Icma.az
close
up
RU
“İlham Əliyev. İnkişaf məqsədimizdir” çoxcildliyinin 149 cu kitabı çapdan çıxıb

“İlham Əliyev. İnkişaf məqsədimizdir” çoxcildliyinin 149 cu kitabı çapdan çıxıb

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur.Biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birimizin təşəbbüslərini dəstəkləyir, qlobal və regional problemlərin həllində ümumi yanaşmalar işləyib hazırlayırıq”.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 149-cu kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2025-ci il noyabrın 16-da Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışı zamanı söyləyib.

Çoxcildliyin bu kitabında toplanmış materiallar 2025-ci ilin noyabrından 2026-cı ilin yanvar ayınadək olan dövrü əhatə edir. Bu nəşrə Prezident İlham Əliyevin Özbəkistan Respublikasına səfərinə, Prezident Şavkat Mirziyoyev ilə görüşünə, İslam Sivilizasiyası Mərkəzi ilə tanışlığına, Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakına dair materiallar daxil edilib. Yeni kitabda Azərbaycan Prezidentinin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsinin mətni də verilib.

Azərbaycan Prezidentinin Slovakiyaya, Birləşmiş Ərəb Əmirliklərinə səfərləri haqqında informasiyalar da bu cilddə yer alıb. Oxucular yeni kitabda Prezident İlham Əliyevin ötən ilin noyabr ayında NATO-nun nümayəndə heyətini, bu ilin yanvar ayında ABŞ nümayəndə heyətini qəbul etməsi haqqında informasiyalarla da tanış ola bilərlər.

Azərbaycan Prezidenti ötən il Vətən müharibəsində Qələbənin 5-ci ildönümü münasibətilə Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını, Zəfər abidəsini ziyarət edib və Zəfər Muzeyinin açılış mərasimində iştirak edib. Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi paradda çıxış edib. Bütün bunlar haqqında materiallar 149-cu kitabda toplanıb.

Dövlətimizin başçısı ötən ilin dekabrında Qarabağ bölgəsinə səfər edib, Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəb binasının əsaslı təmirdən sonra açılış mərasimində, Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının açılışında iştirak edib, Kərkicahan qəsəbəsinə köçən sakinlərlə görüşüb, Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub. Prezident Qarabağa səfəri zamanı Xankəndi şəhərində Zəfər parkının açılış mərasimində, Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüb. Bütün bunlar haqqında informasiyalar yeni kitabda verilib.

Yeni kitaba Azərbaycan Prezidentinin ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin iştirakçılarına müraciətləri, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətinin, Milad bayramı münasibətilə Azərbaycanın Pravoslav xristian icmasına təbrikinin mətnləri də daxil edilib.

Çoxcildliyin buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

Bu cildin hazırlanmasında da Azərbaycan Dövlət İnformasiya Agentliyinin materiallarından istifadə olunub.

AZƏRTAC

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 May 2026 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri