İlham Əliyev: İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ermənistan əlaqələrində boşluq yaranmışdı
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İkinci Qarabağ müharibəsi başa çatanda Ermənistan-Azərbaycan gələcək əlaqələri və təmasları sahəsində bir boşluq yaranmışdı, vakum yaranmışdı.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, o vaxt hələ fəaliyyət göstərmək istəyən ATƏT-in Minsk Qrupu da demək olar ki, iflic vəziyyətinə düşmüşdü:
“Çünki onlar da bilmirdilər ki, nə etmək lazımdır. Çünki Azərbaycan bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll etmişdir. Hərbi-siyasi yollarla Qarabağ münaqişəsi Azərbaycan-Ermənistan münaqişəsi öz həllini tapmışdı. Məhz Azərbaycan o vaxt gələcək baxışlarını ortaya qoydu. Yəni ki, bu boşluq çox davam edə bilməz. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi olmalıdır.
Onun təşəbbüskarı biz olmuşuq. O təşəbbüsü biz irəli sürəndən sonra yenə də heç yerdən cavab gəlmədi. Onda biz məlum əsas 5 prinsipi ortaya qoyduq və bunun üzərində sülh sazişinin mətnini də biz hazırlamışdıq. Biçdiyiniz kimi ondan sonra danışıqlar prosesi bizim təşəbbüsümüzlə başlamışdı. Danışıqlar prosesi o qədər də hamar getmirdi. Onun da əsas səbəbi ondan ibarət idi ki, o vaxt Ermənistan sülh sazişinə Qarabağla bağlı müddəanı daxil etdirmək istəyirdi. Halbuki bu heç bir məntiqə sığmayan məsələdir. Heç bir hüquqi və siyasi əsaıs olmayan məsələdir.
Biz Ermənostan tərəfinə izah etməyə çalışırdıq ki, bu bizim daxili məsələmizdir və dövlətlərarası sazişə hər hansı bir ölkənin daxili məsələsi daxil oluna bilməz", - Prezident qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 09 Avqust 2025 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















