Icma.az
close
up
RU
“İlham Əliyev. İnkişaf məqsədimizdir” çoxcildliyinin 146 cı kitabı çapdan çıxıb

“İlham Əliyev. İnkişaf məqsədimizdir” çoxcildliyinin 146 cı kitabı çapdan çıxıb

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Yaşıl gündəliyimiz çox genişdir. 2030-cu ilə qədər imzalanmış investisiya müqavilələri əsasında biz ən azı 6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş, külək və su elektrik enerjisini istehsal edəcəyik. Su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. Biz ümumi 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyasını artıq istismara vermişik. Beləliklə, yaşıl gündəliyimiz həqiqətən, çox genişdir. Mənim mesajım, ev sahibi olan Azərbaycanın mesajı ondan ibarət idi ki, həmin məsələyə realist və praqmatik yanaşmalıyıq. Hamımız anlayırıq ki, biz planeti qorumalıyıq. Lakin ətraf mühit böhranına ən çox rəvac verənlər, yəqin ki, bu yükü öz üzərinə götürməlidirlər.

AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 146-cı kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2025-ci il iyulun 19-da Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə ona ünvanlanan COP29-un irsini necə görməsi, təəssüratlarını bölüşməsi barədə sualı cavablandırarkən söyləyib. Dövlətimizin başçısının həmin Forumun iştirakçıları ilə görüşünə aid materiallar, dünyanın müxtəlif media qurumlarını təmsil edən jurnalistlərin suallarına verdiyi cavablar 146-cı kitabda yer alıb. Ümumiyyətlə, çoxcildliyin bu kitabında toplanmış materiallar 2025-ci ilin iyun-iyul aylarını əhatə edir.

Bu nəşrə Prezident İlham Əliyevin iyun ayında Türkiyəyə işgüzar səfərinə, Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılışında iştirakına dair informasiya, həmin tədbirdə çıxışının mətni də daxil edilib.

Oxucular yeni kitabda Prezidentin iyun ayında Yevlax rayonuna səfəri, Olimpiya İdman Kompleksində, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə tanışlığı, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Yevlax” qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin, “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin, Yevlax pilot aqroparkının açılış mərasimlərində iştirakı haqqında materiallarla tanış ola bilərlər. Prezident iyun ayında Goranboy rayonunda “Konstralab Induastries” QSC-nin tikinti materialları müəssisəsinin açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı Mingəçevirdə isə İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyəti, Çinin “Dongfang Electric International Corporation” şirkətinin İdarə Heyətinin sədri Çen Qianq ilə görüşüb, “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib və “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində çıxış edib. Bütün bunlar haqqında məlumatlar 146-cı kitabda verilib.

Çoxcildliyin bu kitabında iyulun 2-də Prezident İlham Əliyevin Azərbaycana dövlət səfərinə gəlmiş Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşü, liderlərin Bakıda “Özbəkistan” parkının təməlini qoymaları, Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın 2-ci iclasında iştirak etmələri, iki dövlət arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi haqqında məlumatlar, prezidentlərin birgə mətbuata bəyanatlarla çıxışlarının mətnləri, dövlət başçılarının Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasının açılış mərasimində iştirakı, Xəzər dənizinin sahilində “Sea Breeze” istirahət mərkəzini ziyarət etmələri haqqında informasiyalar yer alıb. Prezident İlham Əliyev iyulun 3-də Qarabağ bölgəsinə səfər edib, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub, Zəfər parkında görülən tikinti işləri ilə tanış olub, Xankəndidə Türkmənistan Nazirlər Kabinetinin Sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb. Dövlətimizin başçısı, həmçinin “Xankəndi” Biznes Mərkəzinin, Xankəndi Konqres Mərkəzinin açılış mərasimlərində iştirak edib, Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb. İyulun 3-də Azərbaycan və Özbəkistan prezidentləri Xankəndi şəhərində Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan “Business Tex JV” tikiş fabrikinin fəaliyyəti ilə də tanış olublar. Bütün bunlar haqqında informasiyalar yeni kitabda toplanıb.

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin birinci mərhələsinin açılış mərasimində iştirak ediblər. İyulun 4-də isə dövlətimizin başçısı Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin başçılıq etdiyi nümayəndə heyəti, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, İran Prezidenti Məsud Pezeşkian, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüş görüşüb, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə çıxış edib. Bütün bunlar haqqında informasiyalar 146-cı kitabda verilib.

Yeni nəşrdə Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənələr” mövzusunda ikinci iclasının, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresinin, “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın, “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun və digər beynəlxalq tədbirlərin iştirakçılarına müraciətlərinin mətnləri də verilib.

Çoxcildliyin buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

Bu cildin hazırlanmasında da Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:363
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Dekabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see363

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see345

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see315

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see313

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see304

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see295

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see286

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see278

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see268

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see258

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see247

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see246

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see235

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see235

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see233

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see231

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see229

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see220

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri