İlham Əliyev: Əminəm ki, Daşkənddəki İslam Sivilizasiyası Mərkəzi İslam dünyası üçün qürur mənbəyinə çevriləcək
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Özbəkistan Prezidentinin təşəbbüsü ilə yaradılan İslam Sivilizasiyası Mərkəzi Şavkat Mirziyoyevin ölkənin zəngin mədəni irsinə sadiqliyinin daha bir göstəricisidir.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edərkən deyib.
O qeyd edib ki, bəzi ölkələrdə İslam dininə qarşı hücumların artdığı bir şəraitdə islamofobiya sistemli xarakter alır:
"İslam Sivilizasiyası Mərkəzinin açılması bütün dünyaya göstərir ki, İslam quruculuq, dözümlülük, dostluq və qardaşlıq dinidir. İsam aləminin görkəmli nümayəndələri dünya elminə, mədəniyyətinə böyük töhfə veriblər və İslam Sivilizasiyası Mərkəzi bunu əyani şəkildə nümayiş etdirir. Əminəm ki, möhtəşəm və nadir ekspozisiyaları olan Daşkənddəki İslam Sivilizasiyası Mərkəzi bütün İslam dünyası üçün qürur mənbəyinə çevriləcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 16 Noyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















