Icma.az
close
up
RU
İlham Əliyev Astanaya gedir Azərbaycan Qazaxıstan əlaqələrində yeni siyasi məzmun

İlham Əliyev Astanaya gedir Azərbaycan Qazaxıstan əlaqələrində yeni siyasi məzmun

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyev bu gün Qazaxıstana yola düşəcək. Ölkə başçısı 21 oktyabrda Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevlə görüşəcək. 

Qeyd edək ki, bu səfər Qazaxıstan Prezidentinin dəvəti ilə baş tutur.

Görüş zamanı ikitərəfli iqtisadi, siyasi və humanitar münasibətlər müzakirə ediləcək.

Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Qazaxıstan parlamentlərarası işçi qrupunun üzvü Aydın Hüseynov bildirib ki, Prezident İlham Əliyevin Qazaxıstana səfəri təkcə iki dost və qardaş ölkə arasında diplomatik münasibətlərin davamı deyil, həm də türkdilli dövlətlər ailəsində strateji əməkdaşlığın yeni mərhələsinə keçid kimi qiymətləndirilir:

"Azərbaycan və Qazaxıstan son illərdə siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrini ardıcıl şəkildə möhkəmləndirir. Hər iki ölkə regional sabitliyin, iqtisadi inteqrasiyanın və enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır. Bu baxımdan səfərin əsas məqsədi münasibətləri daha da dərinləşdirmək, yeni əməkdaşlıq mexanizmləri üzərində razılaşmaqdır.

İki ölkə arasındakı münasibətlərin təməlində ortaq tarixi köklər, mədəni yaxınlıq və qarşılıqlı etimad dayanır. Bu gün Azərbaycan ilə Qazaxıstan təkcə ikitərəfli müstəvidə deyil, həm də Türk Dövlətləri Təşkilatı, BMT və digər beynəlxalq qurumlar çərçivəsində eyni istiqamətdə mövqe nümayiş etdirir. İlham Əliyevin səfəri regional proseslərdə türk dünyasının siyasi birliyini daha da gücləndirəcək addım kimi qiymətləndirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə keçiriləcək görüşlərdə enerji, nəqliyyat-logistika və kənd təsərrüfatı sahələrində konkret razılaşmaların əldə olunacağı gözlənilir".

Deputat vurğulayıb ki, parlamentlərarası əlaqələr də bu əməkdaşlığın mühüm tərkib hissəsidir:

"Azərbaycan və Qazaxıstan parlamentləri arasında dostluq qrupları uzun illərdir aktiv fəaliyyət göstərir, qanunverici səviyyədə təcrübə mübadiləsi aparılır. Hər iki ölkə qanunvericilik sahəsində islahatlar, parlament diplomatiyasının genişləndirilməsi və gənc deputatların əməkdaşlığı kimi istiqamətlərdə qarşılıqlı dəstəyi davam etdirir. Bu münasibətlər yalnız rəsmi səviyyədə deyil, xalqlar arasında yaxınlaşmanı da gücləndirir.

Gözləntilər ondan ibarətdir ki, bu səfər nəticəsində Azərbaycan-Qazaxıstan əlaqələri yeni siyasi məzmun qazanacaq, iqtisadi və mədəni əməkdaşlıq daha da genişlənəcək. Hər iki ölkə türkdilli dövlətlər arasında inteqrasiya prosesinə liderlik etmək, regionda dayanıqlı inkişafı təmin etmək niyyətindədir. Bu səfər həm tarixi, həm də strateji baxımdan türk dünyasının birliyini möhkəmləndirən önəmli addım kimi yadda qalacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri