Icma.az
close
up
RU
İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşdü FOTO

İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşdü FOTO

Icma.az, Redaktor.az-ə istinadən bildirir İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşdü FOTO.

Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Odil Reno-Basso ilə görüşüb.

Redaktor.az xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyev və Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Bassonun iştirakı ilə “Gəncə şəhərində su təchizatı və kanalizasiya sistemlərinin, yağış sularının idarəetmə sisteminin yenidən qurulması və tullantı sularının təmizlənməsi qurğusunun tikintisi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Anlaşma Memorandumu”nun imzalanması mərasimi oldu.

Görüşdə dövlətimizin başçısı imzalanan Memorandumun əhəmiyyətinə toxundu, bununla da əməkdaşlığımızın gündəliyində çox mühüm bir səhifənin açıldığını dedi və bu sənədin imzalanmasını əməkdaşlığımızda növbəti önəmli mərhələ kimi dəyərləndirdi.

Prezident İlham Əliyev Odil Reno-Bassonun COP29-da iştirakına görə təşəkkürünü bildirdi. Tədbirin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı burada artıq çox səmərəli nəticələrin əldə olunduğunu qeyd etdi.

Qonaqpərvərliyə və yüksək təşkilatçılığa görə minnətdarlığını bildirən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti COP29-un çox əhəmiyyətli bir tədbir olduğunu dedi. Qonaq imzalanan sənədi əməkdaşlığımızda önəmli hadisə kimi qiymətləndirdi.

Söhbət zamanı Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında perspektiv layihələr və əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://redaktor.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR işçilərinə şad xəbər! Əməkhaqqı və mükafatlarla bağlı yeni dəyişikliklər FOTO

11 Fevral 2025 23:42see1112

2 yaşlı körpə ölümlə mübarizə aparır Məryəmin gülüşünü solmağa qoymayaq

11 Fevral 2025 18:37see342

Tanınmışlar instaqramda bunları paylaşdı

11 Fevral 2025 18:00see127

Həbsdə olan eks direktorunun üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi istənilir

11 Fevral 2025 11:37see127

Tramp HƏMAS üçün “cəhənnəm” hazırlayır

11 Fevral 2025 10:20see127

Azərbaycanda un BAHALAŞDI SON QİYMƏTLƏR

11 Fevral 2025 11:36see124

“Neftçi” 650 ci səfər qolunu vurub

11 Fevral 2025 10:13see123

Apple 18 illik özəlliyindən imtina edir

11 Fevral 2025 15:37see122

Bakıdan təkliflərimizə cavab gözləyirik Simonyan

11 Fevral 2025 14:54see122

Vens Avropanı sərt şəkildə tənqid etdi

11 Fevral 2025 16:54see121

Torpağın tikinti üçün təyinatı necə dəyişdirilə bilər? Ekspertdən açıqlama

11 Fevral 2025 19:40see118

Qurban Qurbanov: Boşluqlardan düzgün istifadə etdik

11 Fevral 2025 22:10see117

Soyuq duş stresə qarşı müqaviməti inkişaf etdirir və...

11 Fevral 2025 22:05see117

“Böyük Qayıdış”ın işıqlı SİMASI Görülən işlər və perspektivlə

11 Fevral 2025 17:41see117

Rusiyanın məşhur aparıcısı iflic olub

12 Fevral 2025 01:10see115

Netanyahu nazirlərə qadağa qoyub: Atəşkəs və əsir mübadiləsindən kimsə danışmasın

12 Fevral 2025 00:16see115

Qərbi Azərbaycan Xronikası: Altuntaxt, Alxan pəyəsi, Alçalı, Alçalıq Türk tarixinin izi

11 Fevral 2025 23:13see112

Netanyahu HƏMAS a xəbərdarlıq edib

11 Fevral 2025 21:59see111

Ukrayna ordusu bu ərazidə mühasirəyə düşdü

12 Fevral 2025 00:04see108

Sağlam marmeladı necə seçmək olar?

11 Fevral 2025 23:46see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri