Icma.az
close
up
RU
İlahiyyatçıdan valideynlərə çağırış Məktəbli forması yoxsa dini geyim?

İlahiyyatçıdan valideynlərə çağırış Məktəbli forması yoxsa dini geyim?

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Məktəblərdə vahid geyim formasının tətbiqi və şagirdlərin xarici görkəmi ilə bağlı qaydalar gündəmdəki yerini qoruyarkən, azyaşlıların dini geyimlərə yönləndirilməsi məsələsi cəmiyyətdə yeni müzakirə dalğası başladıb. Təhsil müəssisələrində nizam-intizam və bərabərlik prinsipləri əsas götürülsə də, ailə daxilində uşaqlara qarşı tətbiq edilən dini tələblərin forması ekspertlərin diqqətindən qaçmır. İlahiyyatçılar bu həssas mövzuda valideynləri daha təmkinli olmağa çağırır, çünki erkən yaşda başlayan məcburiyyət uşağın mənəvi dünyasında gözlənilməz travmalara yol aça bilər.
İmanda səmimiyyətin vacib olduğunu xatırladan din adamları  hesab edirlər ki, dini tərbiyə qadağalar və sərt qaydalarla deyil, sevgi və izah vasitəsilə aşılanmalıdır. Mərhələli yanaşmanın unudulması və azyaşlıların iradəsinə zidd olaraq müəyyən geyim qəliblərinə salınması gələcəkdə dindən uzaqlaşma və ya daxili etiraz kimi mənfi reaksiyalarla nəticələnə bilər. Mövzu təkcə geyim forması deyil, həm də uşaq psixologiyasının qorunması müstəvisində geniş şəkildə təhlil edilir.

İlahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, bu mövzu çox həssasdır və uşaq məsələsi şüar mövzusu deyil, burada həm din, həm vicdan, həm də gələcək nəsil var.
“İslamın əsas prinsipi aydındır: Quranda buyurulur ki, dində məcburiyyət yoxdur. Bu ayə yalnız başqa dinə mənsub insanlara aid deyil, iman qəlbin qəbuludur və qəlbə zor işləyə bilməz. Zor davranış yarada bilər, amma iman yarada bilməz" – deyə ilahiyyatçı bildirib.
Əkrəm Həsənov əlavə edib ki, Quranda həmçinin vurğulanır ki, valideyn özünü və ailəsini cəhənnəm əzabından qorumalıdır, bu, valideyn məsuliyyətini göstərir. 
“Deməli, iki həqiqət var: məcburiyyət yoxdur, məsuliyyət var. Balans məhz bu iki prinsip arasında qurulur.”
Peyğəmbərin uşaqlarla davranışına diqqət çəkən ilahiyyatçı deyib: 
"O, uşaqları danlamaz, sındırmaz, şəxsiyyətlərini əzməzdi. Namazla bağlı hədisdə buyurulur ki, övladlarınıza yeddi yaşında namazı öyrədin. Burada "məcbur edin" deyil, "öyrədin" deyilir. Öyrətmək ilə məcbur etmək eyni şey deyil.
İmam Qəzali deyirdi ki, uşaq qəlbi təmiz səhifə kimidir və ora yazılan silinmir, amma zorla yazmaqdan danışmırdı, mərhəmət və hikmətlə tərbiyədən danışırdı. İbn Xəldun isə sərt tərbiyənin uşağı ikiüzlü və qorxaq edə biləcəyini qeyd edirdi. Bu sözlər yüz illər əvvəl deyilib, amma hələ də aktuallığını saxlayır.”
Həsənov vurğulayıb ki, uşağa dini geyim öyrətmək olar, amma onu alçaltmaq, utandırmaq, qorxutmaq doğru deyil:
"Din izzət gətirir, qorxu isə psixologiya yaradır. Allah özünü ən çox Rəhman və Rəhim sifətləri ilə tanıdır; ilahi metod mərhəmət üzərində qurulub.”
O əlavə edib ki, dini geyim bəzən iman müzakirəsi kimi təqdim olunur, amma iman qəlbdədir, geyim onun zahiri ifadəsidir. 
"Əgər uşaq dini geyimi sevərək qəbul edirsə, bu gözəldir. Əgər qorxudan edirsə, bu, gələcəkdə etiraz doğura bilər. Tarix də göstərir ki, zorla verilən dindarlıq uzunömürlü olmur.”
"Övladına dini öyrətmək, halal və haramı başa salmaq olar, amma onun vicdanına hakim ola bilməzsiniz. Vicdan Allah ilə insan arasındakı sahədir; Peyğəmbər belə insanların qəlbinə hökm edə bilməzdi.”
İlahiyyatçı sonda əlavə edib ki, İslam nə uşağı boş buraxmağı qəbul edir, nə də onu sındırmağı. Tərbiyə var, amma zor yoxdur. Məsuliyyət var, amma mərhələlidir. Din insanın daxilində kök atmalıdır, zorla deyil, anlayışla. Sevgi ilə verilən dəyər qalır, təzyiqlə verilən isə bir gün qopur.
Yəni, uşaqlara dini geyimi məcbur etmək həm psixoloji, həm də dini baxımdan əks effekt yarada bilər.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:354
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Fevral 2026 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri