İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
AZXEBER.COM xəbər verir ki, Prezident İlham Əliyev Gürcüstanda keçirilmiş parlament seçkilərində "Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının qələbəsi münasibətilə İrakli Kobaxidzeni təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzuladı. Bu seçkilərin nəticələrinin gürcü xalqının iradəsini əks etdirdiyini vurğuladı.
İrakli Kobaxidze təbriklərə görə təşəkkürünü bildirdi.
Görüşdə iki ölkə arasında ikitərəfli dostluq və qardaşlıq əlaqələrinin olduğu vurğulandı, siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızın müsbət nəticələri qeyd edildi.
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini ölkəmizə rəsmi səfərə dəvət etdi.
İrakli Kobaxidze də öz növbəsində Azərbaycanın dövləti başçısını Gürcüstana səfərə dəvət etdi.
Həm Azərbaycan Prezidenti, həm də Gürcüstanın Baş naziri qarşılıqlı minnətdarlıqlarını bildirərək, dəvətləri məmnunluqla qəbul etdilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 11 Noyabr 2024 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















