Icma.az
close
up
RU
İlahiyyatçı: Bəzi fiqh məktəbləri niqabı vacib, digərləri isə müstəhəb (tövsiyə olunan) hesab edir

İlahiyyatçı: Bəzi fiqh məktəbləri niqabı vacib, digərləri isə müstəhəb (tövsiyə olunan) hesab edir

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Ağa Hacıbəyli: Baş və bədənin örtülməsi birbaşa ayə ilə sabit olan dini göstərişlərdir


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev üzü örtən geyimlərlə bağlı məsələni tənzimləyən qanunu imzalayıb.

Bu barədə Tengrinews.kz məlumat yayıb.

Məlumata görə, artıq belə geyimlərdən istifadə rəsmi olaraq qadağandır.

Bildirilir ki, qadağa niqab kimi üzü örtən digər dini geyimlərə də şamil edilir.

Xatırladaq ki, qadağanın təşəbbüskarı ölkə parlamenti olub.


İlahiyyatçı Ağa Hacıbəyli “Sherg.az”a açıqlamasında bildirdi ki, hər keçən gün dünyada İslama və ümumilikdə dinə münasibət müxtəlif formalarda təzahür edir:


“Bəzi regionlarda dinə qarşı tolerant və müsbət yanaşmalar müşahidə olunduğu halda, digər bölgələrdə daha sərt və bəzən qəddar müdaxilələrə rast gəlinir. Hər halda bu kimi hallar, əslində, qlobal miqyasda sabit və rahat həyat tərzinin mövcud olmadığının dəlilləridir. İslam dini baxımından qadın yüksək dəyərə malik olan və cəmiyyətdə mühüm rol oynayan bir varlıq kimi qəbul edilir. Qadın, İslamda ana olmaq kimi ali bir mərtəbəyə yüksələ bilən və bu statusla müqəddəs bir məqam qazanan insandır. Bu səbəbdən, İslam dini qadının şəxsiyyətini və kimliyini qorumağa, onun həm mənəvi, həm də fiziki bütövlüyünü təmin etməyə xüsusi önəm verir. Qurani-Kərimdə qadının geyimi və örtünmə qaydaları ilə bağlı bir neçə ayədə o cümlədən Əhzab surəsinin 59-cu və Nur surəsinin 31-ci ayəsində hökmlər mövcuddur. İslam hüquq terminologiyasında başın örtülməsi “ximar”, bədənin örtülməsi “cilbab”, üzün örtülməsi isə “niqab” termini ilə ifadə olunur. Baş və bədənin örtülməsi birbaşa ayə ilə sabit olan dini göstərişlərdir. Lakin niqab məsələsi, yəni üzün örtülməsi klassik fiqh məktəbləri arasında müxtəlif qiymətləndirmələrə səbəb olub. Bəzi fiqh məktəbləri niqabı vacib, digərləri isə müstəhəb (tövsiyə olunan) hesab edir”.


İlahiyyatçının sözlərinə görə bu gün də, istər Azərbaycanda, istərsə də digər müsəlman ölkələrində müəyyən sayda müsəlman qadınlar niqabı iffət və imanlarının bir göstəricisi kimi qəbul edərək onu könüllü şəkildə tətbiq edirlər:

“Hərçənd ki, bu təcrübə geniş kütləyə şamil edilməsə də, müəyyən bir sosial qrupun dini praktikasının ayrılmaz hissəsidir. Belə olan halda, gələcəkdə niqabla bağlı tətbiq oluna biləcək məhdudiyyətlər həmin şəxslər tərəfindən dini həyat tərzinə müdaxilə kimi qəbul edilə və ictimai etirazlara səbəb ola bilər. Bu mənada məsələ daha çox təqdimat forması və yanaşma tərzi ilə bağlıdır. Azərbaycan tarixən dini dəyərlərə və xalqının inancına hörmətlə yanaşan sosial dövlət modeli nümayiş etdirir. Gələcəkdə qanunvericilik təşəbbüsləri zamanı da bu prinsiplərin qorunacağına ümid edirik. Lakin digər ölkələrdə, xüsusilə də Avropa dövlətlərində din azadlığı adı altında bəzi hallarda ciddi məhdudiyyətlər tətbiq olunur ki, bu da müsəlmanların həyat tərzinin sərbəst ifadəsinə əngəl yaradır. Hər halda biz bir müsəlman kimi tək niqab deyil, bütün  dəyərlərimizi, bizə aid olan ənənələrimizi, adətlərimizi qorumaqla mükəlləfik. Bu, bizim dəyərimizdir, bunu da biz dəyər verib, təqdir etməliyik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 İyul 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri