Icma.az
close
up
RU
Saqqala görə mübahisə yarandı: İslama təhqirdir! İlahiyyatçıdan SƏRT REAKSİYA

Saqqala görə mübahisə yarandı: İslama təhqirdir! İlahiyyatçıdan SƏRT REAKSİYA

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

İlahiyyatçı Tural İrfanın saqqal barədə fikirləri sosial mediada müzakirələrə səbəb olub. O, pravda.az-a açıqlamasında bildirib ki, islam dini saqqalı zəruri görmür və əsas meyar insanın səliqəsi, təmizliyi və düşüncəsidir.

Sitat: “Məhəmməd Peyğəmbər (s.a.v.) müsəlmanlara buyurub ki, öz dövrünüzə, adətinizə, ürfünüzə uyğun yaşayın. Bu meyarla da indiki dövrdə saqqal saxlamaq uyğun görülmür. Ələlxüsus da ki, uzun, salxımlı, nizama salınmamış saqqal saxlamaq daş dövrünün ənənəsinə uyğundur. Din təmizliyi, paklığı əmr edir. Təbiblərin rəyinə görə, saqqal tükündə çoxsaylı mikrob və bakteriyalar cəmləşir, ətrafa yayılır. Bir hədisdə təmizliyin dinin yarısı olduğu buyurulur. Bu nəzərdən baxsaq, nəinki saqqal saxlamaq, əksinə, saqqalı qırxmaq zəruri sayıla bilər”.

Əgər din bunu zəruri hesab etmirsə, niyə peyğəmbərlər çox vaxt saqqallı şəkildə təsəvvür edilir? İctimaiyyətin bir hissəsi saqqalı niyə dini simvol kimi qəbul edir?

Globalinfo.az-a danışan ilahiyyatçı Əkrəm Həsənov deyib ki, ilahiyyatçının saqqal barədə söylədikləri islamın mövqeyi ilə üst-üstə düşmür.

O qeyd edib ki, islam qaynaqlarında saqqal sırf dəb, bəzək və ya fərdi seçim kimi göstərilməyib, əksinə peyğəmbərimizin (s.ə.s) hədislərində xüsusi olaraq vurğulanıb:

“Buxari və Müslim kimi ən etibarlı mənbələrdə peyğəmbərimizin “bığlarınızı qısaldın, saqqallarınızı uzadın və müşriklərə bənzəməyin” buyurduğu qeyd olunur. Bu hədisə əsaslanaraq islam fiqhində dörd məzhəbin çoxu saqqal saxlamağı vacib, heç olmasa güclü şəkildə təkid olunmuş sünnə hesab edib. Bəziləri deyə bilər ki, dinin əsası saqqal deyil, amma bu, onun dindən kənar və ya əhəmiyyətsiz bir məsələ olduğu anlamına gəlmir. Məsələ bundadır ki, dinin əsası namaz, oruc, iman olsa da, saqqal peyğəmbər sünnəsinin bir parçasıdır. Onu əhəmiyyətsizləşdirmək, “daş dövrünün qalığı”, “natəmizlik” adlandırmaq isə dinin əsaslarını təhqir etmək deməkdir. Bu, həm də saqqal saxlayan möminlərə hörmətsizlikdir”.

Əkrəm Həsənov

İlahiyyatçı bildirib ki, həmkarının qeyd etdiyi “Peyğəmbər müsəlmanlara öz dövrünün adətinə uyğun yaşamağı buyurub” kimi bir söz mənbələrdə yoxdur:

“Əksinə, peyğəmbərimiz bir çox məsələlərdə müsəlmanların başqa millət və dinlərin xüsusiyyətlərinə bənzəməməsini tövsiyə edib. Əlbəttə, islamda təmizlik böyük önəm daşıyır. Amma bunu yalnız saqqalla bağlamaq düzgün deyil. Saqqalı səliqəsiz saxlamaq, baxımsız buraxmaq əlbəttə ki, doğru olmaz. Lakin baxımlı, nizamlı saqqal həm peyğəmbər sünnəsinə uyğun olur, həm də insanın zahirinə səliqə qatır. “Saqqalda mikrob yığılır” arqumenti də elmi baxımdan mübahisəlidir. Çünki eyni sözləri saç, dırnaq, paltar, hətta telefon ekranı haqqında demək olar. Əgər təmizlik prinsiplərinə əməl olunarsa, saqqal da digərləri kimi səliqəli və təmiz qala bilər. İslam “təmizlik imanın yarısıdır” deyərkən, insanın həm bədəni, həm də qəlbinin təmizliyini nəzərdə tutur. Bu, heç də saqqalın qırxılmasını vacib etmir”.

Ə.Həsənov əlavə edib ki, saqqal möminin imanı ilə ölçülmür:

“Saqqal saxlamaq insanı əsla geridəqalmış etməz. İslamı elmlə, ağılla yaşamaq doğrudur, amma sünnəni kiçiltmək, təhqir etmək yanlışdır. Özümdə olmasa da, saqqal saxlayan qardaşlara hər zaman hörmətlə yanaşıram. Çünki onların etdiyi bir peyğəmbər sünnəsinə itaətdir. Saqqalı gerilik, natəmizlik adlandırmaq isə həm dini dəyərləri, həm də həmin insanları təhqir etməkdir. Bizim üçün əsas iman, elm və əməl olduğu kimi, saqqal da dini kimliyin bir parçasıdır. Biz dinimizdə olan məsələlərə orta mövqedən yanaşmalıyıq, heç bir məsələdə həddi aşmaq doğru sayılmır”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Sentyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see294

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see232

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see180

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see176

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see151

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri