Icma.az
close
up
RU
İlham Əliyev Azərbaycan xalqının və onun dövlətinin 21 ci əsrdəki statusunu müəyyən edən zəfərin memarıdır

İlham Əliyev Azərbaycan xalqının və onun dövlətinin 21 ci əsrdəki statusunu müəyyən edən zəfərin memarıdır

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 6 noyabr, AZƏRTAC

Türk xalqları tarixən lider əsaslı bir millət olub. Yəni türklərin qurduqları dövlətlər böyük sərkərdələrin şəxsində tanınıb və mühafizə edilib. Bu səbəblə Azərbaycan xalqının mürəkkəblikdən mütəşəkkil çətinlikdən çıxış yolu da məhz qurucu liderlərlə mümkün olacaqdı. Bu çərçivədə Azərbaycan modern hekayəsində intellektual və siyasi müstəvidə mühüm şəxsiyyətlər yetişdirib. Buraya Mirzə Fətəli Axundzadədən başlayaraq ilkin modern aydınlarımızı, cümhuriyyətin qurucularını, sovet dövrünün çətin sisteminə baxmayaraq Azərbaycan xalqına xidmət etmiş aydınlar, dövlət adamlarını daxil etmək mümkündür. Ancaq Azərbaycanın modern siyasi tarixi dedikdə daha çox üç mərhələ nəzərdə tutulur. Cümhuriyyətin elanı, sovet dövrü və müstəqilliyin bərpası dövrü ki, birbaşa Ulu Öndər Heydər Əliyevin xidmətləri ilə bağlıdır. Birinci mərhələdə Azərbaycanın o dövrkü aydınları, liderləri xalqın siyasi varlığı üçün təşəbbüs göstərib və cümhuriyyəti elan ediblər. İkinci dövrdə isə Ulu Öndər Heydər Əliyevin həm sovet sisteminin mürəkkəb sistemi içində xalqa xidməti, həm də müstəqilliyin bərpasından sonra dövlət quruculuğunun konturlarını müəyyən edən xidməti yer tutub. Bununla belə Azərbaycan xalqını öz yurdunda tam hakim edəcək, bayrağını vətənin hər qarşısında dalğalandırmağı təmin edəcək zəfər əksikliyi əsas məsələ olaraq qalmaqda idi. Qısası Azərbaycan xalqı üçün əsas əksiklik tam təşəkküllü suveren olmaq idi.

Bunu AZƏRTAC-a açıqlamasında Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin müdiri, dosent Orxan Vəliyev deyib.

Orxan Vəliyev bildirib ki, zəfər qazanmaq millətlər, dövlətlər üçün tarixən həlledici olub. Çünki tarix və iqtisadiyyat zəfərin və zəfəri qazananların çevrəsində formalaşır: “Türkiyədə doktorantura təhsili aldığım illərdə Ankarada Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün dəfn edildiyi anıtqəbiri ziyarət etmişdim. Anıtqəbir tamamilə türklərin zəfərinə həsr edilmişdi və onlar adına böyük nüfuz və qürur mənbəyi idi. Azərbaycan xalqı cümhuriyyət elan etmişdi, müstəqilliyini bərpasına nail olmuşdu. Lakin öz vətənində suveren olmağın ilkin şərtlərindən olan ərazi bütövlüyü işğalla kobudcasına pozulmuşdu və torpaqların azad edilməsi həm xalqın, həm də dövlətin gündəliyində əsas məsələ idi. Belə olan halda Azərbaycan xalqının və dövlətinin 21-ci əsrdə layiq olduğu statusu ancaq və ancaq zəfər müəyyən edə bilərdi”.

Onun sözlərinə görə, qədim dövlətçilik tarixinə, təcrübə və yaddaşına sahib Azərbaycan xalqının suverenliyi Kürəkçay, Gülüstan və Türkmənçay kimi müstəmləkə dövrünün süni müqavilələri ilə müəyyən edilmişdi. Sovet işğalından qısa müddət sonra isə tarixi Azərbaycan torpaqları olan Qarabağda süni DQMV yaradıldı və bununla münaqişənin də təməli atılmış oldu. Beləliklə müstəqilliyini bərpa etmiş Azərbaycan üçün həll edilməli olan əsas məsələ işğala son qoymaq olmalı idi: “ Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycançılıq, Azərbaycan millətçiliyi çərçivəsində müəyyən edilmiş strateji xətti miras alaraq daha da irəliyə aparmaq hədəfini qoymuşdu. Buna müvafiq olaraq iqtidarının ilk vaxtlarındaca Azərbaycan xalqını işğala son qoyularaq torpaqların azad olunacağına əmin etməyə müvəffəq olmuşdu. Başlanğıcda qeyd etdiyim kimi, güclü lider ətrafında birləşmək türk xalqlarının əsas xüsusiyyətlərindəndir. Bu mənada Azərbaycan xalqı 2003-cü ildən etibarən İlham Əliyevin liderliyi ətrafında birləşib 2020-ci ildə əldə ediləcək zəfər üçün çalışmağa başladı”.

Orxan Vəliyevin sözlərinə görə, Qarabağda əldə edilən hərbi-siyasi zəfər Azərbaycan xalqının iki əsrlik nakam tarixini kökündən dəyişməyin ilkin addımı idi. “Ancaq Prezident İlham Əliyev böyük dövlət adamlarına xas olduğu kimi tələskənlikdən ziyadə dövlət qurucusu kimi bütün qərarları vaxtlı-vaxtında icra etməyi bacardı. O səbəblə Azərbaycan xalqı onun “nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!” sözünə etibar edirdi, nəticəni isə Şuşada, Xankəndidə və Vaşinqtonda gördü. Belə ki, son olaraq Vaşinqtdan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan razılaşma da məhz Prezident Əliyevin konstruktiv siayətinin nəticəsi idi”.

Digər tərəfdən, Prezident Əliyevin öndərliyində əldə edilən zəfər Türkiyə ilə olan münasibətlərin imzalanan Şuşa bəyənnaməsi ilə institutlaşdırılmasına, reqionun və türk dünyasının inkişafına töhfə verib. Türk dövlətlər təşkilatına üzv dövlətlərin Qarbağda təməlini atdıqları, açılışını etdikləri mədəni, təhsil və dini mərkəzlərlə türk dünyasında mədəni birliyin təsisinə böyük xidmət edib.

“Bir məsələni də qeyd etməyi zəruri hesab edirəm. Belə ki, zəfər Azərbaycan dövlətini BMT-yə üzv dövlətlər arasında müstəqilliyini, suverenliyini tarixi zəfərlərlə təmin və təsis etmiş az saylı dövlətlər arasına salıb. Prezident İlham Əliyevin Şuşanın işğaldan azad edilməsindon sonra etdiyi çıxışı Azərbaycan xalqının 250 illik nakam tarixinin arxada qaldığı mürəffəh və müzəffər tarixin başladığı dövrün simvolu idi. Zəfər çıxışı sadəcə fiziki olaraq Azərbaycanda yaşayan soydaşları deyil mənim kimi xaricdə doktorantura təhsili alan və orada qalmağı hədəfləyən gənc elm adamlarının vətənə dönməyinə də vəsilə oldu. Belə ki, Prezidentin Zəfər münasibətilə etdiyi tarixi çıxışı mənim vətənə dönməyimin əsas motivasiyası oldu. Ölkə başçısı sanki həmin çıxışla dönmək imkanı olanlar mütləq vətənə dönməli və Azərbaycanın yenidən inşası ərəfəsində öz peşə və bacarıqları çərçivəsində töhfələrini verməlidir tapşırığını verdi.

Qısası Prezident İlham Əliyev Azərbaycan xalqının və onun dövlətinin 21-ci əsrdəki statusunu müəyyən edən zəfərin memarıdır!

Əsas olan Azərbaycandır!” - deyə o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:20
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see229

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see193

Azərbaycan millisinin voleybolçusu: “İlk oyunda qazanılan qələbə vacib idi”

05 Noyabr 2025 01:52see182

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see157

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see146

Kriştianu Ronaldu karyerasını bitirəndən sonra nə işlə məşğul olacağını açıqladı

04 Noyabr 2025 23:07see138

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see137

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see134

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see134

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see132

Prezidentin Ana dili ilə bağlı tapşırığına əsasən AMEA hansı tədbirləri görəcək? İsa Həbibbəylidən ÖZƏL AÇIQLAMA

04 Noyabr 2025 17:21see132

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see132

Uzak Şehir in vurulma səhnəsi BƏYƏNİLMƏDİ

04 Noyabr 2025 17:50see131

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see130

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see130

İxrac etdiyimiz yağ daxildə satılandan niyə ucuzdur?

05 Noyabr 2025 08:31see129

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see127

“Qarabağ” iki pillə gerilədi gecənin nəticələri

05 Noyabr 2025 02:05see126

Real dan penalti zərbələri ilə bağlı qərar

05 Noyabr 2025 00:37see126

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri