Icma.az
close
up
RU
İlham baba, qoğalla sok içmişəm deyən balacanın atası: Dəcəl uşaqdır deyə xəritəni verdik ki, başı qarışsın

İlham baba, qoğalla sok içmişəm deyən balacanın atası: Dəcəl uşaqdır deyə xəritəni verdik ki, başı qarışsın

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev sentyabrın 14-də Xocalı rayonunun Şuşakənd kəndində olub. Dövlətimizin başçısı kəndə köçmüş Zaur Rzayevin evində olub, ailə üzvləri ilə söhbət edib.

Oxu.Az bu münasibətlə Rzayevlər ailəsinə baş çəkib, onların təəssüratını öyrənib.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Zaur Rzayev Oxu.Az-a açıqlamasında Qarabağı yenidən onlara bəxş etdiyi üçün dövlət başçısına ailəsi adından təşəkkür edib:

"Bir gün mənə zəng gəldi və Şuşakənddə yaşamaq istəyimizlə bağlı sual verdilər. Mən də fürsətdən istifadə edib burada yaşamağa qərar verdim. Peşman deyiləm. İnşallah, digər sakinlərimiz də qayıdarlar, Qarabağımızda həyat yenidən canlanar. Cənab Prezidentin evimizdə olması bizim üçün həyəcanlı olmaqla yanaşı, həm də çox sevindirici idi. Bu anın xoşbəxtliyini sözlə ifadə etmək mümkün deyil. Dövlət başçısı evimizlə tanış oldu, şəraitimizlə maraqlandı. Bizə ayırdığı vaxt üçün cənab Prezidentə təşəkkür edirəm".

Zaur Rzayev oğlu Rahulun Prezident İlham Əliyevlə dialoqundan da danışıb:

"Prezident evə daxil olanda Rahul divanda əyləşmişdi. Dəcəl uşaqdır deyə xəritəni verdik ki, başı qarışsın. Cənab Prezident də onun xəritə ilə məşğul olduğunu gördü. Sağ olsun, yaxınlaşdı, qayğı göstərdi və soruşdu ki, "Xəritədə Azərbaycanı tapa bilərsən?" Söhbət əsnasında Rahul dedi ki, "İlham baba, qoğalla sok içmişəm, yemişəm". Bu bizim üçün də gözlənilməz oldu. Çünki əvvəldən heç nə öyrətməmişdik. Prezident də onu dinləyib diqqət və qayğı göstərdi. Bir də gördük ki, bütün ölkə bu dialoqu paylaşır. Ölkə başçısına təşəkkür edirik.

Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin!"

Ailənin daha bir üzvü Türkan Rzayeva da Oxu.Az-la təəssüratını bölüşüb, oğlunun istedadından danışıb:

"Rahul iki yaşından istedadını büruzə verməyə başlayıb. Çünki ondan böyük övladlarımız dərsləri ilə məşğul olanda Rahul da onlara qoşulub oxuduqları ilə maraqlanırdı. Mən də onunla məşğul olmağa başladım və gördüm ki, hərfləri, rəqəmləri sürətlə öyrənir. Sonradan isə xəritəyə maraq saldı və üç yaşında xəritədə bütün ölkələri, paytaxtları, eləcə də bayraqları tamamilə əzbərlədi. Sonra sərbəst kitab oxumağı və yazmağı, ingilis dilində saymağı öyrəndi. Beş yaşı olmasına baxmayaraq, bu səviyyəyə gəlib çatıb. Gələcəkdə isə özü hansı istiqamətdə istəsə, yönləndirəcəyik".

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Sentyabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see514

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see236

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see227

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see187

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see157

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see150

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see147

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see142

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see137

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri