Icma.az
close
up
RU
İlham Əliyev Belçikanın Baş naziri ilə görüşüb YENİLƏNİB

İlham Əliyev Belçikanın Baş naziri ilə görüşüb YENİLƏNİB

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Belçika Krallığının Baş naziri Aleksandr De Kro ilə görüşüb.
Demokrat.az xəbər verir ki, Belçika Krallığının Baş naziri COP29-un keçirilməsi münasibətilə təbriklərini çatdıraraq, iqlim dəyişmələri ilə bağlı məsələlərin müzakirəsi üçün bu tədbirin çox önəmli olduğunu deyib.
Qonaq Azərbaycanın COP-un təşkilində və ümumilikdə zəngin enerji sərvətlərinə malik bir ölkə kimi iqlim dəyişmələri məsələsində böyük rol oynadığını vurğulayıb.
Aleksandr De Kro ölkəmizə səfərinin həm ikitərəfli, həm də Azərbaycan-Avropa İttifaqı münasibətlərinin müzakirəsi üçün imkan yaratdığını qeyd edərək, Avropa İttifaqı ilə Azərbaycan arasında yaxşı əlaqələrin olduğunu və bu əlaqələrin inkişafını dəstəklədiyini deyib.
Dövlət başçısı ölkəmizlə Avropa İttifaqı arasında uğurlu əməkdşlığın həyata keçirildiyini qeyd edib. Azərbaycanın yaşıl enerji imkanlarına toxunan və Xəzər dənizinin Azərbaycan sahillərində böyük külək enerjisi potensialının olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə istehsal olunan yaşıl enerjinin Avropaya ixracı üçün konkret layihələrin həyata keçirildiyini bildirib.
Azərbaycan Prezidenti ölkəmiz ilə Avropa İttifaqı arasında digər sahələrdə də yaxşı əməkdaşlığın qurulduğunu deyib.
Prezident İlham Əliyev COP29-a hazırlıqla bağlı az vaxt olmasına baxmayaraq Azərbaycanın bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün səylər göstərdiyini vurğulayıb.
Azərbaycan Prezidenti ölkəmizin də iqlim dəyişmələrinə məruz qaldığını bildirib.
Görüşdə regional məsələlər, Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyi ilə bağlı fikir mübadiləsi aparılıb.
Dövlət başçısı son bir ildə fəal danışıqlar nəticəsində ciddi irəliləyişlərin, həmçinin sərhədlərin delimitasiyası sahəsində irəliləyişlərin olduğunu vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları sülh müqaviləsinin imzalanmasına maneə olaraq qalmaqdadır və bu Konstitusiya dəyişdirilməlidir.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Ermənistanı COP29-a dəvət edib. Bu ölkənin COP29-da iştirak edib-etməməsi Ermənistanın öz qərarıdır.
Söhbət zamanı limanlar sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, Belçika şirkətlərinin dənizdə bərpaolunan enerji sahəsində böyük imkanlara malik olduğu bildirilib.
***
16:10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Belçika Krallığının Baş naziri Aleksandr De Kro ilə görüşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Noyabr 2024 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri