Icma.az
close
up
RU
İlham Əliyev hər zaman azərbaycanlıların ümummilli dövlətçilik ruhunun istinad nöqtəsidir

İlham Əliyev hər zaman azərbaycanlıların ümummilli dövlətçilik ruhunun istinad nöqtəsidir

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Dünyada heç bir xalq Qərbi Azərbaycanlılar kimi ağır məhrumiyyətlərə məruz qalmayıb, son 200 ildə rus imperiyasının tarixi torpaqlarımızda yaratdığı indiki Ermənistan adlı dövlətin amansızlıqlarını yaşamış, 4 dəfə deportasiyaya məruz qalmış, öz dədə-baba yurdumuzdan zorla çıxarılmışıq. Minillik tariximiz,maddi-mədəni sərvətlərimiz abidəlrimiz, kəndlərimiz, qəbiristanlıqlarımız dağıdılıb, zəngin irsimiz erməniləşdirilib. Bu amansız siyasət keçmiş SSRİ rəhbərliyinin Qərbi Azərbaycanlılara qarşı ayrı-seçkiliyinin daha qəddar xarakter almasına səbəb olmuş, təkcə ötən əsrin ortalarında Stalinin göstərişi ilə 100 minlərlə Qərbi Azərbaycan sakini dəhşətli deportasiya və sürgün həyatı yaşamış, dözülməz şəraiti olan düzən ərazilərə, Kür-Araz ovalığına köçürülmüşdür.
Sonrakı dövrlərdə də Qərbi Azərbaycanlılar iradə və istəkləri nəzərə alınmadan zorla köçürülməyə məruz qalmışdır. Ermənistanın Moskvadakı dayaqlarının köməyilə Azərbaycana qarşı apardığı məkrli planların, ərazi iddialarının qarşısı yalnız Ümummilli lider Heydər Əliyevin rəhbərliyə gəlişindən sonra tamailə dayandırılmışdır. Ulu öndərin SSRİ Nazirlər Sovetinmin sədrinin birinci müavini vəzifəsindən istefa verməsindən sonra bizə qarşı növbəti amansızlıqlar yenidən başlanmış və Qərbi Azərbaycanlıların Ermənistandan tamamilə çıxarılması siyasəti yekunlaşdı.
Qədim Göyşə mahalının Basarkeçər rayonunun Aşağı Şorça kəndinin sakini kimi gözlərimin qarşısında baş verən bu məşəqqətləri, insan itkilərini xatırladıqca Ermənistan və keçmiş ittifaq rəhbərliyinin bizə qarşı bu ağlasığmaz hərəkətlərinə heç cür bəraət qazandırmaq mümkün deyil.
Baş verənləri xatırlatmaqda məqsədim minillik yurdumuz, tarixi ərazilərimiz olan Qərbi Azərbaycana sahib çıxmaq, öz doğma evimizə geri qayıtmaq üçün Ermənistan Respublikasının rəhbərliyini hazırkı gerçək siyasi reallıqlara məcbur etmək üçün geridönüş dalğasının konseplərini diqqətə çatdırmaqdır.
İlk növbədə, Qərbi Azərbaycanlı kimi müraciət edərək camaatımızın öz torpaqlarına geri qayıtması üçün hazırki geosiyasi şəraiti düzgün qiymətləndirməsini vacib hesab edirəm. Unutmamalıyıq ki, biz Ermənistan Respublikasının vətəndaşlarıyıq və bu ölkənin qayda-qanunlarını nəzərə alaraq reallığa uyğun hərəkət etməli, zor və güclə deyil, dinc şəkildə ictimai və sosial həyat tələbatlarımızı bərqərar etməliyik.
Əlbəttə biz Ermənistan dövləti qarşısında bütün haqq və hüquqlarımızı, digər ictimai, sosial, iqtisadi, mədəni təminatlarımızı beynəlxalq konvensiyalarda təsbit olunmuş çərçivədə qəbul etdirməliyik.
Ermənistan hökuməti nəzərə almalıdır ki, Azərbaycan qüdrətli güclü dövlətdir və öz tarixi irsinə sahib çıxmaq, soydaşlarımızın beynəlxalq hüquqla müəyyən edilmiş haqlarının qorunmasını güc yolu ilə də həll edə bilər. Necə ki, 30 il Ermənistanın işğalı altında olan Qarabağı, Şərqi-Zəngəzuru geri alaraq beynəlxalq hüququ özümüz təmin etdik, eləcə də. Göyçəyə, Qərbi Azərbaycan torpaqlarına soydaşlarımızın geri qaytarılmasını da təkbaşına öz gücümüz hesabına başa çatdıra bilərik. Ancaq biz beynəlxalq hüququn, qanunların, sülh və barışın tərəfdarı olduğumuzdan sivil demokratik prinsiplərin üzərində dayanmışıq.
Cənab Prezident İlham Əliyev Kəlbəcərdə olarkən əlini Basarkeçər-Göyçə istiqamətində uzadaraq öz tarixi ərazilərimizin bir addımlığında olduğumuzu işarə etməklə Ermənistan rəhbərliyini soydaşlarımızın pozulmuş hüquqlarının bərpa etməyə çağırdı. Bu, həm də ona işarədir ki, indiki Ermənistan adlı ölkə bizim torpaqlarımız hesabına yaradılıb, bir addımlığında olduğumuz Göyçə mahalında minilliklər boyu soydaşlarımız yaşayıb. Göyçə Aşıq Ələsgər, Aşıq Alı və digər qüdrətli sənətkarlarımızın doğma yurdudur, bu ərazilərdə erməni tarixini əks etdirən heç bir tarixi nümunə yoxdur. Eləcə də Qərbi Azərbaycanın digər ərazilərində ermənilər kilsə tikərək ətrafında məskunlaşmaqla özlərinə yer-yurd salıblar. Bütün yer adları, toponimlər, tarixi sənədlərdən də bu faktlar da bunu təsdiqləyir.
Bütün bunlara rəğmən, biz Ermənistanın beynəlxalq birlik tərəfindən tanınmış 28,9 min kv.km-lik ərazisinə iddia etmirik, onların dövlət suverenliyinə hörmətlə yanşırıq. Onlardan tələb edirik ki, bizim tarixi vətənimizə qayıtmağımıza, pozulmuş hüquqlarımızın bərpasına hörmətlə yanaşsınlar. Ermənistan rəhbərliyi yaxşı anlayır ki, biz öz xoşumuzla, istəyimizlə Qərbi Azərbaycanı tərk etməmişik, onlar bizi zorla, amansızcasına evimizdən- eşiyimizdən didərgin salıblar. Mənim doğulub, boya-başa çatdığım Basarkeçər rayonunu Aşağı Şorça kəndi Kəlbəcər rayonuna çox yaxın məsafədədir, bu kəndin sakinləri noyabr ayında keçilməz yollarla hansı əzab-əziyyətlə dağları adladığını hələ də unuda bilmirəm. İndi Kəlbəcərdən kəndimizə, Göycə mahalının qayıtmaq üçün yollar daha rahatdır və bizim qayıtmağımız üçün daha əlverişli şərait yaranıb.
Ona görə də, Azərbaycanda yaşasaq da, Azərbaycan dövlətinin ən yüksək sosial iqtisadi qayğısı ilə əhatə olunsaq da, biz mütləq vətənimizə qayıtmalıyıq. Bizim bütün irsimiz, keçmişimiz, həyatımız öz doğma yurdumuzla bağlıdır. Çünki biz Ermənistan Respublikasının vətəndaşlarıyıq, özümüz, ailəmiz, övladlarımız bu ölkənin sakinləridir, Vətənimiz oradır. 1988-1989-cu illərdə evlərini tərk etmiş 250 min soydaşımızın sayı indi 500 mindən çoxdur və onların hər birinin doğma vətəni Ermənistandır.
Biz ikili vətəndaş ola bilmərik, ona görə də Qərbi Azərbaycanlıyıqsa demək Ermənistanın vətəndaşıyıq. Qərbi Azərbaycan icmasınınn beynəlxalq təşkilatlara, BMT-yə müraciət etməsinin səbəbi də doğma vətənlərinə tez bir müddətdə geri dönmək, Ermənistan vətəndaşı kimi öz hüquqlarını təmin etmək tələbidir. Beynəlxalq hüquq da bizim tərəfimizdədir.
Bizim öz haqqımız tələb edərək Ermənistan vətəndaşı kimi bütün imkan və imtiyazlardan faydalanmaq, o cümlədəm övladlarımızın ana dillimizdə təhsil almasını, öz milli-mədəni ənənələrimizin bərpasını, qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dilindən istifadə olunmasını və digər milli məsələlərin təmin edilməsini tələb etmək fundamental hüquqlarımızdır. Bu təminatların hər biri Ermənistan Respublikasının Konstitusiyasında əks olunub və həmin ana qanunun verdiyi bütün imkanlardan istifadə etməli, sosial-iqtisadi, ictimai-siyasi proseslərin fəal iştirakçısına çevrilməliyik.
Cənab Prezident İlham Əliyev Qarabağda yaşayan ermənilərin Azərbaycan Respublikasının vətəndaşları kimi təhlükəsiz və firavan yaşamalarını təmin etdiyi kimi Ermənistan rəhbərliyi də eyni təminatlara zamin durmalıdır.
Ermənistanın BMT-nin Nizamnaməsi daxil olmaqla müvafiq beynəlxalq hüquqi sənədlərə qoşulması da üzərinə bu öhdəlikləri qoyur.
Bir məsələni də xüsusilə nəzərə almalıyıq, Qərbi Azərbaycan camaatı öz yurdlarına qayıtdıqdan sonra onların Azərbaycan Respublikası ilə maneəsiz əlaqəsinə təminat verilməli, dayanıqlı ictimai-sosial-humanitar bağlantısı qorunmalıdır. Onlar Ermənistan vətəndaşı olsalar da, ümummilli həmrəyliyimizin qarantı olan Cənab İlham Əliyevin möhkəmləndirdiyi azərbaycançılıq ideologiyasına, milli məfkurəmizə bağlıdırlar. Harada yaşamalarından asılı olmayaraq, Azərbaycanlılar öz gücünü və dövlətçilik enerjisini Cənab İlham Əliyevdən alır. Çünki İlham Əliyev hər zaman azərbaycanlıların ümummilli dövlətçilik ruhunun istinad nöqtəsidir, milli Xilaskardır.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 İyul 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2054

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see233

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see205

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see202

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see164

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see161

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see137

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see136

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see130

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri