Icma.az
close
up
RU
İnsanlar Həcc ziyarəti üçün etdikləri ödənişin hara xərcləndiyini bilməlidir İlahiyyatçı

İnsanlar Həcc ziyarəti üçün etdikləri ödənişin hara xərcləndiyini bilməlidir İlahiyyatçı

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

"Həcc İslamın beş əsas sütunundan biridir. Bu, sadəcə bir səfər və ya dini mərasim deyil, insanın ruhunu təmizləmək, nəfsini tərbiyə etmək və Yaradan qarşısında bərabərliyi dərk etmək yoludur. Minlərlə kilometr uzaqdan gələn milyonlarla insanın bir geyimdə, bir niyyətlə bir araya gəlməsi, dünyanın heç bir yerində təkrarlana bilməyən mənəvi bir hadisədir. Ona görə də Həcc ziyarətinin mahiyyətini qiymətlərlə, maddi çərçivələrlə məhdudlaşdırmaq doğru olmaz".
Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib. 
"Bu gün Qafqaz Müsəlmanları İdarəsi 2026-cı il Həcc mövsümü üçün bir nəfərlik ziyarət paketinin başlanğıc qiymətini 6100 ABŞ dolları (təxminən 10 370 manat) olaraq müəyyən edib. Ötən il bu rəqəm 5950 dollar idi. Görünən odur ki, təxminən 150 dollarlıq artım baş verib. İlk baxışda bu artım bəziləri üçün narahatlıq doğura bilər, çünki Həcc hər bir müsəlmanın arzusudur və bir çox insan illərlə qənaət edərək bu ibadəti yerinə yetirmək istəyir".
O bildirib ki, məsələni yalnız qiymət artımı kimi yox, daha dərin və obyektiv tərəfləri ilə dəyərləndirmək lazımdır:
"Həcc kimi beynəlxalq miqyasda təşkil olunan bir ibadətin dəyəri bir çox amillərdən asılıdır. Bu, sırf QMİ-nin müəyyən etdiyi rəqəm deyil. Səudiyyə Ərəbistanı hökumətinin müəyyən etdiyi xidmət haqları, otel qiymətləri, nəqliyyat və təhlükəsizlik təminatı, səhiyyə xidmətləri və logistika xərcləri hər il dəyişir. Həmçinin, beynəlxalq uçuş qiymətləri, hava limanı rüsumları, yanacaq dəyəri və sığorta haqları da artımda rol oynayır. Bütün bunlar ziyarət paketinin ümumi məbləğinə təsir göstərir.
Bu məsələdə əsas məsuliyyət, Həcc ziyarətini təşkil edən qurumların şəffaf və ədalətli şəkildə fəaliyyət göstərməsidir. İnsanlar bilməlidirlər ki, ödəniş etdikləri məbləğ hara xərclənir, hansı xidmətləri əhatə edir və ziyarətçilərə hansı şərait yaradılır. Əgər bu şəffaflıq təmin olunarsa, ictimai etimad da möhkəmlənər və qiymət artımı narazılıq doğurmaz".
İlahiyyatçı deyib ki, Həcc ibadəti heç vaxt mənfəət məqsədi ilə ticarətə çevrilməməlidir:
"Bu səfərin ruhunda səmimiyyət, ixlas və Allaha yönəli sevgi dayanır. Ona görə də Həccdən maddi qazanc mənbəyi kimi istifadə etmək mənəvi baxımdan yolverilməzdir. Əgər qiymət artımı zəruri təşkilati və iqtisadi səbəblərlə bağlıdırsa, bu anlaşılandır. Lakin süni şəkildə artırılmış xərclər, vasitəçi şirkətlərin əlavə qazanc məqsədilə daxil olması kimi hallar varsa, bu, artıq ibadətin mahiyyətinə kölgə salır.
Cəmiyyətin bu məsələyə həssas yanaşması da tamamilə haqlıdır. Çünki Həcc, hər bir möminin arzusudur və bu arzunun reallaşması yalnız varlıların imtiyazı olmamalıdır. Maddi imkanı zəif olan insanlar da ömürlərində bir dəfə bu səfərə çıxmaq fürsətini əldə etməlidirlər. Bunun üçün müəyyən sosial mexanizmlərin yaradılması vacibdir. Məsələn, illərlə növbə gözləyən zəif imkanlı ailələr üçün dövlət və ya dini qurumlar tərəfindən subsidiyalar, mərhələli ödəniş imkanları və ya xüsusi fondlar vasitəsilə dəstək proqramları hazırlana bilər".
Onun sözlərinə görə, Həcc ziyarəti həm də cəmiyyətin mənəvi səviyyəsini ölçən bir göstəricidir:
"Kimlər bu ibadətə necə yanaşır, kimlər onu necə təşkil edir — bütün bunlar dindarlığın, ədalətin və məsuliyyətin aynasıdır. Buna görə də bu məsələni sadəcə “qiymət qalxdı, düşdü” müstəvisində deyil, həm də dini, sosial və mənəvi dəyərlər prizmasından dəyərləndirmək lazımdır.Bilmək lazımdır ki, Həcc ibadətinin məqsədi Allahın rizasını qazanmaq, dünya sevgisindən uzaqlaşıb təvazökarlığa, səbirə və itaətə yönəlməkdir. Qiymət artımı reallığın bir parçasıdır, amma bu reallığın içində ədalət, şəffaflıq və vicdan prinsipləri qorunarsa, heç bir narazılıq qalmaz. Əsas odur ki, bu müqəddəs səfərin mənəvi dəyəri heç vaxt maddi hesablamaların kölgəsində qalmasın".
Qeyd edək ki, QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin başlanğıc qiymətini 6100 ABŞ dolları (10 370 manat) müəyyən edib. 
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Oktyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri