Icma.az
close
up
RU
“İlham Əliyev. İnkişaf məqsədimizdir”

“İlham Əliyev. İnkişaf məqsədimizdir”

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

 Yeniləşmə və tərəqqinin 146-cı kitabı

Yaşıl gündəliyimiz çox genişdir. 2030-cu ilə qədər imzalanmış investisiya müqavilələri əsasında biz ən azı 6 giqavatlıq “yaşıl enerji”ni, o cümlədən Günəş, külək və su elektrik enerjisini istehsal edəcəyik. Su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. Biz ümumi 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyasını artıq istismara vermişik.

Beləliklə, yaşıl gündəliyimiz həqiqətən, çox genişdir. Mənim mesajım, ev sahibi olan Azərbaycanın mesajı ondan ibarət idi ki, həmin məsələyə realist və praqmatik yanaşmalıyıq. Hamımız anlayırıq ki, biz planeti qorumalıyıq. Lakin ətraf mühit böhranına ən çox rəvac verənlər, yəqin ki, bu yükü öz üzərinə götürməlidirlər.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 146-cı kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2025-ci il iyulun 19-da Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə ona ünvanlanan COP29-un irsini necə görməsi, təəssüratlarını bölüşməsi barədə sualı cavablandırarkən söyləyib. Dövlətimizin başçısının həmin Forumun iştirakçıları ilə görüşünə aid materiallar, dünyanın müxtəlif media qurumlarını təmsil edən jurnalistlərin suallarına verdiyi cavablar 146-cı kitabda yer alıb. Ümumiyyətlə, çoxcildliyin bu kitabında toplanmış materiallar 2025-ci ilin iyun-iyul aylarını əhatə edir.

Bu nəşrə Prezident İlham Əliyevin iyun ayında Türkiyəyə işgüzar səfərinə, Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılışında iştirakına dair informasiya, həmin tədbirdə çıxışının mətni də daxil edilib.

Oxucular yeni kitabda Prezidentin iyun ayında Yevlax rayonuna səfəri, Olimpiya İdman Kompleksində, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə tanışlığı, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Yevlax” qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin, “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin, Yevlax pilot aqroparkının açılış mərasimlərində iştirakı haqqında materiallarla tanış ola bilərlər. Prezident iyun ayında Goranboy rayonunda “Konstralab Induastries” QSC-nin tikinti materialları müəssisəsinin açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı Mingəçevirdə isə İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyəti, Çinin “Dongfang Electric International Corporation” şirkətinin İdarə Heyətinin sədri Çen Qianq ilə görüşüb, “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib və “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində çıxış edib. Bütün bunlar haqqında məlumatlar 146-cı kitabda verilib.

Çoxcildliyin bu kitabında iyulun 2-də Prezident İlham Əliyevin Azərbaycana dövlət səfərinə gəlmiş Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşü, liderlərin Bakıda “Özbəkistan” parkının təməlini qoymaları, Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın 2-ci iclasında iştirak etmələri, iki dövlət arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi haqqında məlumatlar, prezidentlərin birgə mətbuata bəyanatlarla çıxışlarının mətnləri, dövlət başçılarının Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasının açılış mərasimində iştirakı, Xəzər dənizinin sahilində “Sea Breeze” istirahət mərkəzini ziyarət etmələri haqqında informasiyalar yer alıb. Prezident İlham Əliyev iyulun 3-də Qarabağ bölgəsinə səfər edib, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub, Zəfər parkında görülən tikinti işləri ilə tanış olub, Xankəndidə Türkmənistan Nazirlər Kabinetinin Sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb. Dövlətimizin başçısı, həmçinin “Xankəndi” Biznes Mərkəzinin, Xankəndi Konqres Mərkəzinin açılış mərasimlərində iştirak edib, Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb. İyulun 3-də Azərbaycan və Özbəkistan prezidentləri Xankəndi şəhərində Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan “Business Tex JV” tikiş fabrikinin fəaliyyəti ilə də tanış olublar. Bütün bunlar haqqında informasiyalar yeni kitabda toplanıb.

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin birinci mərhələsinin açılış mərasimində iştirak ediblər. İyulun 4-də isə dövlətimizin başçısı Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin başçılıq etdiyi nümayəndə heyəti, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, İran Prezidenti Məsud Pezeşkian, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüş görüşüb, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə çıxış edib. Bütün bunlar haqqında informasiyalar 146-cı kitabda verilib.

Yeni nəşrdə Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənələr” mövzusunda ikinci iclasının, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresinin, “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın, “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun və digər beynəlxalq tədbirlərin iştirakçılarına müraciətlərinin mətnləri də verilib.

Çoxcildliyin buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

Bu cildin hazırlanmasında da Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Dekabr 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see269

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see261

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see242

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see231

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see226

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see212

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see208

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see196

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see189

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see179

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see168

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see167

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see166

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see162

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see161

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see161

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see161

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see157

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see155

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri