Icma.az
close
up
RU
İldırımzadənin məhkəmədən yayınmaq fikri var, çünki... Yarım milyonluq cinayət işi

İldırımzadənin məhkəmədən yayınmaq fikri var, çünki... Yarım milyonluq cinayət işi

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu dairə seçki komissiyasının katibi Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Qurban Piriyevin vəkili Sadiq Rəsulov vəsatətlə çıxış edib. O, təqsirləndirilən şəxslərin hər birinin barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib. Vəkil vəsatətini belə əsaslandırıb ki, təqsirləndirilən şəxslərin məhkəmədən yayınmaq, məhkəmə iclaslarına gəlməmək ki, ehtimalı var. Vəkil hesab edib ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmək fikirləri yoxdur: "Onların ziyanı ödəmək kimi fikirləri olsaydı, bunu vaxtında etmiş olardı. Çünki onlar ziyanı ödəməkdən yayınırlar. Onların azadlıqda qalması yeni cinayətlər törətməsinə imkanlar yaradır. Bizdə məlumat var ki, digər cinayət işləri üzrə hazırda istintaqın aparılan işlərdə Rasim ildırımzadənin adı keçir. Bu da o deməyə əsas verir ki, qanunsuz əməllərinə davam edirlər".

Vəkil həmçin qeyd edib ki, təqsirləndirilən şəxslər zərərçəkmişə dəymiş ziyanın böyük bir hissəsini ödəməyib. Vəkil qaldırdığı vəsatətin təmin edilməsini istəyib.

Rasim İldırmzadənin vəkili deyib ki, həbs qətimkan tədbirinin seçilməsinə əsas yoxdur. Onun sözlərinə görə, 85 min manat ödəniş olunub, hazırda 20 min manat da gətiriblər, kimə lazım olsa ödəniş edə bilərlər.
Qoşqar Məmmədovun vəkili də vəsatətin təmin edilməməsi istəyib. Bildirib ki, onlar tərəfindən ödəniş olunub, Qoşqar Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün əsas yoxdur. Vəkil onunda bildirib ki, hazırda zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd edirlər.

Zaur Mirzəzadənin də vəkili vəsatətin təmin olunmaması xahiş edib. Zaur Mirzəzadədə vəkilin fikirləri ilə razı olduğunu deyib.

Dövlət ittihamçısı vəsarəti məhkəmənin mülahizəsinə buraxdığını deyib.

Rasim İldırımzadənin vəkili Cahangir Şükürov vəsatət verib. Vəkil qeyd edib ki, ibtidai araşdırma qanun pozuntusuna yol verilib, buna görə də işin ibtidai istintaqa qaytarılmasını istəyib. Vəkil qeyd edib ki, həm onun özü, həm də müvəkkilin imzaları iş materiallarında saxtalaşdırılıb.

Hakim cinayət işində olan imzanı Rasim İldırımzadəyə göstərib. O da həmin imzanın ona məxsus olmadığını deyib.

Digər vəkil Cinayət Prosessual Məcəlləsinin 303-cü maddəsinə əsasən işin ibtidai istintaqa qaytarılmasını istəyib.

Hakim bildirib ki, vəsatətlərə hazırlıq iclasının qərarında münasibət bilidiriləcək. Hazırlıq iclasının davamı dekabrın 24-də davam edəcək.

İstintaq sənədlərinə görə, Rasim İldırımzadə həbsindən əvvəl istintaqdan yayındığı üçün axtarışda olub.
Tutulduqdan sonra isə məhkəmənin qərarı ilə Rasim İldırımzadə, ondan başqa Zaur Mirzəzadə və Qoşqar Məmmədov məhkəmənin qərarı ilə həbs ediliblər. İstintaqın gedişində onlar ev dustaqlığına buraxılıb, daha sonra isə barələrində “başqa yerə getməmək” haqda qətimkan tədbiri seçilib.

Onların əməlindən ziyan çəkən iş adamı Piriyev Qurban Zeynəddin oğludur. Qurban əvvəllər dövlət orqanlarında müxtəlif vəzifələrdə işləyib. Onu aldadan şəxslərlə tanış edən isə tanışı - Balakən rayon sakini Hürü Əmiraslanovadır.

Hürü Əmiraslanova özü də bu işə görə cinayət məsuliyyyətinə cəlb edilib. Amma istintaqın gedişində vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

İttihama görə, təqsirləndirilən şəxslər Qurban Piriyevi Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunacağı vədi ilə aldadıblar. Cinayətin əsas təşkilatçısı isə Rasim İldırımzaədədir. O, qurduğu planla zərərçəkmiş şəxsi inandıra bilib. Rasim İldırımzadə qrupun digər üzvü Qoşqar Məmmədovu yalandan Prezident Administrasiyasında işləyən yüksək vəzifəli şəxs kimi təqdim edib, onun bütün məsələləri həll edəcəyini deyib. Zaur Mirzəzadəni isə sözügedən yerdə guya Nihat adlı mötəbər vəzifədə çalışan şəxs kimi təqdim edib.

İşi düzüb-qoşanların nüfuzlu şəxslər olduğuna inanan Qurban Piriyev icra başçısı keçmək üçün Rasim İldırımzadənin adamlarına bir neçə dəfəyə 510 min manat pul, 34 min manatlıq qızıl-zinət əşyaları verib.
Sonradan aldanıldığını bilən zərərçəkmiş polisə şikayət edib. İlkin istintaq dövründə ona dəymiş 544 min manat ziyanın 85 min manatı Rasim İldırımzadə, 20 min manatı isə Zaur Mirzəzadə və Qoşqar Məmmədov tərəfindən geri qaytarılıb.

Qeyd edək ki, Rasim İldırımzadənin bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digəri isə ləğv olunmuş “Amrahbank”ın təsisçisi Yunus İldırımzadədir.

Digər təqsirləndirilən Zaur Mirzəzadə isə həm də "bakutime.az", "xalq.az" adlı saytların rəhbəridir. O, 2 il əvvəl elə dələduzluq ittihamı ilə məhkum edilmişdi. Bir müddət sonra ona bəraət verilsə də, sonradan bəraəti ləğv edilərək cinayət işinə xitam verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 18 Dekabr 2024 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri