Polşadan Yaxın Şərqdə İsrailə, Şimali Afrikada Misirə qədər, Orta Şərqdə Türkiyədən Avrasiyada Rusiyaya qədər, Britaniyadan uzaq Avstraliyaya qədər çox geniş coğrafiyaya yayılıb.

Xəritəyə bir azca diqqətlə baxsaq, görərik, Nigar Həsənzadənin simasında və ifasında Azərbaycan poeziyası ekvator boyunca dolanıb, dünyanı dolaşıb gəlib, bizimlə Şirvanşahlarda görüşüb. Bu qədər çox sevən ürəkləri Bakının ürəyinə - İçərişəhərə ancaq ürəkdən gələn sevginin gücünə toplamaq olardı, başqa cür mümkün deyildi.

Nigarın şəxsində milli şeirimizin öz doğma coğrafiyamızı aşması ilk növbədə istiqlal təfəkkürümüzün təntənəsidir.

Xatırlayırsınızsa, biz Milli Azadlıq meydanlarına şeirlə çıxmışdıq, sonu istiqlal bəyannaməsi ilə bitdi. Bədii sözə sığınıb getdiyimiz mübarizə axırda hüquqi aktla yekunlaşdı.

Baxın, Dövlətlər də, ailələr də şeirlə başlayır. Həyatımız da şeirlə başlayır, şeirlə bitir. Hər birimiz bir kişinin və bir qadının bir-birinin ürəyinə pıçıldadığı sevgi sözcüklərinin meyvəsiyik. Bu pıçıltıların hamısı poeziya janrındadır. Ömrün qalan bütün zamanları tam anlamda dramatik üslubda "səhnələşdirilib". Orda komediya bir yana, tragikomediyanın özünə də çox yer qalmayıb.

Bəli, əslində Sevgi də poeziyadır, sevinc də, hüzn də. Şeir cavan xanım anaların dilində körpə laylası, xanım-xatın nənələrin ağzında süfrə duasıdır. Şeir, dediyim kimi, həm sevgi mesajıdır - eşq etirafıdır, həm də şəhid məzarı üstündə dul ağısıdır. Şeir bir yandan cəng havasıdır, əsgər marşıdır, bir yandan da Zəfər tərənnümüdür. Şeir həm dərdli ruhdan qopan yanıqlı bayatıdır, həm də qəlbi qürurlandıran dövlət himnidir.

Bilirsiniz, həyatını diri yaşayanların ölümünə inanmaq olmur. Diri yaşamaq isə ruhun həmişə oyaq olmağı, bədəndə cövlan eləməyidir. Ruhu qidalandıran, təkcə qidalandıran yox, həm də qanadlandıran nəsnələr arasında isə poeziya başda gəlir. Bu mənada Nigar Həsənzadə özü poeziyanın başına gələn ən xoşbəxt hadisədir.

Bahəddin Həzi, yazıçı-publisust

bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 31 May 2025 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see441

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see287

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see282

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see272

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see272

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see268

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see268

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see268

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see262

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see259

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see235

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see232

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see217

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see215

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see215

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see206

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see199

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see193

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see187

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri