Icma.az
close
up
RU
İlahiyyatçı: İnsanlar Həccə ucuz və sərfəli yollar axtararaq, işbazların tələsinə düşürlər

İlahiyyatçı: İnsanlar Həccə ucuz və sərfəli yollar axtararaq, işbazların tələsinə düşürlər

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Rəqabətin olmaması, yalnız bir idarənin əlində cəmlənməsi bu işin biznes maraqlarına xidmət edən vasitəyə çevrilməsinə gətirib çıxarır.



“Ötən il olduğu kimi, bu il də bəzi işbaz şirkətlər vətəndaşları aldadaraq turizm vizası ilə onları Həccə aparamağa cəhd edirlər”.

Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib.

O deyib ki, əldə etdikləri məlumatlara görə, 100-ə yaxın, bəlkə də daha artıq vətəndaşımız belə işbazların təşviqedici vədlərinə aldanaraq onlara çoxlu pul vəsaitləri ödəyiblər:

“Vətəndaşlara bir daha qəti şəkildə bildirmək istəyirik ki, Həcc vizası tamam fərqli vizadır, onu yalnız Qafqaz Müsəlmanları İdarəsi vasitəsilə əldə etmək olar, Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə nazirliyi tərəfindən qanuni səlahiyyət yalnız bu quruma verilib. Turizm vizası ilə Həcc mövsümündə Məkkəyə daxil olmaq Krallığın qanunlarına ziddir, həmin turizm vizasının üzərində də bu qeyd edilib. Bu qanunu pozanları Krallığının hüquq-mühafizə orqanları tərəfindən yüksək cərimələr və həbslər, deportasiyalar və qara siyahıya düşmələr kimi ağır cəzalar gözləyir. Ötən ildən fərqli, bu qanunu pozana cərimə ikiqat artırılaraq 10 min Səudiyyə riyalı (təxminən 2700 ABŞ dolları) təyin edilmişdir. Bizdə dəqiq məlumatlar var ki, keçən il çox sayda vətəndaşlarımız belə şirkətlərin qurbanı olmuş, Həcc arzusunda olan çox analarımız gözüyaşlı qalmışdır. Bir daha xəbərdarlıq edirik ki, vətəndaşlarımız belə işbazlara aldanmasınlar, özlərini yüksək maddi və mənəvi xəsarətə məruz qoymasınlar”.



Məsələni dəyərləndirən ilahiyyatçı Tural İrfan “Sherg.az”a açıqlamasında deyib ki, Həccə aparmaq adı ilə bir qrup adamı aldadıblar:


“Bu, Qafqaz Müsəlmanları İdarəsindən başqa alternativin olmaması ilə bağlıdır. Bu idarə həddən artıq baha qiymətlərin əsl səbəbini normal şəkildə cəmiyyətin nəzərinə çatdıra bilmir deyə, hamı elə zənn edir ki, alınan pullar özləri tərəfindən mənimsənilir. Hər il bu məsələ ilə bağlı narazılıq, ziddiyət, etirazlar olur. Çünki bu işlər normal və şəffaf şəkildə aparılmır. Əgər bu məsələ turizm səfəridirsə, Dövlət Turizm Agentliyinə də verilə bilər. Onun nəzdində şirkət yaradıla bilər. Yaxud Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında da aidiyyəti məsələ üçün şirkət yaradılması da mümkündür. Çox ölkələrdə bu məsələyə aidiyyəti dövlət qurumu baxır. Yaxud da artıq bu məsələ elə nizama salınıb ki, hətta özəl şirkətlər belə daşıma ilə məşğul ola bilirlər. Bizdə isə sözügedən funksiya yalnız bir idarəyə verilib. O da başqa alternativ təklif etmir. Sanki bir monapoliya var. İnsanlar da ucuz və sərfəli yollar axtararaq, nəticədə işbazların tələsinə düşürlər”.


Ekspert vurğulayıb ki,  hər bir halda ölkədə Həccə getmək işlərinə pis-yaxşı Qafqaz Müsəlmanları İdarəsi baxır:

“Qanunla ondan başqa heç kəsin adam toplayıb özbaşına aparmaq haqqı yoxdur. Bildiyim qədər Səudiyyə Ərəbistan ilə də yalnız bu idarənin anlaşması var. Yəni, kimsə özbaşına buradan dəstə yığıb aparsa belə  onları geri qaytaralar. Odur ki, insanlar dələduzların vədinə aldanmamalıdır. Lakin hesab edirəm ki, Həcc məsələsini mütləq tənzimləmək lazımdır. İnsanlara alternativ getmək vasitələri təklif olunmalıdır. Rəqabətin olmaması, yalnız bir idarənin əlində cəmlənməsi bu işin biznes maraqlarına xidmət edən vasitəyə çevrilməsinə gətirib çıxarır. Cəmiyyətdə də ikrah hissi yaranır, adamlar artıq Həccin bir biznes, alver yaxud şan - şöhrət vasitəsi olduğunu deyir. Allaha ən layiqli ibadəti bu qədər hörmətdən salmaq və bundan da əsla narahat olmamaq yalnız bu vasitə ilə maddi maraq güdənlərin işi ola bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Aprel 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri