Icma.az
close
up
RU
İlahiyyatçıdan paytaxt restoranlarına SƏRT TƏNQİD “İftar süfrəsini pulla təklif edənlər CƏHƏNNƏMLİKDİR”

İlahiyyatçıdan paytaxt restoranlarına SƏRT TƏNQİD “İftar süfrəsini pulla təklif edənlər CƏHƏNNƏMLİKDİR”

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ramazan ayı başlar-başlamaz restoranlar “İftar süfrələri”nin reklamına başlayıblar. Reklam olunan menyunun qiymətləri isə sözün həqiqi mənasında “əl yandırır”. Bu məsələnin bir tərəfidir. Digər diqqət çəkən məqamsa bəzi oruc tutanların bahalı restoranlara axın etməsidir. Bu da o deməkdir ki, həm “İftar süfrəsi” ilə pul qazananlar, həm də həmin süfrələrdə israfçılıq edənlər günah qazanırlar.

Çünki Ramazan ayı təkcə mədənin yox, həm də nəfsin orucluğudur. Bu ayda insanlar təkcə yediyinə yox, həm də qazancına qənaət etməlidir. Ən əsası 11 ayda qazandıqlarımızın bir qismini müqəddəs Ramazan ayında imkansızlar üçün xərcləməliyik. Bu mənada həm pullu “İftar süfrələri”nin təşkili, həm də bahalı süfrələrdə vaxt keçirmək islamın və Ramazanın fəlsəfəsinə yaddır.
Apardığımız müşahidələr zamanı aydın olur ki, əksər iaşə obyektləri günorta saatlarında 9-10 manata təklif etdikləri "business lunch"ı axşamlar “İftar süfrəsi" adı ilə 30-40, bəzən hətta 70 -80 manata təqdim edirlər. 
“Var-dövlət qazanmaq üçün Allahın dinini ancaq imansızlar istifadə edə bilər”
Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan deyir ki,  bəzi adamlar Ramazan ayında cəhənnəmi “satın alırlar”:
“Əvvəla iftar pulla verilmir. Kim iftar süfrəsini, qurban ətini pulla satarsa, o cəhənnəmlikdir. Din alver, ticarət aləti deyil. Dünyada var-dövlət qazanmaq üçün Allahın dinini ancaq imansızlar istifadə edə bilər.
Bütün zamanlarda deyilib ki, imanı, dini, vicdanı olan əsl müsəlman Ramazan ayında imkanı daxilində müsəlmanlara havayı ehsan edər. Buna da gücü çatmırsa, ən azı qiymətləri endirər.  Çox təəssüf ki, bizdə tam əksinədir: bayramda hər şey bahalaşır.
Yenə deyirəm kafe və restoranlarda pulla satılan yeməklər iftar deyil. Sadəcə dəllalıq edərək adını iftar süfrəsi qoyurlar. Əlacsız adamlardan başqa kim elə yerlərdə iftar açsa, yəni normadan artıq pul ödəsə, israf etmiş sayılır ki, bu da dində haramdır. Ona görə müsəlmanlar özlərini günaha batırmasınlar”.
İlahiyyatçı hesab edir ki, bahalı restoranlarda “iftar süfrəsi”nə getmək və həmin obyektlərə xeyir vermək özü də günahdır:
“Onların verdiyi yeməklər də şübhəlidir, çox zaman leş və ya bismillahsız kəsilən ətlər olur. Əti halal olmayan heyvandan hazırlanan yeməklərlə də iftar etmək olmaz. Kafe, restoran sahibləri savab qazanmaq istəyirlərsə, qardaş Türkiyədəki kimi, digər müsəlman ölkələrində olduğu kimi oruc tutanlara iftar versinlər. Oruc tutmasalar belə, heç olmasa, savab qazansınlar. Bunu etmirlərsə, ən azı camaatı aldadıb, günaha batmasınlar”. 
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Mart 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri