Icma.az
close
up
RU
İlham Əliyev bir çıxışı ilə Putinin hökmranlığını sındırdı Qərb mediasından sensasion məqalə

İlham Əliyev bir çıxışı ilə Putinin hökmranlığını sındırdı Qərb mediasından sensasion məqalə

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Azərbaycan prezidentinin Rusiyadan son tələbləri Moskvanın keçmiş sovet ərazilərində təsirinin nə qədər zəiflədiyini göstərir. 

Globalinfo.az xəbər verir ki, bu məlumatı “The Wall Street Journal” yayıb.

“Azərbaycan prezidenti Rusiyanı aviaqəzadakı rolunu gizlətmək cəhdində ittiham etdi və sərt ritorika ilə çıxış etdi. Bu, Moskvaya uzun illər keçmiş sovet respublikaları üzərində hökmranlığa imkan verən hakimiyyət dinamikasında qırılmaya şahidlik edir” – deyə qəzet bildirib.

Qəzet yazır ki, Moskvanın bu cür məzəmmət edilməsi Rusiya ilə keçmiş sovet respublikalarının liderləri arasında böyük konfrontasiyanı göstərir. Məqalədə həmçinin Moskvanın bir zamanlar bu respublikalarla özünün strateji arxa bağçası kimi münasibət qurduğu vurğulanıb və Moskvanın Ukrayna müharibəsindən sonra bu ölkələr üzərində təsirinin azaldığını yazıb:

“Əliyevin bazar günü verdiyi açıqlamalarda Azərbaycanla Rusiya münasibətlərində əvvəllər müəyyən edilən o ehtiram yox idi. O dedi ki, qəzaya səbəb Rusiyanın elektron müdaxiləsi, eləcə də yerdən açılan atəş olub və Rusiya hökumətinin günahı quş sürüsünün, partlayan qaz balonunun üzərinə atması izahatı cəfəng və nadürüst olub.

Qərb liderlərinin Moskva ilə münasibətlərdə çoxdan tutduğu qarşıdurma mövqeyi fonunda Rusiyanın yaxınlığında yerləşən və ona münasibətdə daha həssas olan ölkələr Kremlə praqmatik yanaşmanı qoruyub saxlayırlar. Bununla da onlar digər regional və qlobal güclərlə münasibətləri Moskvanı qəzəbləndirmədən qurmağa çalışırlar. Azərbaycan təyyarəsinin vurulmasından sonrakı qıcıq da göstərir ki, Rusiyanın keçmiş imperiya əraziləri və ondan kənarda təsiri 2022-ci ilin fevralından sonra azalıb”.

Qəzet yazır ki, Rusiya uzun illər MDB-də təsir imkanına sahib olub və bunu tarixi əlaqələri, Moskvanın ikinci ən böyük silah ixracatçısı olması, ümumi enerji və nəqliyyat infrastrukturu sayəsində təmin edib:

“Moskva hətta SSRİ-nin küllərindən iqtisadi tərəfdaşlıq və müdafiə ittifaqı qurmağa da cəhd edib. Görünür, Moskva hərbi və iqtisadi təsirinin zəifləməsi, nəzarət rıçaqlarını itirməsi ilə toqquşur”.

Rusiyalı politoloq Andrey Kolesnikov qəzetə Moskvanın zəifləyən təsiri ilə bağlı da açıqlama verib:

“Putin özünün yumşaq gücünün qalan hissəsini də itirir. O bunu bir zamanlar MDB-dəki tərəfdaşlarına qarşı istifadə edə bilirdi. Bütün bunlar xüsusi əməliyyata görə (Ukrayna müharibəsi – red.) baş verir. Dostluq və şəxsi münasibətlər hər zaman konflikt dövründə yoxa çıxır”.

“WSJ” həmçinin qeyd edir ki, Rusiya artıq uzun illər keçmiş sovet respublikalarından bir-birinə qarşı istifadə edərək, öz təsirini bir neçə ölkədə saxlamağa cəhd edib:

“Bu strategiya keçən il Azərbaycanın Dağlıq Qarabağda əməliyyat keçirməsindən sonra tam uğursuzluğa düçar oldu. Rusiya sülhməramlıları isə bunun qarşısını ala bilmədi. Moskvanın fəaliyyətsizliyi əsasən məhdud imkanları ilə izah olunur. Kreml daha qərbyönlü mövqe tutan Ermənistanı da buna görə cəzalandıra bilmir. Ermənistanla münasibətlər pozulub, Azərbaycanla gələcək münasibətlər sual altındadır. Beləliklə, Moskva özünün Cənubi Qafqazdakı təsirini təhdid altına salıb. Gürcüstanda isə insanlar Tbilisi küçələrində Rusiyanın artan təsirinə etiraz edirlər. Həmçinin Türkiyənin regionda artan təsiri də status-kvonu pozur. Xüsusilə bu, Azərbaycana aiddir hansı ki, iki ölkəni dil, etnik və tarixi bağlar bağlayır”.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Dekabr 2024 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri